Bakının mərkəzində müəmmalı bunker: Labirint, izolyasiya olunmuş otaq, qırmızı oxlar - REPORTAJ + FOTO

Bakının mərkəzində müəmmalı bunker: Labirint, izolyasiya olunmuş otaq, qırmızı oxlar - REPORTAJ + FOTOBakının mərkəzində müəmmalı bunker: Labirint, izolyasiya olunmuş otaq, qırmızı oxlar - REPORTAJ + FOTO
Sığınacaqlar mülki müdafiədə kollektiv mühafizə vasitələrinin əsas növlərindən biridir. Sığınacaqdan ilk dəfə Birinci Dünya müharibəsi zamanı istifadə edilib.
Sığınacaqların, daha dəqiq desək, bunkerlər tikintisində inşaat materiallarına, möhkəmliyə xüsusi diqqət yetirilir. Çünki bunker nüvə partlayışının zərbə dalğasından, radioaktiv, kimyəvi, bakterioloji maddələrin təsirindən qorumalıdır.
Bakının mərkəzində müəmmalı bunker: Labirint, izolyasiya olunmuş otaq, qırmızı oxlar - REPORTAJ + FOTOBakıda belə sığınacaqlardan biri Səbail rayonu, Cəmil Hasilov küçəsi yaxınlığında yerləşir. Çox insanın məlumatsız olduğu bu sığınacağın sovet dövründə, təxminən 1980-87-ci illərdə inşa edildiyi deyilir.
Oxu.Az-ın əməkdaşları sözügedən sığınacağın (bunkerin) içərisində çəkiliş aparmağa müvəffəq olublar.
Yaşayış evləri, iaşə obyektlərinin yaxınlığında kiçik təpəni xatırladan bir döngə görürük. Üzüaşağı düzülmüş pillələrlə qapıya çatırıq. Hələ içəri daxil olmamışdan, qapının qarşısında adamı vahimə basır.
Bakının mərkəzində müəmmalı bunker: Labirint, izolyasiya olunmuş otaq, qırmızı oxlar - REPORTAJ + FOTOBunkerin hansı müddət ərzində, nə qədər işçi qüvvəsi ilə tikildiyi barədə dəqiq məlumatlar yoxdur. Lakin görünən odur ki, buradan heç vaxt təyinatı üzrə istifadə edilməyib.
Elektrik xətləri çəkilsə də, işıq yoxdur. İçəri zülmət qaranlıqdır. Telefonların işığını yandırıb, "bismillah" çəkib, ilk qapını açırıq…
İçəri buz kimidir. Hər tərəf betondur. Adamda belə hiss yaranır ki, zatən zirzəmi sayılan otaqların altında daha bir zirzəmi var. Divarların altından şaxələnən tunellər var, ancaq oradan sürünərək keçmək olar. Təbii ki, oraya düşməyə və iddiaları doğrulamağa heç birimiz risk etmirik.
Bunkerin dərinliyini, uzunluğunu təxmini də olsa, gözəyarı təyin etmək mümkün deyil. Otaqların bəziləri iç-içə olduğundan sayını itiririk. Bunkerin nə dərəcədə təhlükəsizlik tədbirlərinə, standartlara uyğun tikildiyi bəlli olmasa da, daxildə olan polad, seyf qapılar buranın bir sıra təhlükələrdən kifayət qədər müdafiə edə biləcəyinə işarədir.
Hər tərəfi qara hörümçək torları basıb. Filmlərdə izlədiyimiz qorxu səhnələrini burada çəkmək mümkündür desəm, yerinə düşər. Otaqların bir qismində qapılar bağlıdır. Ucu-bucağı bilinməyən tuneldə bir qədər irəliləməyə qərar veririk.
Labirint, qaranlıq, qırmızı oxlar
Bakının mərkəzində müəmmalı bunker: Labirint, izolyasiya olunmuş otaq, qırmızı oxlar - REPORTAJ + FOTOPolad qapılara otaqların bir neçəsində rast gəlirik. Bəzi otaqlarda isə sadəcə, qapı çərçivələri var. Bir otaqdan daha iki-üç otağa giriş tapmaq olur, əsl labirintdir.
Divarlarda bir sıra qeydlər var, çoxu oxunmur, ancaq bir neçə adı ayırd edə bilirik. Deyilənə görə, bir müddət bu qapılar açıq olduğu üçün əraziyə girən-çıxan çox olub. Təxmin edilir ki, divardakı adları da həmin şəxslər qeyd ediblər. Bunkeri başdan sona gəzənlər olub, amma o insanlar hazırda həyatda deyillər. Sonuncu dəfə bunkerin girişindən çıxışına qədər gedən adam içəriyə daxil olanlar labirintdə qalmasınlar deyə divarlarda qırmızı boya ilə istiqamətləndirici oxlar çəkib.
Biz də həmin oxların göstərdiyi istiqamətdə irəliləməyə qərar veririk. Bəzi oxların yanında "S", "W", "E", "Loğman" kimi qeydlər həkk olunub.
Ventilyasiya qurğuları, istilik, su
Sığınacaqda bütün lazımi avadanlıqlar: ventilyasiya, enerji, istilik, su təminatını həyata keçirəcək qurğular quraşdırılıb və xüsusi mühafizə sistemi yaradılıb.
Ventilyasiya qurğusu ilə təchiz edilən otaqlarda adamların iki-üç gün rahat qala biləcəkləri düşünülür. Bir neçə otaq nisbətən genişdir, düşünülür ki, bunlar əsas otaqlar olub. Digər otaqlarda isə ərzaq, su ehtiyatlarının saxlanılması nəzərdə tutulub. Bir neçə unitaz qoyulmuş sanqovşaqlar da var.
Bundan başqa, yardımçı otaqlar, kanalizasiya, isitmə sistemi, qəza halları üçün giriş və çıxış yolları nəzərdə tutulub. Otaqların divarları sarı və qırmızı boyalarla rənglənib. Bir neçə otaq isə izolyasiya edilib. Polad qapılı, uçuq-sökük vəziyyətdə olan tunelin divarlarının səthində his, dəhlizlərində isə ağacların qalıqları, pambıq, mis və kabellər ayağa dolanır.
Bura müharibə dövründən qalan, hazırda muzey kimi qorunan Stalinin bunkerini xatırladır
Bakının mərkəzində müəmmalı bunker: Labirint, izolyasiya olunmuş otaq, qırmızı oxlar - REPORTAJ + FOTOBurada gəzərkən İosif Stalinin Kuybışevdəki bunkeri haqda oxuduqlarım yadıma düşür. Düzdür, o daha səliqəlidir, burada isə sadəcə, əşyalar çatışmır, bir də işıqla təmizlik yoxdur.
Kuybışevdə bunker doqquz aya tikilib. Tikinti ilə bağlı Moskvadan Kuybışevə 600 nəfər mütəxəssis ezam olunub, onların tabeliyində isə minlərlə fəhlə çalışıb. Tikinti işləri 24 saat ərzində ikinövbəli rejimlə davam etdirilib. Bunkerin tikintisi zamanı yerin altından 25 min kubmetr torpaq çıxarılıb, beş min kubmetrdən artıq isə beton tökülüb. Həmin sığınacaq o dövr üçün dünyada ən təhlükəsiz bunker hesab edilib. Bunkerin dərinliyi, deyilənə görə, 37 metrə çatıb, ümumi hündürlüyü 12 mərtəbəli binaya bərabər olub. Stalin üçün tikilən bu bunkerin ikitonluq aviasiya bombasına davamlı olduğu deyilirdi. Hazırda bu əzəmətli yeraltı saray muzey kimi saxlanılır. Elə adı da "Stalinin bunkeri" adlanır. Sığınacaqda heç nə dəyişdirilməyib. Müharibə dövründə necə olubsa, elə də saxlanılır.
Beş ildir bağlanan polad qapılar...
Özəl mənbələrdən əldə etdiyimiz məlumata görə, bunkerin ətrafında və daxilində müvafiq dövrlərdə bərpa-abadlıq işləri aparılıb. Bizdə olan bir digər məlumata görə, abadlıq işləri Səbail Rayon İcra Hakimiyyətinin müvafiq tabeli qurumları tərəfindən icra edilib.
Bakının mərkəzində müəmmalı bunker: Labirint, izolyasiya olunmuş otaq, qırmızı oxlar - REPORTAJ + FOTOBunkerin içərisində quraşdırılan təchizat sistemi, qurğular və əsası qoyulan kommunikasiya xətləri fəaliyyət göstərmir. Lakin buranı daha maraqlı hala gətirmək olar. Təmizlənib, tarixçəsi öyrənilərsə, maraqlı ekskursiya obyekti kimi istifadə edilməsi pis olmaz.
Bu fikirlərlə irəlilədikcə ikinci çıxışı tapmağın saatlar alacağını anlayırıq. Telefonun enerjisi bitmək üzrədir. Ona görə də risk etməyərək geri qayıdırıq. Ancaq bunkerin tarixçəsi barədə daha ətraflı məlumat toplamaq qərarımız qətiləşir.
Daha çox foto burada: PhotoStock.az
Könül Cəfərli

Maraqlı       Tarix: 07 iyun 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO

ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO. ABŞ-də rüşvətdə ittiham olunan Nyu-Cersi ştatının ermənipərəst senatoru Bob Menendesin vəkili bütün günahları onun arvadının üzərin

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb. Arktikada Şpitsbergen arxipelaqında torpaq sahəsi 300 milyon avroya (323 milyon dollar) satışa çıxarılıb. Qeyd olunub ki, geosiyasi əhəmiyyəti olan əraz

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub. Yeni araşdırma göstərir ki, keçən həftə Yer kürəsini vuran güclü Günəş qasırğası fırtınalar dalğasına səbəb ola bilər. Alimlər qrupu son 5 500 i

May ayının təqvimində yeni əlamətdar gün peyda oldu

May ayının təqvimində yeni əlamətdar gün peyda oldu. BMT Baş Assambleyası 25 may tarixinin Ümumdünya Futbol Günü elan olunması barədə qətnamə qəbul edib. Bu barədə beynəlxalq təşkilatın Mətbuat Xidməti məlumat yayıb. Qey

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub. "Fiziki fəaliyyət hüceyrə funksiyasını yaxşılaşdırır və orqanizmdə xərçənglə bağlı xroniki iltihabı aradan qaldırır". Bu barədə xərçəngin reabilitasiyas

Su sızması ustası hansı xidmətləri göstərir?

Su sızması ustası borularda, kranlarda və su bağlantılarında yaranan sızmaları tapır və təmir edir. Su sızması kiçik görünsə də, davam etdikdə divar və döşəmədə nəmlik yarada bilər. Buna görə problemin mənbəyini tapmaq v

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert ŞƏRH etdi - FOTO

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert ŞƏRH etdi - FOTO. Mövsümi meyvələrin ucuzlaşması ilə bağlı məlumatlar var. Xüsusən də alça və çiyələyin qiymətində azalma müşahidə olunur. Məhsullara hər yerdə, üstəli

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO. Son zamanlar bir çox insanlar, xüsusən də uşaqlar arasında göy öskürək yayılıb. İnsanlar bu xəstəlikdən can qurtara bilmədiklərini

İki sifariş edin, bir çatdırılma haqqı ödəyin!

Wolt-un İkili Sifariş yeniliyini sizə təqdim edirik! Artıq sifariş etmək daha asan və daha sərfəlidir. İkili Sifariş ilə iki fərqli məkandan lazım olan hər şeyi bir saat və ya daha az müddətdə qapınıza çatdırırıq. Axşam yeməy


yeni xeberler son xeberler azerbaycan xeberleri son xeberler az cəbhədən canlı son xeber 2026 şou biznes xəbərləri