Bakıda sevgilisi tanınmış vizajistin başına oyun açdı – Çılpaq foto və videolarını yaydı

Bakıda sevgilisi tanınmış vizajistin başına oyun açdı – Çılpaq foto və videolarını yaydıBakıda sevgilisini şantaj edərək pul tələb edən 1991-ci il təvəllüdlü, Xəzər rayon Binə qəsəbəsində yaşayan Nurlan Səlimov (şərti soyad) barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində 30 yaşlı şəxs barəsində Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə açılmış işin istintaqı zamanı maraqlı faktlar üzə çıxıb. Belə ki, bir neçə ay əvvəl instaqramda dini səhifə işlədən Nurlan onun səhifəsinə rəy yazan Elmira Əbdürrəhimova (şərti ad-soyadlı) adlı qadının inboksuna mesaj yazaraq onunla tanış olmağa, ünsiyyət saxlamağa başlayıb. Evli,1 uşaq atası olmasına baxmayaraq özünü subay kimi təqdim edən Nurlan, evli, 2 uşaq anası olan Elmira ilə münasibətləri daha da istiləşdirərək onunla sevgili olub. Onlar mütəmadi olaraq Nurlanın Həzi Aslanov metrosu yaxınlığında tutduğu evdə görüşərək cinsi əlaqədə olublar. Bir müddət sonra isə Nurlan metronun Nərimanov stansiyasının yaxınlığındakı spa-estetik mərkəzində vizajist işləyən sevgilisini şantaj edərək ondan pul qoparmağa başlayıb. Sevgilisindən istədiyi qədər pul ala bilməyən gənc daha sonra onu şantaj etmək yoluna keçib. Ailəsindən gizli sevgi münasibəti yaşayan Elmira işin böyüyəcəyindən, həyat yoldaşının və qohumlarının bu məsələdən xəbər tutacağından qorxaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edib. Keçirilmiş əməliyyatla Nurlan Səlimov tutulub.
Məhkəmədə ifadə verən Nurlan törətdiyi əməli etiraf edib və etdiklərinə görə çox peşman olduğunu deyib. əvvəllər məhkumluq həyatı yaşamamış, 1 azyaşlı uşaq atası olan N.Səlimov Elmiradan onu bağışlamasını xahiş edib.
İfadə verən zərərçəkmiş qadın isə hadisələri belə təsvir edib:
"2009-cu il tarixdə ailə həyatı qurmuşam və birgə nikahdan 2 azyaşlı övladım var. Hazırda Bakı şəhər Nərimanov rayonunda yerləşən estetik mərkəzində vizajist kimi fəaliyyət göstərirəm. 2021-ci ilin yanvar ayında instagram sosial şəbəkəsində "Ellamə 313" səhifəsində maraqlı paylaşım edildiyini görüb şəklin altından rəy yazdım. Bundan bir neçə gün sonra həmin profilin sahibi mənə instagram sosial şəbəkəsindən şəxsi mesaj yazdı. Aramızda münasibət yaranmağa başladı və bir-birimizə özümüz barədə məlumat verdik. Həmin səhifəni işlərimlə bağlı işlətdiyim üçün orada nömrəm qeyd olunmuşdu. Bundan sonra danışdığım şəxs nömrəmə yığdı və bir neçə gün mobil telefon, həmçinin watsapp proqramı vasitəsi ilə əlaqə saxladıq. Söhbət əsnasında bir-birimizə ailə problemləri barədə ümumi danışmışdıq. Nurlan mənə 2 dəfə ailə həyatı qurduğunu və həyat yoldaşının hər ikisindən ayrılmasını söyləmişdi. Mən də öz növbəmdə həyat yoldaşımla problemlər yaşadığımı, lakin bir evdə qaldığımızı söyləmişdim. 2021-ci ilin fevral ayında görüşmək qərarına gəlmişdik. Lakin mən Nurlana hicablı olduğum üçün qapalı bir yerdə görüşmək istədiyimi və kiminsə bizi birlikdə görməsindən ehtiyat etdiyimi bildirmişdim. Real olaraq bir-birimizi görməsək də, watsapp proqramı vasitəsi ilə görüntülü danışmışdıq. Belə ki, 2021-ci ilin fevral ayında dəqiq xatırlamadığım tarixdə Nurlanla görüşüb onun avtomobili ilə onu "Koroğlu"" metrostansıyasının yaxınlığından götürüb "H.Aslanov" metrostansıyası istiqamətində hərəkət etdik. Nurlan mənə "H.Aslanov"da tanışına məxsus mənzilə gedəcəyimizi söyləmişdi. Həmin evdə Nurlanla dəfələrlə görüşüb cinsi əlaqədə olmuşuq. Son görüşümüzdən təxminən 2 həftə keçdikdən