Bakıda qadına qarşı zorakılıq hərəkətləri edən polis işdən çıxarıldı
Bakıda bərbərxanada qadına qarşı zorakılıq hərəkətləri edən polis əməkdaşı işdən çıxarılıb.
Open.az-ın xəbərinə görə, Daxili İşlər Nazirliyində (DİN) sosial şəbəkələrdə yayılan videogörüntülər araşdırılıb.
Məlum olub ki, bərbərxanada qapalı məkanda tibbi maskadan istifadə etməyən xanıma qarşı kobudluq edən şəxsin Yasamal Rayon Polis İdarəsinin (RPİ) 27-ci Polis Bölməsinin sahə müvəkkili Qubadov Camal Qubad oğludur. O, tutduğu vəzifədən azad edilib.
DİN-in Mətbuat xidməti "Report"a faktı təsdiqləyib.
Qeyd edək ki, sosial şəbəkələrdə Yasamal rayonu, Şıxəli Qurbanov küçəsində yerləşən bərbərxanaların birində polis əməkdaşının bərbərxanada qadına qarşı zorakılıq hərəkətləri etməsi ilə bağlı videogörüntülər yayılıb.
Belə ki, bərbərxanaya daxil olan polis qeydiyyatçı işləyən qadına maska taxmadığına görə cərimə yazacağını bildirib. Qadın isə maska taxdığını bildirərək buna etiraz edib. Daha sonra isə sahə müvəkkili bərbərxanada həmin qadına qarşı fiziki təzyiq edərək onu itələyib. Bundan sonra polis əməkdaşı həmin qadını polis bölməsinə aparıb və ona cərimə protokolu yazılıb.
Kurslar.az kurslar [newsid: 0-123300]

Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar
Ararat Mirzoyandan ŞOK AÇIQLAMA: "Sülh müqaviləsindən əvvəl bunu edə bilərik"
Milyarderin oğlu necə öldürülüb? - TƏFƏRRÜAT
İsveçrədə azərbaycanlı gənc faciəvi şəkildə öldü
Tokayev Türkiyəyə gedir
Türkiyədə Azərbaycana dair paylaşımlar edən şəxslər saxlanıldı