Bakıda siçanların məskən saldığı məşhur restoran BAĞLANDI
Bakıda siçanların məskən saldığı məşhur restoran BAĞLANDI
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
AQTA-dan verilən məlumata görə, KİV-də yayılan məlumat əsasında AQTA əməkdaşları Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, 3007-ci məhəllədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan "Yıldız Catering" MMC-yə məxsus "Sofra" restoranında yoxlama keçiriblər.
Yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində normativ sənədlərin tələblərinə əməl edilmədiyi, sanitar norma və qaydaların kobud şəkildə pozulduğu aşkarlanıb. Həmçinin müəssisədə həşəratlara və gəmiricilərə qarşı profilaktik tədbirlərin aparılmadığı, dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin görülmədiyi müəyyən edilib. Yoxlama zamanı o da məlum olub ki, mətbəx sahəsinin mövcud sanitar-texniki və sanitar-gigiyenik vəziyyəti normativ sənədlərin tələblərini kobud şəkildə pozur.
Aşkarlanan nöqsanlarla əlaqədar qanuvericiliyin tələbləri çərçivəsində ictimai iaşə müəssisəsində xidmətlərin göstərilməsinə dair məhdudlaşdırıcı qərar qəbul edilib.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində daim ən sərt tədbirlər həyata keçirəcək. /oxu.az

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb