Bank Respublika "Qızıl Aypara Cəmiyyəti" ilə birgə cəbhə bölgəsində aztəminatlı ailələrə dəstək oldu!
Ölkəmizdə müxtəlif sosial layihələrin təşəbbüskarı və eləcə də dəstəkçisi olan "Bank Respublika", dövlət başçısı İlham Əliyevin çağırışlarına qoşularaq, Azərbaycanda koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar karantin rejimi zamanı həyata keçirilən tədbirlər çərçivəsində, xüsusi diqqət və qayğıya ehtiyacı olan aztəminatlı ailələrə dəstək olmağa yönəlmiş təşəbbüslərini davam etdirir.
Belə ki, "Bank Respublika"nın dəstəyi və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin təşkilatçığı ilə Ağdam, Fizuli və Tərtər rayonlarında yaşı 65-i keçmiş tənha, ahıl insanlara, eləcə də aztəminatlı 100 ailəyə baş çəkilərək onlara müxtəlif gündəlik qida məhsullarından ibarət ərzaq sovqatı və şəxsi gigiyena vasitələri ilə təqdim edilib.
Bu təşəbbüs, Bank tərəfindən koronavirusla mübarizə çərçivəsində görülən bir sıra vacib tədbirlərin davamıdır. Qeyd edək ki, Bank Respublika həmçinin, Koronavirusla Mübarizəyə Dəstək Fonduna dəstək olan ilk banklardan biri olub.
Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz. /news.milli.az

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar