Bakıətrafı qəsəbələrdə içməli su çatışmazlığı aradan qaldırılır - RƏSMİ
Bakıətrafı qəsəbələrdə içməli su çatışmazlığı aradan qaldırılır - RƏSMİ
"Azərsu" ASC tərəfindən yay mövsümündə Bakıətrafı qəsəbələrdə içməli su çatışmazlığından əziyyət çəkən yaşayış massivlərinin su təchizatının gücləndirilməsi məqsədilə Təxirəsalınmaz Tədbirlər Planı çərçivəsində layihələr icra olunur.
"Azərsu" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, hazırda Binəqədi rayonunun Gülüstan yaşayış massivi və 1-ci mədən 18-ci korpus adlanan ərazisində, Sabunçu rayonu Sabunçu qəsəbəsi E.Mehdiyev, Q.Vəzirov, Zabrat qəsəbəsi Frunze küçələrində, Balaxanı qəsəbəsi 2-ci mədən ərazisində, Suraxanı rayonu S.Əliyev küçəsində yeni xətlər çəkilir.
Gülüstan yaşayış massivi və Binəqədi qəsəbəsinin bir hissəsinin içməli su təchizatının daha da yaxşılaşdırılması məqsədilə Ceyranbatan-Zirə magistral kəmərindən yeni birləşmə verilib. Eyni zamanda yaşayış massivində suyun bərabər paylanması məqsədilə şəbəkədə tənzimləmə işləri də aparılır.
Binəqədi rayonunun 1-ci mədən 18-ci korpus adlanan ərazisində isə içməli su təchizatı əhali tərəfindən fərdi qaydada yaradılmış və tikinti normalarına uyğun gəlməyən şəbəkələr hesabına aparılır. Bu şəbəkələr yay aylarında bəzi abonentlərin su təminatında problemlər yaradırdı. Bütün bunlar nəzərə alınaraq 18-ci korpus ərazisində ilkin mərhələdə 1,2 km uzunluğunda yeni su şəbəkəsi yaradılır. Yeni şəbəkədən bütün evlərə birləşmələr veriləcək və köhnə xətlər ləğv olunacaq. Yeni şəbəkə DSK yolundan keçən magistral su xəttindən qidalanacaq. Bununla da ərazidə su təchizatında dayanıqlıq təmin ediləcək.
Sabunçu və Suraxanı rayonlarının adıçəkilən ərazilərində tikiləcək daşıyıcı xətlər yay aylarında suya tələbatın artdığı vaxtlarda Sabunçu qəsəbəsi E.Mehdiyev, Q.Vəzirov, Zabrat qəsəbəsi Frunze küçəsi, Balaxanı qəsəbəsi 2-ci mədən ərazisi, Suraxanı rayonu S.Əliyev küçəsinin dayanıqlı su təminatına imkan verəcək. /oxu.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb