Bal ətirli bədrəncotu

Bal ətirli bədrəncotuEl arasında ballı nanə adı ilə tanınan bədrəncotu asan yetişdiyi üçün onu lap qədim zamanlardan bağ və bostanlarda əkib-becərirdilər. Bitkidən bal ətri gəldiyinə görə ona ballı nanə adı verilib. Lakin bitki limon otu, limon nanəsi, arı nanəsi və başqa adlarla da tanınır. Arıçılıqla məşğul olanlar hədsiz şirə ifrazına görə arı pətəklərini bədrəncotu bitən yerlərin yaxınlığında qoyurlar. Bitkinin nektarı arıların aqressivliyini azaldır.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bədrəncəotunun çiçək və yarpaqlarının ətri əhvalı yaxşılaşdırır, fitonsidləri havanı təmizləyir.
İbn Sina bədrəncotunun ürəyi açdığını və zehni aydınlaşdırdığını yazırdı. Qədim təbiblər Pliniy və Dioskorid bitkidən ağcaqanad dişləməsi, qarında ağrı, qəbizlik və revmatizm zamanı istifadə etməyi tövsiyə edirdilər. Qədim təbiblərdən olan Pratsels isə bədrəncotunu təsir gücünə görə qızıla bərabər tutaraq yüksək qiymətləndirirdi. Fransız həkimi Odo isə bədrəncin duzla qarışığını it dişləməsi üzərinə qoymağı məsləhət görürdü.
Bədrəncotu tibdə nevroz, neyrosirkulyator distoniya, arterial hipertenziya, ümuminfeksion xəstəliklərin yüngül formaları, taxikardiya, kəskin və xroniki həzm xəstəlikləri, disbakterioz, meteorizm, ekzema və digər xəstəliklər zamanı çox səmərəli təsir göstərir. Əsasən çay, dəmləmə, islatma, yaxalama, yağ formasında tətbiq edilir.
Bədrəncotudan hazırlanan çay soyuq halda təravətləndirici, isti halda isə tərlədici içki kimi içilir. Az miqdarda qaynar suda isladılmış təzə bədrəncotu ağrıkəsici vasitə kimi yaraların, hərəsindən 1 xörək qaşığı bədrəncotu və bağayarpağı xırdalanıb qarışdırılaraq döyənəklər üzərinə qoyulur.
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 20 aprel 2020
f Paylaş

Oxşar xəbərlər

Qızılca ilə bağlı son vəziyyət açıqlandı

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. KONKRET.azxəbər verir ki

Kondisionerdən istifadə edənlərə diqqət: Həkim riskləri AÇIQLADI

Peyvənd mövsümü olmasa da, son günlər havaların qeyri-sabit keçməsi fonunda qrip və digər respirator infeksiyalara yoluxma halları yenidən müzakirə mövzusuna çevrilib. Temperaturun kəskin dəyişməsi, kondisionerlərdən intensi

Yayda kondisioner istifadə edənlərin diqqətinə: Bu səhv sağlamlığınıza zərər vurur

Yay aylarında havaların kəskin istiləşməsi ilə kondisionerlərdən istifadə demək olar ki, hər yerdə adi hala çevrilib. Evlərdə, ofislərdə, ticarət mərkəzlərində və digər qapalı məkanlarda sərin hava rahatlıq yaratsa da, bəz

Süni intellektin köməyi ilə zəhər hazırladı, valideynlərini öldürmək istədi - ABŞ-da dəhşətli olay

OpenAI-a məxsus ChatGPT istifadəçilərin sorğularına əsasən bioloji silah və zəhərlərin hazırlanması ilə bağlı ətraflı və dəqiq təlimatlar verib. KONKRET.azxəbər verir ki, bu barədə The Wall Street Journal yazır. Nəşrin məlumatın

Yayda ən çox 3-4 dəfə kabab yeyə bilərsiniz - SƏBƏB

Əti açıq odda qızartmaqla kabab şəklində yemək orqanizmə zərərlidir. Ona görə də kababı yayda ən çox üç dəfə – ayda bir dəfə yesəniz, sağlamlığınıza zərər verməz. KONKRET. -a istinadən xəbər verir ki, bu fikri Perm Mill

Günvurma zamanı uşağa ilkin yardım necə edilməlidir? – AÇIQLAMA

Yay mövsümündə uşaqlar arasında ən çox yayılan problemlərdən biri günvurmadır. Günvurma bədən hərarətinin təhlükəli dərəcədə yüksəlməsi nəticəsində yaranan təcili vəziyyətdir. Buna isə daha çox uşaqlar məruz qalırlar. KONKRET.azxəbə

Bu qidalar ishala səbəb ola bilər

Qəbizlik zamanı bağırsaqları hərəkətə gətirən qidalar tez-tez axtarılır. Liflə zəngin, bağırsaq hərəkətlərini sürətləndirən və həzm sistemini stimullaşdıran bəzi qidalar bu təsirə malikdir. KONKRET.azpravdaaz-a istinadə

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama

İsti vannada cəmi 30 dəqiqə keçirmək qan təzyiqinin azalmasına və damarların genişlənməsinə kömək edə bilər. Yeni araşdırmada bu təsirin bəzi göstəricilər üzrə orta intensivlikli fiziki məşqlərdən daha güclü olduğu müəyyə

Tünd şokoladın ürəyə necə təsir etdiyi AÇIQLANDI

Kardioloqlar bildirirlər ki, tünd şokolad ürək sağlamlığı üçün südlü şokoladdan daha faydalı hesab olunur. Bunun əsas səbəbi kakaonun tərkibində olan flavanollar, güclü antioksidant maddələrdir. xəbər verir ki, mütəxəssisləri


yeni xeberler azerbaycan xeberleri son xeberler xeber az kriminal bugun son xeber.az son xeberler bugun 2026 canli