Bakıda Ümummilli Lider Heydər Əliyevin xatirə gecəsi keçirilib - FOTOLAR
Bakıda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirə gecəsi keçirilib.
azxeber.com xəbər verir ki, tədbir çərçivəsində Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş "Liderin qəlbi" sənədli filmi nümayiş etdirilib. Filmin müəllifi Mixail Qusmandır.
Filmi Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva izləyib.
Tədbir Ümummilli Liderin xatirəsinə bir dəqiqəlik sükutla başlayıb.
İzləyicilər qarşısında çıxış edən Mixail Qusman filmin üzərində iş prosesindən danışıb və bu cür dahi şəxsiyyət haqqında bir saatlıq lent yaratmağın asan olmadığını vurğulayıb. O qeyd edib ki, materiallar Heydər Əliyevin yolunu və xarakterini mümkün qədər dəqiq çatdırmaq üçün hissə-hissə toplanıb.
Filmin müəllifi, həmçinin Ümummilli Liderlə bağlı şəxsi xatirələrini bölüşərək onun qeyri-adi daxili gücünü, möhkəm xarakterini və cəsarətini qeyd edib.
M.Qusmanın sözlərinə görə, Heydər Əliyev ləyaqətini və təmkinini itirmədən həyatın bütün çətinliklərinin öhdəsindən gələ bilib və həmişə özünün əsas - Azərbaycana xidmət etmək məqsədinə sadiq qalıb. Heydər Əliyevin bütün həyatı ölkəyə və onun gələcəyinə həsr olunub və o, həqiqətən öz xalqı üçün yaşayıb.
Mixail Qusman filmdə yer almış epizodlardan birinin üzərində ayrıca dayanıb: çıxışı zamanı Heydər Əliyevin özünü pis hiss etdiyi an. Müəllif qeyd edib ki, bu kadr liderin mənəvi gücünü və dözümlülüyünü vurğulayan hekayənin mühüm hissəsinə çevrilib.














Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib