Bakıdakı qeyri-adi piyada keçidi ilə bağlı qurumlar hərəkətə keçdi - FOTO
Bakıdakı qeyri-adi piyada keçidi ilə bağlı qurumlar hərəkətə keçdi - FOTO
Ötən gün sosial şəbəkələrdə "Şamaxı yolu" adlanan ərazidə, daha dəqiq 20 Yanvar küçəsi ilə Asif Məhərəmov küçəsinin kəsişməsində yol hərəkətinin təşkilində qüsurun olması ilə bağlı məlumat yayılıb.
Belə ki, piyada zolağı yolun bir tərəfində dekorativ kollara doğru çəkilib. Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) sorğu ünvanladıq.
Oxu.Az-ın sorğusuna cavab olaraq Agentlikdən bildirilib ki, məsələ ilə bağlı aidiyyəti şöbəsinə məlumat verilərək problem nəzarətə götürülüb.
"Bu gün səhər saatlarında agentliyin Şəhər yollarının istismarı və təmiri şöbəsinin rəisi, həmçinin Bakı Nəqliyyat Agentliyinin məsul şəxsi ərazidə olaraq problemlə yerindəcə tanış olublar və sözügedən qüsurun aradan qaldırılması üçün tapşırıqlar verilib.
Qeyd edilən ərazidə problemin aradan qaldırılması üçün atılacaq addımlar barədə yaxın günlərdə ictimaiyyətə ətraflı məlumat veriləcək".


Könül Cəfərli
Turlar.az [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR