Bank Respublika şəhid ailələrinə və qazilərə dəstək olmağa davam edir
Ölkəmizdə korporativ sosial məsuliyyət yönümlü layihələrin təşəbbüskarı və dəstəkçisi olan Bank Respublika, həssas əhali qruplarının özünüməşğulluğunun təşkili istiqamətində həyata keçirilən tədbirləri dəstəkləməkdə davam edir.
azxeber.com xəbər verir ki, növbəti belə xeyirxah addım yanvar-fevral aylarında Cəlilabad və Mingəçevirdə həyata keçirilən tədbirlər çərçivəsində atılıb. Belə ki, Bankın əməkdaşları layihə çərçivəsində şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları ilə görüşərək, onları heyvandarlıq təsərrüfatlarının qurulması üçün əvəzsiz olaraq mal-qara və yemlə təmin edib.
Qeyd edək ki, Özünüməşğulluq layihə çərçivəsində Bank Respublika indiyədək paytaxt Bakı ilə yanaşı ölkənin əksər regionlarında 100-ə yaxın işsiz, əlil, şəhid ailəsi, qazi və aztəminatlı ailələrdən olan şəxslərə müxtəlif sahələr üzrə əvəzsiz olaraq aktivlər təqdim edib.
Bu tədbirlər, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası arasında həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlığa dair Memorandum çərçivəsində həyata keçirilir.
Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib
Millimiz İsrail yığmasını məğlub etdi – FOTOLAR
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Futbol əfsanəsi Samuel Eto'O Bakıya gəldi
İstanbul derbisində sevinən tərəf "Qalatasaray" oldu
"Qarabağ" - "Dinamo Zaqreb" matçının baş hakimi açıqlandı
Banklar kimlərə aşağı faizlə kredit verir? – Əsas şərt
Əkrəm Həsənovdan xəbərdarlıq: "Azərbaycanı ağır illər gözləyir"
Hindistan Azərbaycandan neft alışını 5 dəfə artırdı
Dövlət dəstəyi almaq istəyənlər üçün ŞƏRTLƏR AÇIQLANDI
Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - FOTOLAR
Leyla Əliyeva Şamaxıda "Capybara Azerbaijan" fermasında olub - FOTOLAR