Bakının yeni hədəfi bilindi: Zəngəzur dəhlizindən daha böyük PLAN

Bakının yeni hədəfi bilindi: Zəngəzur dəhlizindən daha böyük PLANÇin Xalq Respublikasının Sədri Si Szinpin Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olmasını dəstəklədiyini bəyan edib. Szinpin bu fikri Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı səsləndirib:
"Çin Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüyünü dəstəkləyir və çoxtərəfli əsasda onunla sıx əməkdaşlıq etməyə, Qlobal Cənubun ümumi maraqlarını qorumağa və ortaq taleyə malik cəmiyyətin formalaşdırılmasına töhfə verməyə hazırdır".
KONKRET.az globalinfo-ya istinadən xəbər verir ki, o əlavə edib ki, Çin Azərbaycanla ikitərəfli əməkdaşlığın dinamik inkişafını qoruyub saxlamaq və bu istiqamətdə işləri davam etdirmək niyyətindədir.
Szinpinin Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olmasını açıq şəkildə dəstəkləməsi mühüm hadisədir. Prinsipcə Azərbaycan hazırda ŞƏT-də dialoq üzrə tərəfdaş statusuna malikdir, lakin müşahidəçi ölkə statusu almaq üçün rəsmi müraciət edib.
Aydın məsələdir ki, Çin–Azərbaycan münasibətləri yeni mərhələyə qədəm qoyub. Bakı Pekinlə əməkdaşlıqda maraqlıdır. Çin özü də Azərbaycanın artan mövqeyini və yerləşdiyi Cənubi Qafqazın strateji əhəmiyyətini başa düşür. Xüsusilə Ermənistanla sülhün əldə edilməsinə çox az qalması, kommunikasiyaların açılması və sülhdən sonra yeni layihələr üçün perspektivlərin olması faktiki olaraq Bakını Pekin üçün əvəzsiz tərəfdaşa çevirir.
Bu dəstək Pekinin Cənubi Qafqaz regionunda təsir imkanlarını genişləndirmək strategiyasının tərkib hissəsidir. Çin uzun illərdir ki, "Bir kəmər – bir yol" təşəbbüsü çərçivəsində Mərkəzi Asiyadan Avropaya uzanan enerji və ticarət yollarını şaxələndirməyə çalışır. Azərbaycan isə bu prosesdə həm coğrafi, həm də siyasi baxımdan ideal mövqedə yerləşir. Bakı–Tbilisi–Qars dəmir yolu, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı və digər infrastruktur layihələri Azərbaycanın logistika baxımından Çin üçün əvəzolunmaz tərəfdaş olduğunu göstərir. ŞƏT çərçivəsində bu cür əməkdaşlıqların institusional çərçivəyə salınması isə qarşılıqlı asılılığın daha da dərinləşməsinə səbəb olacaq.
Bununla yanaşı, Azərbaycanın təşkilata tamhüquqlu üzv olması Çin üçün Qərb təsirinə qarşı regional balans yaratmaq baxımından da əhəmiyyətlidir. Pekin üçün ŞƏT həm də Qərbmərkəzli beynəlxalq təşkilatlara alternativ güc kimi çıxış edir. Azərbaycan isə uzun illərdir Qərb və Şərq arasında balanslı siyasət aparır. Belə bir dövlətin ŞƏT-ə üzv olması təşkilatın "yalnız anti-Qərb" görüntüsündən çıxmasına da yardım edə bilər.
Bakı son illərdə çoxqütblü dünya nizamı çərçivəsində yeni tərəfdaşlıqlar formalaşdırmağa çalışır. Qərb institutları ilə münasibətlərdə yaşanan gərginliklər, xüsusilə insan hüquqları və siyasi azadlıqlarla bağlı tənqidlər fonunda Azərbaycan daha çevik və sərbəst əməkdaşlıq formatlarına üstünlük verməyə meyil göstərir. ŞƏT isə bu baxımdan ideal bir platformadır. Bu, Azərbaycan üçün həm də siyasi manevr imkanlarını genişləndirir, çünki burada iştirak etmək NATO, Aİ və digər Qərb strukturlarına qarşı bir seçim deyil, paralel diplomatik oyun sahəsinin genişləndirilməsi deməkdir.
Çin liderinin bu cür açıq dəstək ifadə etməsi həm də Azərbaycan Prezidenti İlham Əliyev üçün böyük diplomatik qazancdır. Bu bəyanat Azərbaycanın beynəlxalq səviyyədə artan təsir gücünün və uğurlu balans siyasətinin göstəricisi kimi təqdim oluna bilər.
Bununla yanaşı, təşkilatın daxili strukturu və qərar qəbuletmə prosesi də Azərbaycanın bu platformadakı rolunu formalaşdıracaq. ŞƏT konsensus əsasında qərar qəbul edən bir qurumdur və bu, Azərbaycanın milli maraqlarını daha effektiv şəkildə müdafiə etməsinə imkan yarada bilər. Eyni zamanda bu format, Azərbaycanı regional münaqişələrin tənzimlənməsi və təhlükəsizlik məsələlərində də söz sahibi edə bilər. Məsələn, Ermənistanla münasibətlər kontekstində, Azərbaycan ŞƏT platformasında öz arqumentlərini daha geniş auditoriyaya çatdırmaq imkanı qazana bilər.
Bakının ŞƏT üzvlüyündə maraqlı olması həm də onun Zəngəzur (tranzit dəhlizi) ilə müqayisədə daha bir meqalayihəni gerçəkləşdirməsi üçün dividendlər gətirə bilər. Söhbət Transxəzər layihəsindən gedir. Bakı Pekinin iqtisadi, texnoloji və İran–Rusiya kimi destruktiv qonşularının mövqeyini balanslaşdıracaq siyasi çəkisinin fərqindədir. Transxəzər layihəsi gerçəkləşərsə, Bakının Vaşinqton və Pekin arasındakı balansı uzun müddət davam etdirməsi mümkündür. Bundan başqa, ticarət dövriyyəsi və enerji axını kimi məsələlərdən ciddi gəlir əldə edilə bilər.

