Bakıda yaşayış binasında yanğın - VİDEO
Fövqəladə Hallar Nazirliyinin "112″ qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsində yerləşən çoxmənzilli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
KONKRET.az FHN-ə istinadən xəbər verir ki, dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri hadisə yerinə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 60 kv.m olan ikiotaqlı mənzildə baş verdiyi və mənzildə bir nəfər vətəndaşın həyatı təhlükəli vəziyyətdə qaldığı müəyyən edilib.
Yanğınsöndürənlər və xilasedicilər operativ müdaxilə ilə ilk növbədə tüstülənmiş mənzildə təhlükəli vəziyyətdə qalmış vətəndaş 1958-ci il təvəllüdlü Nəzərov Cəmil Əliş oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Yanğınsöndürmə qüvvələrinin çevikliyi sayəsində yanğın qısa müddətdə söndürülərək digər mənzillərə keçməsinin qarşısı alınıb.
Yanğın nəticəsində mənzilin ümumililkdə 0,5 m² sahəsində ev əşyaları yanıb, yüksək temperaturdan kondisioner əriyib. Mənzil və bütövlükdə bina yanğından mühafizə olunub.
Peşəkar oftalmoloq Günel Xalıqverdiyeva ilə əlaqə
f Paylaş
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR
Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib
Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti
Millimiz İsrail yığmasını məğlub etdi – FOTOLAR
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Futbol əfsanəsi Samuel Eto'O Bakıya gəldi
İstanbul derbisində sevinən tərəf "Qalatasaray" oldu
"Qarabağ" - "Dinamo Zaqreb" matçının baş hakimi açıqlandı
Banklar kimlərə aşağı faizlə kredit verir? – Əsas şərt
Əkrəm Həsənovdan xəbərdarlıq: "Azərbaycanı ağır illər gözləyir"
Hindistan Azərbaycandan neft alışını 5 dəfə artırdı
Dövlət dəstəyi almaq istəyənlər üçün ŞƏRTLƏR AÇIQLANDI
Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - FOTOLAR
Leyla Əliyeva Şamaxıda "Capybara Azerbaijan" fermasında olub - FOTOLAR
Temperatur dəyişir, sağlamlıq risk altına düşür? – Terapevtdən XƏBƏRDARLIQ