Bakının İrəvandakı əsas adamı kimdir? – Köçəryan "sirri" açdı

Bakının İrəvandakı əsas adamı kimdir? – Köçəryan Ermənistanda parlament seçkilərinə sayılı günlər qaldığı bir vaxtda siyasi mübarizə daha da sərtləşir. Baş nazir Nikol Paşinyanın reytinqinin yüksəlməsi fonunda müxalifət hücum ritorikasını gücləndirib.
Ermənistanın sabiq prezidenti Robert Köçəryan Paşinyanı "Azərbaycanın adamı" adlandırıb. Ümumilikdə isə Paşinyanın hakimiyyətdə qalması həm Ermənistanın daxili sabitliyi, həm də Cənubi Qafqazda sülh prosesinin davamı baxımından əsas faktorlardan biri hesab olunur.
KONKRET.az xəbər verir ki, Globalinfo.az-a danışan siyasi şərhçi Əli Zülfüqaroğlu deyib ki, Ermənistanın vassala, dalan ölkəyə çevrilməsində və ağır duruma düşməsində Köçəryanın böyük payı var:
"Köçəryan və onun kimi uzun illər Ermənistan hakimiyyətini mənimsəmiş cinayətkar fiqurlar Azərbaycan ərazilərini işğal edib, çoxsaylı hərbi cinayətlər törədiblər. Bu gün Paşinyan hökumətinin ictimai dəstəyini zəiflətmək üçün Köçəryan və onun rəhbərlik etdiyi blok müharibədəki məğlubiyyəti Paşinyanın üzərinə yıxmaqla ictimai rəyi manipulyasiya etməyə çalışır. Halbuki bu məğlubiyyətin əsasını elə Köçəryan hakimiyyətinin simasında Ermənistanın daşnak təfəkkürü təşkil edir. Azərbaycan müharibədə bütövlükdə Ermənistan dövlətçiliyini və ona dəstək verən üçüncü qüvvələri məğlub edib. Köçəryan hakimiyyətdə olsaydı belə, Ermənistan məğlub olacaqdı.
Köçəryanı Ermənistanın dövlət maraqları deyil, korporativ mənafelər maraqlandırır. Ermənistan Azərbaycan, Türkiyə və əhalisinin yarısı türk olan İranla qonşudur. Siyasi kimliyi bir kənara qoyaq, sağlam düşüncəsi olan sıradan bir insan bu coğrafi reallıqda Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarını davam etdirə bilərmi? Belə bir utopiyanın gerçəkləşmə ehtimalı neçə faizdir? Bu, mümkünsüzdür və bu cür yanaşmanı Ermənistanın xarici siyasətinə çevirmək həmin dövləti sadəcə alət funksiyasına məhkum edir, məhvə aparır.
Paşinyan isə Ermənistanı buxovlardan xilas etməyə və normal dövlətə çevirməyə çalışır. Bunun yeganə yolu qonşularla reallığa əsaslanan, beynəlxalq hüquqa söykənən sağlam siyasətdir. "Real Ermənistan" konsepsiyası da bu yanaşmanı özündə ehtiva edir. Müharibədəki ağır məğlubiyyətdən sonra erməni ictimaiyyətinin Paşinyanı dəstəkləməsi revanşistlər üçün ölümcül tendensiyadır və Köçəryanı narahat edən əsas məsələ də budur.
Ermənistanda ağıllı siyasətçilər çox yaxşı bilirlər ki, Azərbaycanın bölgədə yaratdığı reallıqları dəyişmək praktiki olaraq mümkünsüzdür. Ona görə də Köçəryanın manipulyativ xarakter daşıyan açıqlamalarının seçkinin nəticələrinə ciddi təsir edəcəyini düşünmürəm. Paşinyan hökumətinin seçkidə qalib gəlmək şansı daha yüksəkdir".

Siyasi       Tarix: 23 may 2026
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Tramp Rusiyaya güzəşt edir, Konqres isə qarşı çıxır: Moskvanı nə gözləyir?

"Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ-ın Rusiyaya qarşı müəyyən sanksiyaları müvəqqəti olaraq aradan qaldırmasının Moskvanın mövqelərinin güclənməsinə gətirib çıxaracağını düşünmürəm. Bu addım daha çox Rusiyanın iqtisad

Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Çin Xalq Respublikasında (ÇXR) müəyyən edilən daha bir şəxsin oktyabrın 28-də nazirlik tərəfindən Azərbaycana ekstradisiyası həyat

Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub

Azərbaycan ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) arasında əməkdaşlıq müzakirə olunub. xəbər verir ki, bu barədə Azərbaycanın Macarıstandakı səfirliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb

Paşinyan Azərbaycanla 400 illik sülhə ümid edir - Özü danışdı

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün alternativinin olmadığını bildirib və əldə olunan sülhün institusional səviyyədə möhkəmləndirilməsinin vacibliyini vurğulayıb. -ın xəbərinə görə, o qeyd edib ki

Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?

Almaniyalı professor Gunnar Haynzonun (Gunnar Heinsohn) demoqrafik proqnozları, miqrasiya dalğaları və Avropanın gələcəyi ilə bağlı mübahisəli nəzəriyyələri. Avropanın mövcud sivilizasiya modeli XXI əsrin ortalarına doğr

Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Moskva səfər edəcək. KONKRET.azaxaraz-a istinadən əbər verir ki, bu barədə müvafiq qərarı Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıb. "Ermənistan Təhlükəsizli

"Ramiz Mehdiyev dövlət idarəçiliyində "qara dəlik" rolunu oynayıb" - Deputatdan sərt açıqlama

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə oktyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsi hökm çıxarıb. R.Mehdiyevin yaşı və xəstəliklər

Ombudsman vəzifəsinə namizədlər müəyyənləşib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlər müəyyənləşib. xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə aparılıb. Qeyd edilib ki, Preziden

Rusiya-Ukrayna-ABŞ danışıqları noyabrda keçiriləcək

"Rusiya və ABŞ Ukrayna müharibəsinin nizamlanması üzrə üçtərəfli danışıqların Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilməsi ilə bağlı hazırlıqlara başlayıb". KONKRET.azxəbər verir ki, bu barədə Rusiy


son xeberler yeni xeberler azerbaycan xeberleri ən son xəbərlər bugün krimnal bugun cəbhədən ən son xəbər bugunun xeberleri