Bakıda yeni yol qovşağı yaradılır - FOTO/VİDEO

Bakıda yeni yol qovşağı yaradılır - FOTO/VİDEOBakıda yeni yol qovşağı yaradılır - FOTO/VİDEO
Bakıda Sabit Orucov, Nizami, Mehdi Mehdizadə və 28 May küçələrinin bir hissəsinin genişləndirilməsi və həmin ərazilərin Yusif Səfərov küçəsi ilə kəsişməsinin təmin edilməsi məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən yenidənqurma işlərinə start verilib.
Agentlikdən verilən xəbərə görə, yenidənqurma işləri çərçivəsində Mehdi Mehdizadə və 28 may küçələrinin kəsişməsində yerləşən artıq istifadə olunmayan və yolun daralmasına səbəb olan dəmir yolu körpüsü sökülüb. Nəticədə, sözügedən hissədə hərəkət hissəsi iki zolaqdan dörd zolağa qədər genişləndirilib, yolun kənarları abadlaşdırılıb.
Bundan başqa, aparılan yenidənqurma işləri çərçivəsində piyada səkiləri bərpa olunub, işlərin aparıldığı ərazi boyunca yeni səki daşları düzülüb, yeni asfalt-beton örtüyü döşənib. Zəruri olan yerlərdə yeni yol nişanları quraşdırılıb, üfüqi nişanlanma xətləri çəkilib. Həmçinin, Mehdi Mehdizadə küçəsinin Yusif Səfərov və 28 May küçələri, həmçinin 28 May küçəsinin Mehdi Mehdizadə və Kövkəb Səfərəliyeva küçələri arasında yerləşən hissəsi yeni və müasir görkəmdə vətəndaşların istifadəsinə verilib. 
Hazırda Sabit Orucov, Nizami, Mehdi Mehdizadə və 28 May küçələrinin Yusif Səfərov küçəsi ilə kəsişən hissələrində paytaxtımızın yol infrastrukturuna mühüm töhfə verəcək yeni qovşağın yaradılması istiqamətində sadalanan küçələrdə yenidənqurma işləri davam etdirilir. Mehdi Mehdizadə və 28 May küçələrinin bir hissəsində müasir yol infrastrukturunun yaradılması istiqamətində aparılmış təmir-tikinti işləri yuxarıda sadalanan küçələri də əhatə edir.
Küçələr genişləndirilir, mövcud piyada səkiləri bərpa edilir, zəruri yerlərdə yeniləri inşa edilir, kənarlarına yeni səki daşları düzülür. Layihə çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza Agentliyinin rəyi əsasında yaxın günlərdə tikinti sahəsinə düşən yaşıllıqların köçürülməsi nəzərdə tutulur. Bu işlərin ardınca zəruri yerlərdə yararsız qrunt çıxarılaraq, əks-dolğu işləri görüləcək və yeni asfalt-beton örtüyünün döşənməsi təmin olunacaq.
Layihənin sonuncu mərhələsində Sabit Orucov, Nizami, Mehdi Mehdizadə və 28 May küçələrinin Yusif Səfərov küçəsi ilə kəsişən hissəsində yeni yol qovşağı yaradılacaq. Qovşaqda avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinin təşkili üçün işıqforlar quraşdırılacaq, zəruri yerlərdə yol nişanları qoyulacaq, yol cizgi və yolgöstərici, həmçinin piyada zolaqları çəkiləcək.
Qeyd edək ki, Şah İsmayıl Xətainin heykəlinin yerinin dəyişdirilməsi paytaxtda yol infrastrukturuna mühüm töhfə olacaq yol qovşağının yaradılmasına şərait yaradıb. Belə ki, Nizami küçəsi ilə Sabit Orucov, Mehdi Mehdizadə və 28 May küçələri istiqamətində yolları birləşdirən nəqliyyat qovşağının yaradılması ərazidə yarana biləcək tıxacların qarşısının alınmasına və nəqliyyat vasitələrinin hərəkətinin intensivliyinin təmin edilməsinə imkan verəcək.

Bakıda yeni yol qovşağı yaradılır - FOTO/VİDEOBakıda yeni yol qovşağı yaradılır - FOTO/VİDEOBakıda yeni yol qovşağı yaradılır - FOTO/VİDEOBakıda yeni yol qovşağı yaradılır - FOTO/VİDEO

Sosial       Tarix: 15 may 2020
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Maaş və pensiyalarla bağlı müjdə: artım olacaq – Konkret tarix bilindi

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşaraq 113 dollar olub. Büdcəyə yenidən baxıla bilərmi? Maaş, pensiya və başqa ödənişlər artacaqmı?. KONKRET.azxəbər verir ki, -a danışan iqtisadç

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı

Küçədə yaşayan heyvanların sahibsiz olması onların hüquqsuz olduğu anlamına gəlmir. Heyvana ağrı və əzab vermək, onu döymək və ya döyüşdürmək qanunvericiliklə inzibati məsuliyyət yaradan əməllər sırasındadır. Azərbaycan Respublikasını

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı

Bakıda bəzi ərazilərdə həyata keçirilən infrastruktur və şəhərsalma layihələri həmin ərazilərdə mənzil qiymətlərinə və investisiya cəlbediciliyinə təsir göstərə bilər. Nəqliyyat imkanlarının genişlənməsi, yeni yolların v

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət


son xeberler yeni xeberler azerbaycan xeberleri bugünki xəbərlər axsam az xeberler xeberler az xeberler azerbaycan