Bakıda tanınmış şəxsin villasından oğurluq: Sonra da viski içib, domino oynadılar
Bakıda hotelin damından girib, dördmərtəbəli, 13 otaqlı villadan oğurluq edən şəxslərə hökm oxunub.
azxeber.com qaynarinfo-ya istinadən xəbər verir ki, hadisə Nərimanov rayonunda "milyonerlər məhəlləsi" kimi tanınan ərazidəki villaların birində baş verib.
Hadisəni isə 1996-cı il təvəllüdlü Ramin Hüseynov (soyad şərti) və Yusif Bağırov (soyad şərti) törədiblər.
Belə ki, onlar içkili vəziyyətdə villanın yaxınlığında yerləşən hotelin damından evə keçməklə ümumi dəyəri 76 500 manat olan əşyaları oğurlayıblar. Təqsirləndirilən şəxslər villanın ikinci mərtəbəsində hər birinin qiyməti 1 700 manat olmaqla ümumi dəyəri 8 500 manat olan Türkiyə istehsalı beş ədəd mis şamdan, 17 000 manat dəyərində bir ədəd qadın təsvirli bürünc heykəl, 8 500 manat dəyərində bürüncdən qadın təsvirli heykəl, üçüncü mərtəbədə olan yataq otağından 8 500 manat dəyərində XIX əsrdə Fransada hazırlanmış farfordan olan bir ədəd sandıqça, həmin mərtəbənin dəhlizindən 25 500 manat dəyərində XIX əsrə aid Fransa istehsalı olan bürünc materialdan bir ədəd masaüstü saat, dördüncü mərtəbədə olan yataq otağından 3 400 manat dəyərində yerli istehsal olan bir ədəd mis qazan, 5 100 manat dəyərində bir ədəd çaynikaltı tas aparıblar.
Ramin və Yusif villada qonaq otağında divanda əyləşib evdən tapdıqları bahalı viskini içiblər və domino oynayıblar.
Hadisə 2022-ci ilin dekabr ayının 30-dan 31-nə keçən gecə baş versə də, ev sahibi həmin vaxt ailəsi ilə birgə Xəzər rayonu, Şağan qəsəbəsində yerləşən villasında yaşadığından hadisədən iki gün sonra xəbər tutub.
Məhkəmənin qərarı ilə hər iki şəxs Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və barələrində üç il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Onlar oğurladıqları əntiq əşyaların əksəriyyətini də ev sahibinə qaytarıblar.
Əldə etdiyimiz məlumata görə, villasından oğurluq olan ölkənin tanınmış şəxsidir.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir