Bakıdan havaya qalxan təyyarə İrəvanı lərzəyə gətirdi: Ermənilər son 100 ildə heç vaxt bu qədər alçaldılmamış

Bakıdan havaya qalxan təyyarə İrəvanı lərzəyə gətirdi: Ermənilər son 100 ildə heç vaxt bu qədər alçaldılmamışBakıdan havaya qalxan təyyarə İrəvanı lərzəyə gətirdi: Ermənilər son 100 ildə heç vaxt bu qədər alçaldılmamış
Ermənistanda ötən gün yayılan saxta xəbər ölkə ictimaiyyətində qalmaqala səbəb olub.
Belə ki, rəsmi Bakıdan müvafiq heç bir açıqlama və bəyanat olmadığı halda Ermənistan tərəfində Bakıdan gələcək "əsirləri" qarşılamağa hazırlaşıblar. Əslində Bakıdan Ermənistana təyyarə gəlib, lakin həmin təyyarədə erməni valideynlərin gözlədiyi kimi "əsirlər" yox, Rusiya sülhməramlı qüvvələrinin rəhbəri general-leytenant Rüstəm Muradov olub.
Ermənilər bəlkə də ilk dəfə qarşılarında rusiyalı generalı görmələrinə bu qədər məyus olub, qəzəbləniblər.
Nə qədər maraqlı olsa da, bir daha xüsusilə qeyd edək ki, rəsmi Bakıdan müvafiq addımla bağlı heç bir bəyanat verilməyib. Yəni Azərbaycan tərəfi Ermənistana "əsir" qaytarılacağı ilə bağlı bir elan verməyib, həmin gün üzərinə belə bir öhdəlik götürməyib. Lakin nədənsə Ermənistanda valideynlərə övladlarının qaytarılacağı bildirilib.
Hava limanından əliboş qayıdan valideynlər isə müharibədə itkin düşən əsgərlərin yaxınlarına qoşulub və Ermənistan Müdafiə Nazirliyi binasını mühasirəyə götürüb.
Bir çox erməni aktivistlər, blogerlər sözügedən məsələni Ermənistan hakimiyyətinin manipulyasiyası kimi qiymətləndirib və "rəsmi aldatma" adlandırıb.
AntiFake.am nəşri isə "əsirlərin qaytarılması" məsələsinin hökumət dairələri tərəfindən bilərəkdən ortaya atıldığını üzə çıxarıb. Əvvəlcə Ermənistan parlamentinin vitse-spikeri Alen Simonyanın arvadına məxsus freenews.am saytı bu iddianı səsləndirib, daha sonra baş nazirin müavini səviyyəsində hökumətyönümlü mətbuat orqanlarına fakt təsdiqlənib. Sözügedən feyk bilərəkdən sürətlə informasiya məkanında yayılıb.
Nəşr bu hadisənin baş nazir Nikol Paşinyanın seçki öncəsi "ucuz piar" cəhdi olduğunu iddia edib.
Erməni ictimai fəal Mihran Akopyan isə hadisədə yenə də Ermənistan hökumətini günahlandırıb və ermənilərin son 100 ildə heç vaxt bu qədər alçaldılmadığını bildirib.
Blogerlər həmçinin hökumətin kapitulyant kimi masada söz sahibi ola bilməyəcəyini vurğulayıblar.
Xatırladaq ki, ermənilərin gözlədiyi "əsirlər" üçtərəfli bəyanatın imzalanmasından sonra Azərbaycan ərazisində saxlanılmış terrorçulardır.   /oxu.az

Siyasi       Tarix: 09 aprel 2021
f Paylaş

Oxşar xəbərlər

Kamran Əliyev: "Bu şəxslərə layiqli cəzalar verilib

Azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib. xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorlu

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi

Türkiyədən Rusiyaya dost ölkəyə S-400-lərin köçürülməsi ehtimalı gündəmdədir. KONKRET.azapa-ya istinadən xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, bu istiqamətdə müvafiq işlə

Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova

Azərbaycan və Slovakiya arasında münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm rolu var. xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Slovakiyanın Milli Günü münasibətilə keçirilən rəsm

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı ölkəmizin beynəlxalq əhəmiyyətli nüfuzl

Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına

Azərbaycan xalqı həm öz qonşularına münasibətdə, həm də ölkə daxilindəki digər etnosların nümayəndələrinə, onların dini etidaqlarına münasibətdə dünyanın ən tolerant xalqlarından biridir. Bizim dövlətimiz də bütün qonşularl

Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq

"27 Sentyabr - Anım Günü Azərbaycan xalqının mənəvi yaddaşında xüsusi yer tutan müqəddəs tarixdir. Bu gün Vətən müharibəsində və Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən bütün döyüşlərdə canlarını fəda etmiş şəhidlərimizi

Vuçiç istefa verdi 

Serbiya Prezidenti Aleksandar Vuçiç ikinci prezidentlik müddətini başa vurmadan istefa verdiyini açıqlayıb. xəbər verir ki, Vuçiç növbədənkənar parlament seçkilərində hakim Serb Tərəqqi Partiyasının namizədi kimi baş nazi

Ərdoğan İlham Əliyevə zəng etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Əroğan 27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Telefon danışığı zamanı Ərdoğa

Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR

27 Sentyabr – Anım Günü ilə əlaqədar Baş nazir Əli Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Milli Məclisin sədri Sahibə Qafarova, digər dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar. Dövlə


azerbaycan xeberleri son xeberler yeni xeberler xəbərlər.com cəbhədən ən son xəbər xeberler bu gun havanın temperaturu