Bakıda "yiyəsi çıxmayan" qəsəbənin bitməyən su dərdi - VİDEO

Bakıda "yiyəsi çıxmayan" qəsəbənin bitməyən su dərdi - VİDEO Bakıda "yiyəsi çıxmayan" qəsəbənin bitməyən su dərdi - VİDEO
Suraxanı rayonu Binə qəsəbəsi, "Südçülük sovxozu" adlanan ərazidə yaşayan minlərlə sakin şirin su və yolsuzluqdan əziyyət çəkir.  
Qəsəbənin uzun illər əvvəl salınmasına baxmayaraq, ərazidə nə su xətti, nə də asvalt yol olub. Sakinlər bildirirlər ki, uşaqlar məktəbə suyun içi ilə gedib-gəlirlər, yaşlı insanlar yolu gedə bilmirlər. Dəfələrlə yıxılıb suyun içində qalanlar olub.  
Sakinlər qeyd edirlər ki, uzun illərdir ya pul verib su alırlar, ya da quyu suyu içirlər. Hətta sudan zəhərlənən uşaqlar da olub.  
Başı bəlalı qəsəbənin dərdi bununla da bitmir. Belə ki, buradakı vətəndaşlar hansı inzibati rayonun tabeçiliyində yaşadıqlarından da xəbərsizdilər. Sakinlər komunal ödənişləri Xəzər rayonuna, digər ödənişləri isə Suraxanı rayonuna ödəyirlər.  
"Suraxanı rayonu atır Xəzər rayonunun üstünə, Xəzər rayonu atır Suraxanı rayonunun üstünə".  
Mövcud vəziyyətlə bağlı vətəndaşlar hər iki icra orqanına müraciət etsələr də, heç bir nəticəsi olmayıb. 
Suraxanı rayon icra nümayəndələrindən onlara verilən cavab isə belə olub: 
"Gedin, hara şikayət edirsiz, edin, nə vaxt pul ayrılacaq, onda problemləri həll edəcəyik".  
Məsələ ilə bağlı ilk olaraq Suraxanı rayon icra hakimiyyətinə yollandıq. Burada şifahi açıqlama verən şöbə müdiri Bərduxan Bərduxanov sözügedən ərazinin Suraxanı rayonu ərazisi olmadığını bildirib.  
Xəzər Rayon İcra hakimiyyətində isə ümumiyyətlə, suallarımıza cavab verilmədi. Hətta Baku TV-ni tanımadıqlarını bildirdilər.  
Ərazinin tam olaraq hansı rayonun balansında olduğunu öyrənmək üçün Əmlak məsələləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti ilə əlaqə saxladıq. Buradan bildirdilər ki, inzibati ərazi bölgüsünə görə, südçülük sovxozu adlanan ərazi faktiki olaraq Suraxanı rayonunun inzibati ərazisidir. Aydın olan isə odur ki, məsul icra qrumları nəinki sakinlərin problemləri ilə maraqlanmaq, ümumiyyətlə, rayonun inzibati sərhədlərini də bilmirlər.  
Baku TV olaraq "Südçülük sovxozu" adlanan ərazinin Suraxanı rayonuna aid olduğunu həmin rayonun İcra orqanına bildirməyi də özümüzə borc bildik.  

Sail Ağasəlim  
Elgün Hümbətov  /oxu.az

Sosial       Tarix: 11 dekabr 2019
f Paylaş

Oxşar xəbərlər

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Yol polisi sürücülərə müraciət etdi

Baş Dövlət Yol Polisi İdarəsi ötmə qaydasınının pozulması ilə bağlı sürücülərə müraciət edib. xəbər verir ki, müraciətdə deyilir:. "Bakı-Qazax avtomagistralının Navahı qəsəbəsi ərazisindən keçən hissəsində, saat 22:0

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. " "a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki "VAZ 2107" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı

Azərbaycanda işıq pulu ləğv edilə bilər

Özbəkistanda vətəndaşların evlərinin damlarında quraşdırdıqları günəş panelləri vasitəsilə həm öz elektrik tələbatlarını ödəməsi, həm də artıq enerjini dövlət şəbəkəsinə ötürərək gəlir əldə etməsi diqqət çəkir. Bu model bərp

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ

Havaların sərinləşməsi ilə birlikdə bir çox insan asqırma, burun axması, öskürək və halsızlıq kimi şikayətlərlə qarşılaşır. Bu əlamətlər isə bəzən payız allergiyası ilə soyuqdəymənin bir-birindən fərqləndirilməsini çətinləşdirir


yeni xeberler son xeberler azerbaycan xeberleri krimnal bugun en son xeberleri xeber cəbhədən son vəziyyət