Bakıda üç binanın ortasında kran qurulub: Məhəlləyə giriş-çıxış məhdudlaşıb - VİDEO
Bakıda üç binanın ortasında kran qurulub: Məhəlləyə giriş-çıxış məhdudlaşıb - VİDEO
Bakının Nizami rayonunda sakinlərin öz məhəllələrinə giriş-çıxışları məhdudlaşıb.
Oxu.Az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Belə ki, Azər Manafov 8 küçəsində üç binanın yerləşdiyi məhəlləyə altı-yeddi aydır ki, kran qurğusu yerləşdirilib.
Sakinlər iddia edirlər ki, dünəndən ərazidə tikinti işlərinə başlanıb:
"Kran altı-yeddi ay olar ki, əraziyə yerləşdirilib. Problem aylardır həllini tapmır. İnsanların həyatı təhlükə altındadır. Dünən hər yeri bağlamışdılar. Maşın saxlamağa yer qalmayıb. Ağaclar tələf olub. Rəsmi icazə olduğunu, hasar çəkəcəklərini söyləyiblər".
Məsələ ilə bağlı Oxu.Az-ın əməkdaşı aidiyyəti qurumlarla əlaqə saxlayıb.
Nizami Rayon İcra Hakimiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən araşdırma aparıldığı bildirilib:
"Aidiyyəti şöbə bu işlə məşğuldur. Hələ ki araşdırma aparılır. Rəsmi icazə olduğu bildirilib. Hansı tikintinin aparıldığı məlum deyil".
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən də məsələ ilə bağlı araşdırma başladıldığı bildirilib.
Nəzrin Vahid
f Paylaş
Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR