Balqabaq tumunun bilmədiyimiz faydaları

Balqabaq tumunun bilmədiyimiz faydalarıBalqabaq tumunun bilmədiyimiz faydaları
Balqabaq tumları ürəyin fəaliyyətini normallaşdırmaq, depressiya ilə mübarizə aparmaq, yuxunun keyfiyyətini yaxşılaşdırmaq, həmçinin qadınların sağlamlığını və gözəlliyini qorumaq üçün faydalı olan vitamin və mikroelementlərlə zəngin qida mənbəyidir.
Bu barədə Rusiyanın Moskva şəhəri üzrə Səhiyyə Departamentinin ilkin tibbi yardım üzrə baş ştatdankənar mütəxəssisi Andrey Tyajelnikov bildirib.
Balqabaq tumunun tərkibində kalium, maqnezium və damar funksiyasını yaxşılaşdıran arginin kimi amin turşuları var. Bu tumların tərkibində maqnezium və "xoşbəxtlik hormonu" kimi tanınan serotonin mənbəyi olan L-triptofan amin turşusu da var və bu səbəbdən depressiya və yuxu problemindən əziyyət çəkdikdə kömək edə bilər. Tədqiqatlar həmçinin balqabaq tumlarının tərkibində təbii antihelmint maddə olan kukurbitinin mövcud olmasına görə onun antihelmint təsirini təsdiqləyirlər.
Balqabaq tumları dəri, saç və dırnaqların sağlam olması üçün zəruri olan A vitamini, dəmir və sink ehtiva etdiyi üçün qadınların sağlamlığı və gözəlliyi üçün də faydalıdır. Kosmetologiyada qadınlarda menopauza zamanı hormonal səviyyənin tənzimlənməsinə kömək edən təbii fitoestrogenlərlə zəngin olan balqabaq tumunun yağı çox istifadə olunur.
Bununla belə, unutmamalıyıq ki, böyüklər üçün balqabaq tumunun gündəlik dozası 100 qram, üç yaşdan yuxarı uşaqlar üçün 50 qramdan çox olmamalıdır, üç yaşdan kiçik uşaqların qida rasionuna isə balqabaq tumu əlavə etmək tövsiyə edilmir. Onu da qeyd etmək lazımdır ki, balqabaq tumları çox yağlı, kalorili qidadır, ona görə də onların istehlakı, xüsusən də artıq çəkisi olan və oturaq həyat tərzi keçirən insanlar üçün məhdudlaşdırılmalıdır.
Mənbə: RİA Novosti / oxu.az

Maraqlı       Tarix: 03 noyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı. İlon Maskın "Neuralink" proqramı çərçivəsində 2024-cü ilin martında ilk dəfə beyninə çip yerləşdirilmiş xəstənin son vəziyyəti açıqlanıb. Xəst

Rəssam Cavid Həsənli: "Mənim üzərimdə, sən demə, təcrübə aparırmışlar" - MÜSAHİBƏ + FOTO

Rəssam Cavid Həsənli: "Mənim üzərimdə, sən demə, təcrübə aparırmışlar" - MÜSAHİBƏ + FOTO. "Mən 23 yaşıma qədər evdən çıxmırdım. Ev şəraitinə öyrəşmişdim. Rahatlığımı pozmurdum. Ancaq keçmişdə ilişib qalma

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz. Alimlər əsrin ortalarına qədər gözlənilən ömür uzunluğunun nə qədər artacağını müəyyən ediblər. Beynəlxalq alimlər qrupu 2050-ci ilə qədər qlobal ömür uzunluğu il

Chevrolet Ehtiyyat Hissələri seçərkən baxmalı olduğunuz 5 Məqam

Chevrolet ehtiyyat hissələri avtomobilin texniki sağlamlığını qorumaq, təhlükəsiz hərəkətini təmin etmək və uzunmüddətli istifadəsini mümkün etmək baxımından əsas rol oynayır. Bu hissələrin keyfiyyətsiz və ya uyğun olmaya

Mədəkiçiltmə erasının sonu gəlir: Cərrahi müdaxilə olmadan arıqlamağın yolu tapıldı

Mədəkiçiltmə erasının sonu gəlir: Cərrahi müdaxilə olmadan arıqlamağın yolu tapıldı. Elm adamları mədəyə cərrahi müdaxilə olmadan piylənmə ilə mübarizə aparmağın üsulunu tapıblar. Yeni metod mədənin yuxarı hissəsinin selikl

"WhatsApp" daha bir yeniliklə gəlir - FOTO

"WhatsApp" daha bir yeniliklə gəlir - FOTO. "WhatsApp" daha bir yeniliklə istifadəçiləri sevindirir. Belə ki, mesencerin "iOS" əməliyyat sisteminə malik cihazlar üçün versiyasında stikerlər yaratma

Zaqulbada yerləşən sümük-vərəm xəstəlikləri sanatoriyasından FOTOREPORTAJ

Zaqulbada yerləşən sümük-vərəm xəstəlikləri sanatoriyasından FOTOREPORTAJ. 1911-ci ildə Zaqulbada işləyən ailələrin uşaqları üçün sümük-vərəm xəstəlikləri sanatoriyası açılıb. Belə ki, buranı həmin dövrdə yaşayan professo

İmtahandan əvvəl yaddaşı gücləndirən QİDALAR

İmtahandan əvvəl yaddaşı gücləndirən QİDALAR. Son elmi araşdırmalara görə, tərkibində yüksək şəkər olan şirniyyatlar müvəqqəti olaraq enerjini artırsa da, yekun nəticədə konsentrasiyanı azalda bilər. Yaddaş və konsentrasiyan

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək. Bu gün də sirkulyasiya edən üç ümumi virusun genetik ardıcıllığı 50 min ildən çox əvvəl yaşamış neandertalların qalıqlarında tapılıb. San-Paul


azerbaycan xeberleri son xeberler yeni xeberler son.xeber krimnal bugun sonxəbər en son xeberleri