Bakıya sərnişin reysləri həyata keçirən aviaşirkətlərin sayı artır - FOTO

Bakıya sərnişin reysləri həyata keçirən aviaşirkətlərin sayı artır - FOTOBakıya sərnişin reysləri həyata keçirən aviaşirkətlərin sayı artır - FOTO
Epidemioloji vəziyyət yaxşılaşdıqca, Azərbaycan COVID-19 pandemiyası səbəbindən dayandırılmış beynəlxalq hava əlaqələrini mərhələli şəkildə bərpa edir.
Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən Oxu.Az-a verilən məlumatda bildirilir ki, hazırda aeroporta uçuşlar həyata keçirən aviaşirkətlərin sayı 20-yə çatıb.
Milli aviadaşıyıcı AZAL və onun törəmə müəssisəsi olan "Buta Airways" aşağıbüdcəli aviaşirkəti ilə yanaşı, "Turkish Airlines", "Lufthansa", "Qatar Airways", "Aeroflot", "S7", "FlyDubai" kimi iri aviaşirkətlər, habelə "Pegasus", "SkyUp Airlines" kimi aşağıbüdcəli aviaşirkətlər və bir sıra digər aviadaşıyıcılar ölkəyə uçuşlarını bərpa ediblər və ya uçuş icra etməyə hazırlaşırlar.
Ümumilikdə 37 istiqamət üzrə uçuş həyata keçirilir (2021-ci ilin iyul ayına olan məlumat). AZAL doqquz istiqamətdə reyslər yerinə yetirir (uçuşların ümumi sayının təxminən 24 faizi). Hazırda sərnişin tələbatının daha çox olduğu istiqamətlər Rusiya (19 şəhər) və Türkiyədəndir (7 şəhər).
Azərbaycandan hava yolu ilə həmçinin Almaniya, Ukrayna, Belarus, Böyük Britaniya, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və İsrailə səyahət etmək mümkündür. Qeyd etmək lazımdır ki, Azərbaycanın digər beynəlxalq hava limanlarından da hava əlaqələri bərpa edilib.
Belə ki, Bakıdan əlavə, Naxçıvandan İstanbul ("Turkish Airlines") və Moskva ("Utair"), Gəncə hava limanından İstanbul ("Turkish Airlines"), Moskva və Sankt-Peterburq ("Ural Airlines"), Lənkəran hava limanından Moskva ("Ural Airlines" və "Nordwind") və Sankt-Peterburq ("Nordwind") istiqamətlərində birbaşa uçuşlar icra edilir.
COVID-19 pandemiyası başlamazdan əvvəl 30-dan çox aviaşirkət Azərbaycana uçuş həyata keçirirdi, istiqamətlərin ümumi sayı isə 60-dan çox təşkil edirdi. 2020-ci ilin yanvar ayından Azərbaycanın bütün hava limanlarında hava məkanının beşinci və yeddinci dərəcəli "hava azadlığı" rejimləri tətbiq olunur. Həmin azadlıq dərəcələri bütün xarici aviaşirkətlərə Azərbaycandan Avropa, Şimali Amerika, Avstraliya və Cənub-Şərqi Asiyanın 40 ölkəsinə heç bir məhdudiyyət olmadan uçuş icra etmək imkanı verir.
COVID-19 pandemiyasından əvvəl Azərbaycanın hava limanlarında illik sərnişin axını təxminən 5 milyon nəfər təşkil edirdi. Heydər Əliyev Beynəlxalq Aeroportu bir neçə dəfə "MDB-nin ən yaxşı hava limanı" adına layiq görülüb, 2021-ci ildə isə "Skytrax" audit şirkəti tərəfindən paytaxtın hava limanı COVID-19 pandemiyası dövründə epidemioloji təhlükəsizlik üzrə ən yüksək "5 ulduz" reytinqi ilə təltif edilib. 
Bakıya sərnişin reysləri həyata keçirən aviaşirkətlərin sayı artır - FOTO

Turizm       Tarix: 09 iyul 2021
f Paylaş

Oxşar xəbərlər

AZAL Londonun daha bir hava limanına uçuşlara başladı - FOTO

AZAL Londonun daha bir hava limanına uçuşlara başladı - FOTO. Azərbaycanın milli aviadaşıyıcısı AZAL martın 17-dən Bakıdan Londonun daha bir hava limanına - Qetvikə reyslərin icrasına başlayıb. Bu barədə "Azərbayca

2024-cü ilin turizm trendi: İnsanlar istirahət üçün hansı yerlərə üstünlük verirlər? - FOTO

2024-cü ilin turizm trendi: İnsanlar istirahət üçün hansı yerlərə üstünlük verirlər? - FOTO. Yaz fəslinin ikinci ayını başa vurmaq üzrəyik. Havaların isinməsi ilə əlaqədar turizm sektorunda da canlanma müşahidə olunur. 2020-c

AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıb

AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıb. Azərbaycanın milli aviadaşıyıcısı AZAL martın 31-dən yay uçuş cədvəlinə keçid edir. Cədvəl oktyabrın 26-dək qüvvədə olacaq. Aviaşirkət yay qrafiki üzrə səyahə

AZAL-da aviasiya təhlükəsizliyi sahəsində işə qəbul proseduru dəyişib

AZAL-da aviasiya təhlükəsizliyi sahəsində işə qəbul proseduru dəyişib. Nazirlər Kabineti "Aviasiya təhlükəsizliyi personalının seçilməsi Qaydası"nda dəyişiklik edib.  xəbər verir ki, Qaydaya əsasən, aviasiya təhlükəsizliy

Florian Zenqstşmid: "Təl-Əviv və Bakı arasında uçuşların sayı müharibədən əvvəlki səviyyəyə qayıdır

Florian Zenqstşmid: "Təl-Əviv və Bakı arasında uçuşların sayı müharibədən əvvəlki səviyyəyə qayıdır". Azərbaycan İsraillə ikitərəfli turizm əlaqələrini inkişaf etdirməyə çalışır, Təl-Əviv və Bakı arasında uçuşları

Azərbaycanda tur paketlər 300-400 dollar BAHALAŞDI

Azərbaycanda tur paketlər 300-400 dollar BAHALAŞDI. Aprel ayında tur paketlər bahalaşıb. xəbər verir ki, hazırda bu sahədə tələb təklifi üstələyir. İlkin rezervasiya zamanı kimlər tur paket alıbsa, büdcəsinə xeyli qənaə

AZAL-ın kollektivi Xocalı qurbanlarının əziz xatirəsini ehtiramla yad edib - FOTO

AZAL-ın kollektivi Xocalı qurbanlarının əziz xatirəsini ehtiramla yad edib - FOTO. Azərbaycanın milli aviadaşıyıcısının kollektivi Bakının Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarə

AZAL Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalayıb - FOTO

AZAL Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalayıb - FOTO. Frankfurt-Maynda keçirilən nüfuzlu "Passenger Terminal Expo 2024" konfransında "Azərbaycan Hava Yolları"

Omanın aşağıbüdcəli aviaşirkəti Bakıya uçuşları bərpa edir

Omanın aşağıbüdcəli aviaşirkəti Bakıya uçuşları bərpa edir . Omanın aşağıbüdcəli "SalamAir" aviaşirkəti yayda ən populyar iki istiqamət - Azərbaycanın Bakı şəhəri və Qazaxıstanın Almatı şəhəri üzrə uçuşları bərp


azerbaycan xeberleri son xeberler yeni xeberler sou xeberler metbuat cəbhədən son xeber xabar az