BAKU.TV-nin "Qarabağ xronikası" erməni generalının istefasına səbəb oldu - VİDEO

BAKU.TV-nin BAKU.TV-nin efirində yer alan tanınmış "Qarabağ xronikası" layihəsinin iyunun 29-da efirə gedən "Azərbaycana "buynuz göstərən" erməni generalı" başlıqlı 36-cı buraxılışı məşhur erməni generallarından birinin istefaya göndərilməsi ilə nəticələnib.
İyunun 27-də ermənilər tərəfindən Tovuz rayonu istiqamətində atəşkəsin pozulmasının pərdəarxası məqamlarına həsr olunan həmin buraxılışda bu hadisənin erməni generalı, KTMT-nin eks-katibi Yuri Xaçaturovun oğlu, Ermənistan Müdafiə Nazirliyinin Tavuş rayonunda dislokasiya olunmuş 3-cü ordu korpusunun komandiri, general-mayor Qriqori Xaçaturovun şəxsi təşəbbüsü ilə həyata keçirildiyi bildirilmişdi.
Görünən odur ki, verilişdə hadisənin səbəb-nəticə əlaqəsinin məntiqi izahı təkcə "Qarabağ xronikası"nın daimi izləyicilərinin deyil, Ermənistanın hazırkı rəhbərliyinin də diqqətini cəlb edib.
Nəticədə, bu gün – iyulun 5-də müxalif "Ermənistan" blokunun üzvü Artur Kazinyan özünün sosial şəbəkə səhifəsində 3-cü ordu korpusunun komandiri, general-mayor Qriqori Xaçaturovun ordudan tərxis olunduğu, onunla hərbi xidmət müqaviləsinin uzadılmasından imtina edildiyi barədə xəbər yayıb.
Kazinyan bunun hökumətin Qriqori Xaçaturovu cəzalandırmaq məqsədilə etdiyini yazıb.
"Onu Azərbaycan agentini (Paşinyan nəzərdə tutulur – red.) istefaya səslədiyi və Tavuş vilayətində əraziləri düşmənə vermək barədə əmrə tabe olmadığı üçün cəzalandırıblar",- Kazinyan bildirib.
Qeyd edək ki, "Qarabağ xronikası"nın sözügedən buraxılışında da general Qriqori Xaçaturovun elə məhz cari ilin mart ayında erməni baş naziri istefaya çağırması və Paşinyanın əmrlərinə tabe olmamaqla ona qarşı düşmənçilik siyasəti yürütdüyü barədə danışılırdı.

Siyasi       Tarix: 05 iyul 2021
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

İran nüvə silahına sahib ola bilməz

İran nüvə silahına sahib ola bilməz!. xəbər verir ki, bu barədə Donald Tramp "Truth Social" hesabında yazıb. Qeyd edək ki, bu açıqlamanın ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqların davam etdiyi bi

Türkiyədə Azərbaycana qarşı kampaniyanın səbəbi nədir? – Cavanşir Abbaslıdan AÇIQLAMA

Son günlər Türkiyə mediasında Azərbaycan əleyhinə müxtəlif yazı və fikirlərin yayılması iki ölkə arasındakı münasibətlər fonunda diqqət çəkib. Bəzi dairələrin bu mövqedən Azərbaycan-Türkiyə əlaqələrinə təsir göstərməyə çalışdığ

Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Qarabağ Azərbaycan torpağıdır və əbədi olaraq belə də qalacaq. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə 27 sentyabr - Anım Günü ilə bağlı X-da paylaşımında bildirib. "Anım Günü münasibətilə Qarabağ

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda

Prezident Birləşmiş Krallığın dövlət nazirini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Kioakeri qəbul edib. xəbər verir ki, qonaq qəbula görə minnətdarlığın

Xankəndidə əsirləri zirzəmiyə saldıran Köçəryan - Özü "KQB podval"ının ən qaranlıq kamerasında – ŞOK DETALLAR

Ermənistanın sabiq prezidenti Robert Köçəryanın saxlanma şəraiti ilə bağlı yeni detallar açıqlanıb.  xəbər verir ki, Ermənistanın "Past" qəzeti Köçəryanın "KQB zirzəmisi" kimi tanınan "İrəvan-Kentron"

27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi

27 Sentyabr – Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edildiyi gündür. Azərbaycan Prezidenti

Netanyahu onlardan milyonluq təzminat tələb edir

İsrailin baş naziri Benyamin Netanyahu bir neçə yerli KİV və tanınmış jurnalistlərə qarşı məhkəmə iddiası qaldırıb. xəbər verir ki, bu barədə "Likud" partiyası məlumat yayıb. İskə səbəb həmin media qurumlarını

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Hacıbaba Adil oğlu Babayev bu gün Azərbayca


son xeberler yeni xeberler azerbaycan xeberleri sonxeber.az hava cəbhədən görüntülər son xeberler azerbaycan