Bakıda "Ukrayna Məhsulları" ticarət şəbəkəsinin mərkəzi mağazası açılıb - FOTO
Dekabrın 17-də Bakıda "Ukrayna Məhsulları" ticarət şəbəkəsinin mərkəzi mağazasının açılışı olub.
Milli.Az Trend-ə istinadən bildirir ki, ölkəmizdə rəsmi səfərdə olan Ukrayna Prezidenti Vladimir Zelenski açılış mərasimində iştirak edib.
Ukrayna Prezidenti yeni açılan mağazada yaradılan şəraitlə tanış olub. Məlumat verilib ki, "Ukrayna Məhsulları" ticarət şəbəkəsi artıq iki ildən çoxdur ölkəmizdə fəaliyyət göstərir və Bakıda doqquz mağazası var. Ticarət şəbəkəsinin mağazalarında Ukraynadan gətirilən geniş çeşiddə ərzaq və içki məhsulları satılır.
Diqqətə çatdırılıb ki, gələn ilin fevralında Bakıda "Ukraynska Xata" adlı restoran da istifadəyə veriləcək.
Azərbaycan ilə Ukrayna arasında ticarət əlaqələrindən və dostluq münasibətlərindən danışan Prezident Vladimir Zelenski deyib:
-Bizim dövlətlərimiz arasında tarixi münasibətlərimiz var. Mən düşünürəm ki, əlaqələrimiz təkcə qarşılıqlı iqtisadı maraqlara və investisiya mühitinə əsaslanmır. Əlaqələrimiz daha yüksək səviyyədədir. Hər şeydən öncə zənnimcə, bu, xalqlarımız arasında bir-birinə olan rəğbətdir. Xalqlarımız bir-birinə qarşı isti münasibət bəsləyirlər. Bu, mənim Bakıya Prezident kimi birinci səfərimdir, birinci olsa da, sonuncu olmayacaq. Düşünürəm ki, səfərlərin sayını artırmaq lazımdır. İstəyərdik ki, Azərbaycanın ticarət imkanları Ukraynada geniş təqdim olunsun və əksinə.
Milli.Az /news.milli.az

Borca görə qətlə yetirilən Xəyalənin FOTOSU
Zelenskidən ŞOK "Yalta-2" XƏBƏRDARLIĞI: Tramp, Putin və Si Cinpinin gizli planından QORXUR
Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub
İpoteka krediti qaydaları dəyişdi
Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama
AFFA 10 komandaya texniki məğlubiyyət verdi
"Real" Mbappeyə görə Çin xalqından üzr istədi
Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır
Məşhur aktyor 46 yaşında vəfat etdi
Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı