Bakıda toy yasa çevrildi: Qonaqların gözü qarşısında öldürüldü

Bakıda toy yasa çevrildi: Qonaqların gözü qarşısında öldürüldüÖtən il martın 14-də saat 20 radələrində Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində 1981-ci il təvəllüdlü Mirzəyev Taleh Vaqif oğlunun qayınatası tərəfindən bıçaqlanaraq öldürülməsi hadisəsinin təfərrüatları məlum olub.
Faktla bağlı açılmış cinayət işinin istintaqı zamanı "Bolt" taksi xidmətində sürücü işləyən Talehin qayınatası 1964-cü il təvəllüdlü Abdullayev Mehdi Adıgözəl oğlu tərəfindən ikinciyə məxsus evdə qətlə yetirildiyi məlum olub.
Belə ki, hadisə baş verən gün Mehdi Abdullayevin evində oğlunun toy məclisi təşkil edilibmiş. Pandemiya səbəbindən kiçik məclis kimi keçirilən toya gələn Talehin ondan küsmüş 8 aylıq hamilə həyat yoldaşına qarşı davranışı M.Abdullayevi özündən çıxarıb. Qonaqların arasında qızının Taleh tərəfindən təhqir edilməsinə dözməyən kişi mətbəxə keçərək bıçaq götürüb. O, mənzildə qonaqların gözü qarşısında bıçaqla Taleh Mirzəyevin boğazına bir dəfə zərbə endirib. Ağır xəsarət alan şəxs yerindəcə ölüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə açılmış işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. 
Məhkəmədə ifadə verənlər hadisə günü Talehin Mehdinin evinə gələrək məclisdə iştirak etdiyini, sonra həyat yoldaşı Günayı aparmaq istədiyini və bu zaman onu söyüb təhqir etdiyini bildiriblər.
T.Mirzəyevin anası da zərərçəkmiş şəxs kimi ifadəsində oğlunun çox qısqanc olduğunu bildirib. Daha əvvəl evli olmuş və 3 övladı dünyaya gəlmiş Talehin sonradan həmin qadından ayrılaraq 2019-cu ildə Günay Mirzəyeva ilə evləndiyini bildirən şəxs onların daim mübahisə etdiyini, Talehin həyat yoldaşını tək şəkildə harasa getməyə qoymadığını bildirib. Hətta 2019-cu ildə Talehlə Günayın toyunun səhəri günü xınayaxdı məclisinin aparıcısı məclisdən fotolar paylaşdığı üçün Taleh əsəbiləşərək Günayı evdən qovmaq istəyib və həmin vaxt Günay evdən getməyib.
Qətli törədən Mehdi Abdullayev qızının hadisədən təxminnə 2 ay əvvəl onun evinə qayıtdığını, Talehin hərəkətlərindən bezdiyini, onunla boşanmaq istədiyini deyib. Lakin 14 mart tarixində oğlunun toyu günü gözlənilmədən Taleh gül dəstəsi ilə onlara gəlib və məclisdə iştirak edib. Bundan bir qədər sonra isə o, həyat yoldaşını evinə aparmağa təkid edərək münaqişə yaradıb.
Məhkəmənin hökmü ilə kürəkənini qətlə yetirən şəxs 10 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
///Publika.az 

Sosial       Tarix: 08 fevral 2022
f Paylaş

Oxşar xəbərlər

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ

Havaların sərinləşməsi ilə birlikdə bir çox insan asqırma, burun axması, öskürək və halsızlıq kimi şikayətlərlə qarşılaşır. Bu əlamətlər isə bəzən payız allergiyası ilə soyuqdəymənin bir-birindən fərqləndirilməsini çətinləşdirir

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən canlı sonxeber son xəbər gunun xeberleri