Bakının ayrı-ayrı rayonları üzrə mənzillərin qiymətləri açıqlandı
"Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti" İctimai Birliyi Bakının 12 rayonundan 9-da mənzillərin qiymətləri ilə bağlı araşdırma aparıb.
azxeber.com xəbər verir ki, bu barədə "Report"a qurumun sədri Vüqar Oruc məlumat verib.
Onun sözlərinə görə, araşdırma zamanı paytaxtın ən tanınmış küçələrində yerləşən yeni və köhnə yaşayış binalarındakı mənzillərin 1 kvadrat metrinin satış qiymətləri toplanılaraq rayon üzrə orta qiymət hesablanıb. Eyni zamanda yeni və köhnə tikililər arasında qiymət fərqləri müəyyən edilib.
Beləliklə,
Nizami rayonunda yeni tikililərdə qiymət 2 780–3 025 manat, köhnə tikililərdə qiymət 2 533–2 610 manat arasında dəyişir. Rayon üzrə orta qiymət 2 633 manat təşkil edir. Yeni və köhnə tikililər arasındakı qiymət fərqi 9–15 % intervalındadır.
Xətai rayonunda yeni tikililərdə qiymət 2 020–3 408 manat, köhnə tikililərdə qiymət 1 806–3 050 manat arasında dəyişir. Rayon üzrə orta qiymət 2 467 manat təşkil edir. Yeni və köhnə tikililər arasındakı qiymət fərqi 7–19 % intervalındadır.
Yasamal rayonunda yeni tikililərdə qiymət 2 205–3 985 manat, köhnə tikililərdə qiymət 1 940–3 182 manat arasında dəyişir. Rayon üzrə orta qiymət 2 822 manat təşkil edir. Yeni və köhnə tikililər arasındakı qiymət fərqi 5–24 % intervalındadır.
Nərimanov rayonunda yeni tikililərdə qiymət 2 517–3 980 manat, köhnə tikililərdə qiymət 2 312–3 250 manat arasında dəyişir. Rayon üzrə orta qiymət 3 006 manat təşkil edir. Yeni və köhnə tikililər arasındakı qiymət fərqi 3,4–16,5 % intervalındadır.
Nəsimi rayonunda yeni tikililərdə qiymət 2 375–4 115 manat, köhnə tikililərdə qiymət 2 014–3 742 manat arasında dəyişir. Rayon üzrə orta qiymət 3 126 manat təşkil edir. Yeni və köhnə tikililər arasındakı qiymət fərqi 3–45 % intervalındadır.
Binəqədi rayonunda yeni tikililərdə qiymət 2 583–2 941 manat, köhnə tikililərdə qiymət 1 536–2 710 manat arasında dəyişir. Rayon üzrə orta qiymət 2 563 manat təşkil edir. Yeni və köhnə tikililər arasındakı qiymət fərqi 7–42 % intervalındadır.
Suraxanı rayonunda yeni tikililərdə qiymət 1 752–2 230 manat, köhnə tikililərdə qiymət 1 420–1 995 manat arasında dəyişir. Rayon üzrə orta qiymət 1 836 manat təşkil edir. Yeni və köhnə tikililər arasındakı qiymət fərqi 10–23 % intervalındadır.
Xəzər rayonunda yeni tikililərdə qiymət 1 930–2 195 manat, köhnə tikililərdə qiymət 1 635–1 845 manat arasında dəyişir. Rayon üzrə orta qiymət 1 913 manat təşkil edir. Yeni və köhnə tikililər arasındakı qiymət fərqi 14–24 % intervalındadır.
Sabunçu rayonunda yeni tikililərdə qiymət 2 120–2 562 manat, köhnə tikililərdə qiymət 1 875–2 239 manat arasında dəyişir. Rayon üzrə orta qiymət 2 226 manat təşkil edir. Yeni və köhnə tikililər arasında qiymət fərqi 10–17 % intervalındadır.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Bakı Media Mərkəzinin 'Sükut içində addımlar' filminin təqdimatı olub
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
7 uşaq atası söyüşə görə CƏRİMƏLƏNDİ
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
Marsol Group partnyorları kişi geyimləri mağazasının açılışında- FOTOLAR
Azərbaycan Prezidenti İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Prezident İlham Əliyevin Dublində Litva Prezidenti ilə görüşü olub
Azercell 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib
İlham Əliyev 'Avropa Siyasi Birliyi'nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Birbank Taksit kartı ilə noyabr alış-verişlərinə əlavə 5% bonus
"Azərsun Holdinq" yerli fermerlərdən zeytun qəbulunu davam etdirir
PSJ-dən Arda Gülerə üçqat maaş təklifi
Türkiyə Sergen Yalçınla ilk oyununda uduzdu
"Gəncə" Türkiyə təmsilçisinə məğlub oldu
Eldar Azadov vəfat etdi