Bakıya sərnişin reysləri həyata keçirən aviaşirkətlərin sayı artır - FOTO
Bakıya sərnişin reysləri həyata keçirən aviaşirkətlərin sayı artır - FOTO
Epidemioloji vəziyyət yaxşılaşdıqca, Azərbaycan COVID-19 pandemiyası səbəbindən dayandırılmış beynəlxalq hava əlaqələrini mərhələli şəkildə bərpa edir.
Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən Oxu.Az-a verilən məlumatda bildirilir ki, hazırda aeroporta uçuşlar həyata keçirən aviaşirkətlərin sayı 20-yə çatıb.
Milli aviadaşıyıcı AZAL və onun törəmə müəssisəsi olan "Buta Airways" aşağıbüdcəli aviaşirkəti ilə yanaşı, "Turkish Airlines", "Lufthansa", "Qatar Airways", "Aeroflot", "S7", "FlyDubai" kimi iri aviaşirkətlər, habelə "Pegasus", "SkyUp Airlines" kimi aşağıbüdcəli aviaşirkətlər və bir sıra digər aviadaşıyıcılar ölkəyə uçuşlarını bərpa ediblər və ya uçuş icra etməyə hazırlaşırlar.
Ümumilikdə 37 istiqamət üzrə uçuş həyata keçirilir (2021-ci ilin iyul ayına olan məlumat). AZAL doqquz istiqamətdə reyslər yerinə yetirir (uçuşların ümumi sayının təxminən 24 faizi). Hazırda sərnişin tələbatının daha çox olduğu istiqamətlər Rusiya (19 şəhər) və Türkiyədəndir (7 şəhər).
Azərbaycandan hava yolu ilə həmçinin Almaniya, Ukrayna, Belarus, Böyük Britaniya, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və İsrailə səyahət etmək mümkündür. Qeyd etmək lazımdır ki, Azərbaycanın digər beynəlxalq hava limanlarından da hava əlaqələri bərpa edilib.
Belə ki, Bakıdan əlavə, Naxçıvandan İstanbul ("Turkish Airlines") və Moskva ("Utair"), Gəncə hava limanından İstanbul ("Turkish Airlines"), Moskva və Sankt-Peterburq ("Ural Airlines"), Lənkəran hava limanından Moskva ("Ural Airlines" və "Nordwind") və Sankt-Peterburq ("Nordwind") istiqamətlərində birbaşa uçuşlar icra edilir.
COVID-19 pandemiyası başlamazdan əvvəl 30-dan çox aviaşirkət Azərbaycana uçuş həyata keçirirdi, istiqamətlərin ümumi sayı isə 60-dan çox təşkil edirdi. 2020-ci ilin yanvar ayından Azərbaycanın bütün hava limanlarında hava məkanının beşinci və yeddinci dərəcəli "hava azadlığı" rejimləri tətbiq olunur. Həmin azadlıq dərəcələri bütün xarici aviaşirkətlərə Azərbaycandan Avropa, Şimali Amerika, Avstraliya və Cənub-Şərqi Asiyanın 40 ölkəsinə heç bir məhdudiyyət olmadan uçuş icra etmək imkanı verir.
COVID-19 pandemiyasından əvvəl Azərbaycanın hava limanlarında illik sərnişin axını təxminən 5 milyon nəfər təşkil edirdi. Heydər Əliyev Beynəlxalq Aeroportu bir neçə dəfə "MDB-nin ən yaxşı hava limanı" adına layiq görülüb, 2021-ci ildə isə "Skytrax" audit şirkəti tərəfindən paytaxtın hava limanı COVID-19 pandemiyası dövründə epidemioloji təhlükəsizlik üzrə ən yüksək "5 ulduz" reytinqi ilə təltif edilib.

Kurslar.az kurslar [newsid: 0-123300]

Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
Prezident İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib
Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu
DYP-dən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
BDYPİ sürücülərə xəbərdarlıq etdi
Şahdağ və Kəlbəcərə qar yağıb
Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
"Eşref Tek" nə vaxt yayımlanacaq?
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir
Hindistan Azərbaycan üçün məhz bu səbəblərdən vacib ölkədir – AÇIQLAMA
Azərbaycan səfiri etimadnaməsini Belçika Kralına təqdim edib, iki ölkə arasındakı münasibətlər müzakirə olunub
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?