Bank of Baku mənfəətini açıqladı - yüksək qazanc - 30 milyon manat

Bank of Baku mənfəətini açıqladı - yüksək qazanc - 30 milyon manatÖlkənin seçilən banklarından olan Bank of Baku ötən ilin 4-cü rübü üzrə maliyyə hesabatlarını açıqlayıb.
Bank xalis mənfəətdə 2025-ci ili 30,5 milyon manat üzəri xalis mənfəət göstəricisi ilə başa vuraraq əvvəlki ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətli artıma nail olub.
Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 20 %-dən çox, yəni 5 milyon manatdan çox artım deməkdir. Xalis mənfəətdə əldə olunan bu nəticə 2025-ci ilin 3-cü rübü ilə müqayisə olunduqda 27 %-dən çox artımla müşahidə olunur.
Bank of Baku-nun maliyyə hesabatında digər göstəricilərdə də müsbət dinamika izlənilir. Müştərilərə verilmiş kreditlərin həcmi son bir ildə 20 % artaraq 760 milyon manatdan 910 milyon manata yüksəlib. 910 milyon manatlıq kredit portfelinin əsas hissəsini istehlak kreditləri təşkil edir. 699 milyon manatlıq istehlak kreditləri portfelində də ötən ilin eyni dövrü ilə müqayisədə 21 % artım var. Biznes kredit portfeli isə 148 milyon manat təşkil edir ki, bu da 12 % artım deməkdir.
Bankın depozit portfelində isə son bir ildə 592 milyon manatdan 740 milyon manata qədər yüksəlmə müşahidə olunur. 2024-cü ilin 4-cü rübü ilə müqayisədə 25 %, 2025-ci ilin 3-cü rübü ilə müqayisədə isə müşahidə olunan 6 %-lik artım müştərilərin Bank of Baku-ya yüksələn etimadının göstəricisidir.
Bank of Baku-nun kapital göstəriciləri də 2024-cü ilin eyni dövrünə nəzərən 13% artaraq 155 milyon manatdan 175 milyon manata qədər yüksəlib. 
Hesabatlar göstərir ki, Bank of Baku "1 milyardlıq bank" hədəfinə də nail olub. Bankın cəmi öhdəliklər və kapital üzrə göstəriciləri 1,152,476 manatdır.
Məlumat üçün bildirək ki, Bank of Baku 20 filialında 1 milyondan çox həm fiziki, həm də hüquqi şəxs olan müştərilərinə müxtəlif bankçılıq xidmətləri təqdim edir.
Bank of Baku-nun məhsul və xidmətləri haqqında ətraflı məlumatla 145 Məlumat Mərkəzi ilə əlaqə saxlayaraq, bankın rəsmi veb səhifəsi – www.bankofbaku.com daxil olaraq tanış olmaq olar.
Daha ətraflı:
145 Məlumat Mərkəzi
-www.bankofbaku.com 
www.facebook.com/bankofbaku / azxeber.com

İqtisadiyyat       Tarix: 15 yanvar 2026
f Paylaş

Oxşar xəbərlər

Ətin qiyməti niyə od tutub yanır?

"Azərbaycanda son illər mal və qoyun ətinin qiymətində müşahidə olunan artımın əsas səbəbi yem çatışmazlığı və heyvan sayının azalmasıdır". Bunu "Bakupost"a kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəml

Quba Palace Hotel-də möhtəşəm Hindistan toyu: Hər kəs bundan danışır

Quba Palace Hotel-də keçirilən Hindistan–Azərbaycan toyu üç gün ərzində təkcə iştirakçıların deyil, bütün ölkənin diqqət mərkəzində oldu. Müxtəlif media orqanlarında işıqlandırılan, sosial şəbəkələrdə isə geniş maraqla qarşılana

"Qarabağ"- "CSKA SOFIA" oyunundan əvvəl fan zona təşkil olunacaq

Avropa Liqasının ikinci təsnifat oyununda "Qarabağ" "CSKA SOFIA" ilə qarşılaşacaq. xəbər verir ki, qarşılaşmadan öncə azarkeşlər üçün "Azərsun Holdinq"in təşkilatçılığı ilə Tofiq Bəhramov stadionunu

Azercell süni intellekt sahəsində qlobal tərəfdaşlıqlarını genişləndirir

Şirkət data və süni intellekt platformaları üzrə dünya liderlərindən biri olan "Starburst" ilə əməkdaşlıq edir. Uzunmüddətli rəqəmsal transformasiya strategiyasını ardıcıl şəkildə həyata keçirən "Azercell Telecom"

Bir və "UnionPay" tərəfdaşlığı ilə Azərbaycanda beynəlxalq ödəniş imkanları genişlənir

Qafqazın ilk tam inteqrasiya olunmuş bankçılıq, ödənişlər və elektron ticarət ekosistemi olan Bir, Çinin aparıcı ödəniş sistemi "UnionPay"in beynəlxalq törəmə şirkəti "UnionPay International" ilə stratej

Azercell media nümayəndələrini təbrik edir

"Mediacell" istifadəçilərinə 5 GB mobil internet hədiyyə təqdim olunur. xəbər verir ki, Azərbaycan milli mətbuatının tarixi 1875-ci il iyulun 22-də görkəmli maarifçi Həsən bəy Zərdabinin təşəbbüsü ilə ilk mill

Bu ölkədə "iPhone" bahalaşır

"Apple" Yaponiyada "iPhone" modellərinin qiymətlərini artırıb. Şirkətin bu qərarına səbəb kimi ölkə valyutası olan yenin son illərin ən aşağı səviyyələrinə yaxınlaşması göstərilir. xəbər verir ki, Yaponiyad

Həftəsonunu "dəli-dolu" keçirməyə hazırsınız?

Əgər həftəsonu üçün elektronikaalış-verişi planlayırsızsa, düzgün vaxtdır — çünki 17-19 iyul tarixlərində BakuElectronics-də "Dəli-Dolu Təkliflər" kampaniyası başlayır! Kampaniyaçərçivəsində nağd alışda 60%-də

Yelo Bank ili 100 milyon manatdan çox faiz gəliri ilə yarıladı

Yelo Bank 2026-cı ilin birinci yarısı (yanvar-iyun) üzrə maliyyə göstəricilərini elan edib. Hesabat dövrünün nəticələrinə əsasən, Bank kapital mövqeyini əhəmiyyətli dərəcədə gücləndirib və əsas əməliyyat gəlirlərində yüksə


yeni xeberler azerbaycan xeberleri son xeberler sonxəbər en son xeber azerbaycan son xeber bugun son xeber