sonra Nurlan yenidən əlaqə saxladı. Mən Nurlana nə üçün bu cür hərəkət etdiyini və görüşdükdən sonra niyə əlaqə saxlamadığını soruşdum. Nurlan isə ona problemlərinin olmasını və buna görə də əlaqə saxlamadığını bildirdi. Məni çox istədiyini və problemləri ilə yormaq niyyətində olmadığını söylədi. Nurlan bir neçə şəxsə borclu olduğunu və ona 300 manat məbləğində borc pul verməyimi istədi. Nurlana həmin pulu 2-3 gün ərzində düzəldib verəcəyimi söylədim. Daha sonra Nurlanla əlaqə saxlayıb 300 manat pul düzəltdiyimi dedim, iş yerimə gəlib həmin məbləği götürdü. Həmin məbləği Nurlana borc vermişdim. Nurlan bir neçə günə həmin pulu qaytaracağını demişdi. Bundan sonra Nurlan yenidən iş yerimin yaxınlığına gələn zaman ona 50 manat məbləğində pulu öz istəyimlə xərcləmək üçün vermişəm. Bundan sonra Nurlan mənə may ayının sonlarında yazaraq 300 manat məbləğində borc pul tapmağımı istədi. Mən isə 350 manat əvvəlcə verdiyimi, daha kimdənsə pul tapa bilməcəyimi bildirdim. 2021-ci ilin iyun ayının sonlarında iş yerimdə olan zaman mənə yığıb 300 manat məbləğində pul vermədiyim halda yaşadığım ünvana gəlib valideynimə və həyat yoldaşıma onunla əlaqədə olduğumu söyləyəcəyini və qohumlar arasında rüsvay edəcəyini bildirdi. Nurlana nə üçün bu cür hərəkət etməsini və aralarında narazılıq olmadığını söylədi. Nurlan isə təkidlə 300 manat məbləğində pul vermədiyim halda onda olan şəkilləri qohumlarıma, tanışlarıma və ailə üzvlərimə göstərməklə rüsvay edəcəyini dedi. Nurlan ilə münasibətindən ailə üzvlərinin xəbər tutmaması üçün ondan 2-3 gün vaxt istəyib istədiyi məbləği düzəldəcəyimi dedim. Bundan sonra Nurlan onun hicablı şəklimi öz instagram səhifəsində paylaşıb altından əxlaqsız sözlər yazdı. Polisə müraciət edəcəyimi dedikdən sonra Nurlan həmin paylaşımı sildi. Nurlan mənə pulu verəcəyim halda birdəfəlik əl çəkəcəyini və bir daha qarşıma çıxmayacağını dedi. Bu məsələni birdəfəlik həll edib ondan qurtulmaq məqsədi ilə 300 manat məbləğində pul düzəltdim. İyun ayının sonlarında Nurlan ilə əlaqə saxlayıb pulun hazır olmasını dedim. Nurlan isə pulu kart vasitəsi ilə ona göndərməyimi dedi və hazırda xatırlamadığı bank kartının şəklini göndərdi. Mən də Nurlanın bildirdiyi bank kartına 303 manat məbləğində pul göndərdim. Həmin pulu göndərdikdən sonra Nurlanın nömrələrini bloka saldım. Təxminən 1 həftə keçdikdən sonra Nurlan yenidən başqa nömrə ilə yığıb onu blokdan çıxarmağımı tələb etdi".
İfadələrdən məlum olur ki, Nurlan növbəti dəfə Elmiradan 400 manat tələb etdikdən və onun porno videosunu teleqram kanalında yaydıqdan sonra E.Əbdürrəhimova polisə müraciət edib. Üzərinə xüsusi maddə ilə işarələr qoyulmuş pulları Elmira Nərimanov metrosunun yaxınlığında Nurlana verdikdən sonra o həbs edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə Nurlanın Elmiraya yazdığı mesajlar, eləcə də digər sübutlar tədqiq edilib. Məhkəmə prosesinin yekununda Nurlan Səlimov 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
///News24.az

Sosial       Tarix: 10 yanvar 2022
f Paylaş

Oxşar xəbərlər

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

Azərbaycanda bu məhsullar bahalaşdı

2026-cı ilin yanvar-avqust aylarında istehlak qiymətləri 2025-ci ilin yanvar-avqust aylarına nisbətən 5,7 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,9 faiz, qeyri-qida məhsulları üzr

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14


son xeberler azerbaycan xeberleri yeni xeberler meherremlik 2026 hava proqnozu apa.az xeberler son xeberler 2026