Bank Respublika aztəminatlı ailələrə dəstəyini davam etdirir
Ölkəmizin aparıcı banklarından biri olan Bank Respublika, aztəminatlı ailələrin sosial rifahını yaxşılaşdırmaq məqsədilə Özünüməşğulluq layihəsi çərçivəsində vətəndaşlara dəstək olmağa davam edir.
Bankın əməkdaşları ötən həftə Göyçay rayonunda sosial müdafiəyə xüsusi ehtiyacı olan aztəminatlı ailələrlə görüşərək onların şəxsi biznes yaratmaq arzularını reallaşdırıb. Belə ki, Bank heyvandarlıq təsərrüfatının qurulması üçün onları mal-qara və yem ilə təmin edərək sahibkarlığa başlamalarına təkan vermişdir.
Qeyd edək ki, Özünüməşğulluq layihəsi çərçivəsində Bank Respublika indiyədək paytaxt Bakı ilə yanaşı ölkənin əksər regionlarında 100-dən çox işsiz, əlil, şəhid ailəsi, qazi və aztəminatlı ailələrdən olan şəxslərə müxtəlif sahələr üzrə əvəzsiz olaraq aktivlər təqdim edib.
Bu tədbirlər, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası arasında həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlığa dair Memorandum çərçivəsində həyata keçirilir.
Bankdan verilən məlumata əsasən, Özünüməşğulluq Proqramı çərçivəsində tədbirlər ilin sonunadək ölkənin digər bölgələrində də icra olunacaq.
Daha ətraflı məlumatı bankın rəsmi saytında eləcə də facebook, instagram, linkedin, telegram səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz. / azxeber.com

Xalidə Gözəl vəfat etdi
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı