Bakıda sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi açıqlanıb
2020-ci ilin yanvar-aprel aylarında Bakıda sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 10,6 milyard manat təşkil edib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, sənaye məhsulunun 76,1 faizi mədənçıxarma, 21,0 faizi emal, 2,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.
Sənayedə qeyri-dövlət sektorunun payı 78,7 faiz olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 85,0 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 15,0 faiz təşkil edib.
İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 may 2020-ci il vəziyyətinə 257,4 milyon manatlıq hazır məhsul ehtiyatı olub.
Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 74,6 milyon manat məbləğində digər məhsullar da mövcud olub.
Milli.Az /news.milli.az

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar