Bakıda vaksinasiya prosesinə səhlənkar yanaşan tibb işçisi cəzalandırıldı - YENİLƏNİB + FOTO

Bakıda vaksinasiya prosesinə səhlənkar yanaşan tibb işçisi cəzalandırıldı - YENİLƏNİB + FOTOBakıda vaksinasiya prosesinə səhlənkar yanaşan tibb işçisi cəzalandırıldı - YENİLƏNİB + FOTO
39 saylı şəhər poliklinikasının tibb işçisinə töhmət verilib. 
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən məlumat verilib. 
Bildirilib ki, 39 saylı şəhər poliklinikasında jurnalistə vaksinasiya prosesi təyin olunan gün növbədə olması gərəkən və naməlum səbəbdən işdə olmayan tibb işçilərindən birinə töhmət verilib.
15:16
"Mayın 10-da vaksinasiya üçün randevu.its.gov.az saytında qeydiyyatdan keçərək saat 14:00-15:00 üçün 39 saylı şəhər poliklinikasına yaxınlaşsam da, vaksinasiya oluna bilmədim".
Oxu.Az xəbər verir ki, bu barədə sosial şəbəkədə jurnalist Kamran Mahmudov paylaşım edib.
Onun sözlərinə görə, poliklinikaya yaxınlaşdığı gün ona bildirilib ki, mayın 10-da vaksinasiya saat 14:00-a qədər olub və artıq poliklinikada heç kim yoxdur:
"Deyirəm bəs necə olur ki, saat 14:00-a qədər işləyirsiniz, amma qeydiyyata da adam götürürsünüz? Deyirlər ki, bu, bizim günahımız deyil, randevu.its.gov.az saytının günahıdır. Poliklinikanın baş həkiminin müavininin cavabı isə daha unikal oldu. Deyir ki, siz niyə başqa poliklinikanı deyil, məhz bizim poliklinikanı seçmisiniz? Daha nə deyəcəyimi bilmirəm. İctimai nəqliyyatın işləmədiyi bir vaxtda, boş vaxt tapıb, qeydiyyatdan keçib, taksi ilə vaksin olunmağa gedirsən, onda da qeydiyyatdan keçdiyin poliklinika öz keyfi ilə işləməsin. İndi mən yenidən vaksin olunmaq üçün qeydiyyatdan necə keçə bilərəm?"
Məsələ ilə bağlı 39 saylı şəhər poliklinikası ilə əlaqə saxladıq. Poliklinikanın baş həkiminin müavini Sevda İsgəndərova iddialara cavab olaraq Oxu.Az-a bildirib ki, irəli sürülən iddialarla bağlı araşdırma aparılır:
"Bu məsələdən xəbərimiz var. Həmin tarixdə poliklinika hər gün olduğu kimi adi qaydada işləməli idi. O tarixdə poliklinikada olmalı olan personal araşdırılacaq və barələrində lazımi tədbir görüləcək. Araşdırılacaq ki, həmin gün işdə hansı tibb işçiləri olub və hansı səbəbdən məntəqəni tez bağlayıblar. Araşdırmanın yekununda həmin şəxslər barəsində müvafiq tədbirlər görüləcək".
K.Mahmudovun yenidən vaksinasiya üçün hansı qaydada qeydiyyatdan keçməli olduğuna dair sualına isə S. İsgəndərova belə cavablandırıb:
"Həmin şəxsin yenidən qeydiyyatdan keçməsinə ehtiyac yoxdur. Biz yerindəcə həmin şəxsə növbə götürə bilərik. Yenidən peyvənd üçün nə zaman istəsə, müraciət edə bilər".
Bakıda vaksinasiya prosesinə səhlənkar yanaşan tibb işçisi cəzalandırıldı - YENİLƏNİB + FOTOKönül Cəfərli

Sosial       Tarix: 16 may 2021
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

"Dağ boyda oğul itirmişəm" - Ucal Bayramovun atası

"Mən dağ boyda oğul itirmişəm". xəbər verir ki, bunu "ölkə.az"a qısa açıqlamasında Şəkidəki "Şəki yaylası" istirahət mərkəzində baş verən "zipline" qəzasında faciəvi şəkildə vəfat edə

Sosial şəbəkələrdə yeni dələduzluq tələsi meydana çıxıb - Diqqət

Sosial şəbəkələrdə saxta fal baxımı ilə məşğul olan bir sıra səhifələrin dələduzluq etdiyi bildirilir. Belə hallarda şəxslərdən müraciət zamanı kart hesablarına pul köçürmələri tələb olunur, ödəniş edildikdən sonra isə həmi

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş


yeni xeberler son xeberler azerbaycan xeberleri son xabarlar xəbər az en son xeberler bu gun havanın temperaturu