Bank of Baku-da "Hepatiti tanı, səhhətini qoru" seminarı baş tutdu - FOTOLAR
Bankçılıq fəaliyyəti ilə yanaşı, korporativ sosial məsuliyyət layihələri ilə də seçilən Bank of Baku növbəti maarifləndirici seminarını reallaşdırıb.
"İnsanın ən dəyərli kapitalı sağlamlıqdır!" şüarı ilə Bank of Baku əməkdaşları üçün təşkil edilən seminar Ümumdünya Hepatit Gününə həsr olunub. "Hepatiti tanı, səhhətini qoru" mesajının vurğulandığı seminarın əsas məqsədi qaraciyər sağlamlığı, hepatit virusları, eləcə də xəstəliyin profilaktikası və müalicəsi barədə məlumatlılığı artırmaq olub.
Nərimanov Tibb Mərkəzinin həkimi qastroenteroloq-hepatoloq Dr. Arzu Hüseynova tərəfindən keçirilən seminarda hepatit viruslarının növləri, yoluxma yolları, əlamətləri, profilaktika tədbirləri, peyvəndlənmənin əhəmiyyəti və müasir müalicə imkanları barədə ətraflı məlumat verilib.
Həkim bildirib ki, hepatitlərin qarşısının alınmasında maariflənmə, profilaktik tədbirlərə əməl olunması, peyvəndlənmə və vaxtında diaqnostika həlledici rol oynayır. O əlavə edib ki, hepatitlər erkən mərhələdə aşkarlandıqda və düzgün müalicə olunduqda qaraciyəri sağlam saxlamaq mümkündür. Seminar çərçivəsində qaraciyər sağlamlığının qorunmasına və həyat tərzinin bu orqanın fəaliyyətinə təsirləri də müzakirə edilib. Sonda iştirakçılar onları maraqlandıran sualları həkimə ünvanlayaraq geniş məlumat əldə ediblər.
Qeyd edək ki, Bank of Baku əməkdaşların sağlamlığının qorunmasını və sağlam həyat tərzinin təşviqini korporativ mədəniyyətin mühüm istiqamətlərindən biri hesab edir. Bu məqsədlə Bank mütəmadi olaraq əməkdaşları üçün sağlamlıq, şəxsi inkişaf istiqamətində məlumatlandırıcı tədbirlər təşkil edir.
Daha ətraflı:
145 Məlumat Mərkəzi
www.bankofbaku.com
www.facebook.com/bankofbaku







/ azxeber.com
Kurslar.az kurslar [newsid: 0-123300]

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Hikmət Hacıyev: Kəlbəcər yenidən qurulur, canlanır
Hikmət Hacıyev həmin kitabı vərəqləyərək erməni saxtakarlığını ifşa etdi
140-dan çox ölkədən 2700-ə yaxın nümayəndə Bakıda bir araya gəldi - Bu məsələlər müzakirə edildi
Diplomatlar Xudavəng monastır kompleksində - Fotolar
"Unibank"ın İdarə Heyətində dəyişiklik
PISA-da oxu nəticəmizi necə yüksəldək?
Anamın cəsədini qucaqlayıb, ayrıla bilmirdim
Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat - FOTO
Çempionlar Liqası tarixində ən yaşlı alman futbolçu oldu
Prezidentin köməkçisi Azərbaycan-Meksika dostluğundan danışdı
Medvedyevdən SƏRT XƏBƏRDARLIQ: Litva dünya xəritəsindən silinə bilər
ABŞ-a hücum: MKİ 1998-ci ildə Klintonu xəbərdar edibmiş
AccessBank tender elan etdi