"Bank Respublika" "ASAN Məktub"la uşaqların arzularını gerçəkləşdirdi - Fotolar
Yeni il möcüzəsi bəzən bir məktubdan, bəzən də bir uşağın səmimi arzusundan başlayır…
Bu duyğularla çıxış edən "Bank Respublika" "ASAN Məktub" sosial proqramı çərçivəsində uşaq evlərində yaşayan balacaların Şaxta babaya ünvanladıqları məktublara biganə qalmayaraq onların Yeni il arzularını gerçəkləşdirib və uşaqlara bayram hədiyyələri təqdim edib. Balaca fidanlara hədiyyələr "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə təqdim olunub.
Tədbir zamanı uşaqlar üçün əsl bayram ab-havası yaradılıb, Şaxta baba ilə görüş, "Bank Respublika" tərəfindən hədiyyələrin təqdim edilməsi və səmimi anlar balacaların üzündə təbəssümə, qəlbində isə unudulmaz xatirələrə çevrilib.
"Bank Respublika" sosial məsuliyyət strategiyasına uyğun olaraq cəmiyyətin həssas qruplarına, xüsusilə də uşaqlara göstərilən diqqəti öz fəaliyyətinin əsas istiqamətlərindən biri hesab edir. Bank sosial layihələr vasitəsilə uşaqların rifahına töhfə verməyi, onların sevincinə şərik olmağı və cəmiyyət üçün davamlı dəyər yaratmağı vacib prioritet kimi müəyyənləşdirib.
"Bank Respublika" gələcəkdə də sosial yönümlü təşəbbüslərdə fəal iştirak etməyi, ictimai əhəmiyyətli proqramlara dəstək göstərməyi və sosial məsuliyyət prinsiplərinə sadiq qalmağı davam etdirəcək.
Daha ətraflı məlumat üçün:
Veb sayt: www.bankrespublika.az
Sosial şəbəkələr: "Facebook", "Instagram", " LinkedIn", "Telegram"
Çağrı Mərkəzi: 144.




/ azxeber.com
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Nev vəfat etdi
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər?
"Qızım babası kimi siyasətçi olacaq
Bakıda kütləvi insidentlə bağlı saxlanılanlar hakim qarşısına çıxarılıb
Azərbaycanın Qazaxıstandakı səfirliyi finala yüksələn güləşçilərimizə uğurlar arzulayıb
Zəfər Partiyası sədrinin müşaviri YAP-ın qonağı oldu
Qubadlı şəhərinin işğaldan azad edilməsindən 6 il ötür