Bank of Baku-dan özünüməşğulluq proqramına dəstək davam edir!
Sosial layihələrə olan dəstəyi ilə hər zaman seçilən ölkənin aparıcı banklarından biri Bank of Baku, cənab İlham Əliyevin öndərliyi ilə həyata keçirilən özünüməşğulluq proqramına dəstəyini davam etdirir.
Bank, proqram çərçivəsində şəxsi biznesini inkişaf etdirmək və ya təsərrüfatını genişləndirmək istəyən aztəminatlı, eləcə də fiziki məhdudiyyəti olan şəxslərə davamlı dəstək göstərməkdədir.
Belə ki, Şirvan, Ağsu, Neftçala, Şəki və Balakən rayonlarında yaşayan aşağıdakı şəxslərə fəaliyyət sahələrinə uyğun olaraq bizneslərinin inkişafına təkan verəcək xüsusi avadanlıqlar təqdim olunub:
Rüstəmov Əlibaba Cəfər oğlu - Heyvandarlıq təsərrüfatı - (24 baş yerli cins keçi, 1 baş erkək keçi)
Şahverənova Tofiqə Şahverdi qızı - Heyvandarlıq təsərrüfatı (24 baş yerli cins keçi, 1 baş erkək keçi)
Nəbiyev Murad İsrail oğlu - tekstil məhsullarının istehsalı (Tikiş maşını, masa, overlok, buxarlı ütü, qayçı və s.)
Uzunova Pərvanə Fərman qızı - tekstil məhsullarının istehsalı (Tikiş maşını, masa, overlok, buxarlı ütü, qayçı və s.)
Həmidova Mirvari Seyidəhməd qızı - tekstil məhsullarının istehsalı (Tikiş maşını, masa, overlok, buxarlı ütü, parça, qayçı və s.)
Qeyd edək ki, Prezident İlham Əliyevin həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə ölkədə fəaliyyət göstərən banklar tərəfindən köməklik göstərilməsi ilə bağlı sosial məsuliyyətin bölüşdürülməsi təşəbbüsünə əsasən, 11 mart tarixində Mərkəzi Bank, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Banklar Assosiasiyası (ABA) arasında həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə kömək göstərilməsi sahəsində əməkdaşlığa dair memorandum imzalanmışdı.
Bank of Baku da bu layihədə yaxından iştirak edərək, regionlarda öz işini qurmaqda çətinlik çəkən sahibkarlara dəstəyini davam etdirəcək.
Bank of Baku-nun məhsul və xidmətləri haqqında ətraflı məlumat üçün Bankın 145 Məlumat Mərkəzinə zəng edərək və ya rəsmi Facebook səhifəsinə www.facebook.com/bankofbaku daxil olaraq tanış ola bilərsiniz.
Daha ətraflı:
145 Məlumat Mərkəzi
www.bankofbaku.com
www.facebook.com/bankofbaku /news.milli.az
Kurslar.az kurslar [newsid: 0-123300]

DÇ: Messi het-trik etdi, Argentina darmadağınla qələbə qazandı
Bank of Baku-dan krediti 100% tam onlayn kredit əldə edin
Bakcell-in dəstəyi ilə 5-ci "YAŞAT" düşərgəsi başladı - FOTOLAR
Ronaldo mundial tarixində yeni rekord müəyyənləşdirdi
DÇ-2026: Avstriya İordaniyanı məğlub etdi
Metroda dəhşətli anlar - Azyaşlı uşaq yıxıldı
Türkiyənin 54 vilayətində əməliyyat keçirilib, 258 nəfər saxlanılıb
İçərisində 189 nəfər olan təyyarə qəza siqnalından sonra radardan itdi
ABŞ-İran anlaşması: Hər iki ölkə ilk bu addımları atacaq
Azərbaycan Ermənistana sülhü təklif edən tərəf olub – İlham Əliyev
"Qarabağ" İstanbul nəhəngi ilə qarşılaşa bilər
İlham Əliyev: Azərbaycanda süni intellektin məsuliyyətli tətbiqi üçün mühüm addımlar atılır
Bakıda sürücü sükan arxasında öldü
Prezident Ombudsmanların Beynəlxalq Bakı Sammitinin iştirakçılarına müraciət ünvanlayıb
Qızını qəzada itirən tanınmış vəkil valideynlərə çağırış etdi