Siyasi       Tarix: 01 sentyabr 2025
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Ərdoğan Türkiyə prezidentliyini ona təhvil verdi – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cənubi Koreyaya səfəri müddətində prezident vəzifəsini müvəqqəti icra edəcək şəxsin kimliyi bəlli olub. KONKRET. -a istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Rəsmi Qəzet"ind

Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib. xəbər verir ki, final görüşündə Çexiya və İspaniya komandalar

Rusiya-Ukrayna münaqişəsində yeni diplomatik mərhələ: Nələr dəyişə bilər?

"Rusiya və Ukrayna arasında qarşılıqlı təhlükəsizlik təminatlarının müzakirəsi münaqişənin həlli istiqamətində mühüm diplomatik addımdır. Lakin bu proses yalnız iki ölkənin mövqeləri ilə məhdudlaşmır. Burada NATO-nu

Sadır Japarovdan Azərbaycana təşəkkür mesajı

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanın Türk Dövlətləri Təşkilatındaki (TDT) sədirliyi dövrünü yüksək qiymətləndirib. KONKRET.azxəbər verir ki, Ankarada keçirilən TDT Dövlət Başçıları Şurasının 13-cü Zirvə Görüşünd

Zelenskidən ÇAĞIRIŞ: "Dnepr vağzalı vuruldu, Rusiya ilə bağlı qətiyyətli addım atın"

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Dnepr şəhərindəki dəmir yolu vağzalına endirdiyi qanlı zərbədən sonra Qərb ölkələrinə sərt çağırış edib. O, Moskvaya qarşı sanksiyaların dərhal sərtləşdirilməsini tələb edib

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb. icmalı təqdim edir:

Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Moskva səfər edəcək. KONKRET.azaxaraz-a istinadən əbər verir ki, bu barədə müvafiq qərarı Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıb. "Ermənistan Təhlükəsizli

Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri hansı məna daşıyır?

Çox mənidar hadisədir:. İttihad və Tərəqqi rəhbərlərinin Osmanlı taxtını bölüşdükləri ərəfədə Qüdsün Böyük Müftisi Hüseyn Səlim əl-Hüseyni ağ bayraq altında ingilis hərbi qüvvələrinə müraciət edərək şəhərin açarını onlar

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək. Bununla bağlı məsələ parlamentin 3 noyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib. /


yeni xeberler son xeberler azerbaycan xeberleri kriminal xeberler valyuta mezennesi 2026 cəbhədən son xəbər sonxabar az