Bakıda quldurluq edən dostlar saxlanıldı

Bakıda quldurluq edən dostlar saxlanıldıBakıda quldurluq edən dostlar saxlanıldı
Bakıda siqaret istəmək adı ilə quldurluq edən 3 "dost" saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, Nəsimi rayonu, Moskva prospekti, 82 ünvanında Bakı şəhər sakini Elnur Niftullayevə qarşı quldurluq edilib. 
Hadisə zamanı naməlum şəxslər zərərçəkənə əvvəlcə siqaret istəmək adı ilə yaxınlaşıblar. Daha sonra onu yaşayış binalarının arasına aparıb boğmağa cəhd edərək quldurluq yolu ilə zərərçəkənin 500 manat dəyərindəki "Samsung" markalı mobil telefonunu və içərisində 100 manat olan pul kisəsini ələ keçiriblər. Zərərçəkən hadisədən sonra Nəsimi Rayon Polis İdarəsi və 19-cu Polis Şöbəsinə məlumat verib. Dərhal əməliyyat-istintaq qrupu tərəfindən hadisə yerinə baxış keçirilib və iş üzrə E.Niftullayevin izahatı alınıb.
Nəsimi RPİ və 19-cu PŞ əməkdaşlarının "isti izlər"lə həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuşlar - paytaxt sakini Kamran Pirquliyev, Saatlı rayon sakini Qasım Əliyev və Xaçmaz rayon sakini Qərib Abdalov saxlanılıblar. Hər 3 şəxs ifadələrində qeyd edilən hadisəni törətdiklərini etiraf ediblər.
Qeyd edək ki, aralarındakı rol bölgüsünə əsasən, hadisə zamanı əvvəlcə Qasım Əliyev zərərçəkənə yaxınlaşaraq ondan siqaret istəyib. Daha sonra Kamran Pirquliyev və Qərib Abdalov həmin şəxsə arxadan yaxınlaşaraq onun boğazından tutub zorakılıq hərəkətləri edərək ona müxtəlif bədən xəsarətləri yetirməklə zərərçəkənin üzərində olan qiymətli əşyaları və pulu tələb ediblər.
Faktla bağlı saxlanılan şəxslərin hər biri barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, istintaq əməliyyat tədbirləri davam etdirilir. Bu şəxslərin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, ərazi üzrə polis idarə, şöbə və ya bölmələrinə müraciət edə bilərlər. /oxu.az

Sosial       Tarix: 21 dekabr 2019
f Paylaş

Oxşar xəbərlər

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. " "a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki "VAZ 2107" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Sosial şəbəkələrdə yeni dələduzluq tələsi meydana çıxıb - Diqqət

Sosial şəbəkələrdə saxta fal baxımı ilə məşğul olan bir sıra səhifələrin dələduzluq etdiyi bildirilir. Belə hallarda şəxslərdən müraciət zamanı kart hesablarına pul köçürmələri tələb olunur, ödəniş edildikdən sonra isə həmi

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN


azerbaycan xeberleri son xeberler yeni xeberler son xeberler bu gun bu gunun xeberleri haqqinda melumat sou xeberler bugun gunun xeberleri