Bakıdan İrəvana iki mühüm jest: Sülh bu halda mümkündür
"Azərbaycanla Ermənistan arasında sülh müstəvisində atılan son addımlar təqdirəlayiqdir. Bu sülh prosesinin tərkib elementləri kimi də qəbul edilir. Azərbaycan üzərindən Ermənistana tranzit məhdudiyyətlərinin aradan qaldırılması, həmçinin vətəndaş cəmiyyətinin üzvlərinin İrəvanda keçirdiyi görüş bu mənada müsbət haldır".
KONKRET.az xəbər verir ki, bu sözləri Teleqraf-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Mətin Məmmədli deyib.
Ekspert hesab edir ki, Azərbaycan tərəfindən tranzit məhdudiyyətlərinin aradan qaldırılması regionda kommunikasiya xətlərinin açılması istiqamətində atılan addımdır: "Bu amil Zəngəzur dəhlizinin (Tramp marşrutu) açılmasına da müəyyan mənada təsir göstərəcək. Ümumilikdə kommunikasiyaların açılması məsələsi son illərdə sülh prosesinin ən vacib istiqamətlərindən biri olub. Təbii ki, burada irəliləyişin baş verməsi olduqca əhəmiyyətlidir" .
Mətin Məmmədliyə görə, rəsmi Bakının vermiş olduğu bu qərar onun sülh prosesində nə qədər maraqlı olduğunu göstərir: "Azərbaycan yalnız sərt bəyanatlar, ritorika ilə deyil, atdığı praktiki addımlarla da sübut edir ki, bölgədə sülhün əsas lokomotividir. Sözsüz ki, davamlı sülhün əldə edilməsi o qədər də sadə məsələ deyil. Dövlətlərlə yanaşı, cəmiyyətlər də sülhə hazır olmalıdır. Bunun üçün münbit zəmin formalaşmalı, ilk növbədə etimad mühiti yaranmalıdır. Uzun onilliklər iki cəmiyyət arasında düşmənçilik hökm sürüb. Bunu qısa zamanda aradan qaldırmaq çətindir. Vətəndaş cəmiyyətləri arasındakı təmaslar etimad mühitinin formalaşmasına müsbət təsir göstərəcək".

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib