Bank Respublika "Ümumdünya Qan Donoru Günü" ərəfəsində qanvermə aksiyası keçirdi - FOTOLAR
Bəzən bir neçə dəqiqə vaxt ayırmaq kiminsə həyatına ümid olmaq üçün kifayətdir. "14 iyun - Ümumdünya Qan Donoru Günü" ərəfəsində Bank Respublika əməkdaşları növbəti dəfə belə bir məqsəd naminə bir araya gələrək qanvermə aksiyasında iştirak ediblər.
Respublika Qan Bankı təşkilatçılığı ilə Bankın Baş Ofisində təşkil olunan aksiya talassemiya, hemofiliya və leykoz xəstəliklərindən əziyyət çəkən uşaqlara dəstək məqsədi daşıyıb.
Tədbirə Bank Respublika-nın İdarə Heyətinin sədri Tariyel İsmayılov, rəhbər şəxslər və əməkdaşlar böyük həvəslə qoşulublar. Hər bir donor qanvermədən əvvəl peşəkar həkim-hematoloqların müayinəsindən keçib və proses bütün tibbi tələblərə uyğun həyata keçirilib.
Bank Respublika-da qanvermə aksiyaları artıq gözəl bir ənənəyə çevrilib. İllərdir davam edən bu ənənə sayəsində bank əməkdaşları ehtiyacı olan insanlara dəstək olmaq üçün bir araya gəlir və birlikdə xeyirxah missiyaya töhfə verirlər.
Bank Respublika inanır ki, xeyirxahlıq paylaşıldıqca böyüyür. Bir damla qan, bir ümid, bir həyat deməkdir. Məhz buna görə də bank hər kəsi donor olmağa və bu nəcib missiyaya qoşulmağa çağırır.






/ azxeber.com

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Nev vəfat etdi
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
İnfantino Samir Şərifov və Rövşən Nəcəf bir arada
Bakıda FIFA DÇ həyəcanı başlayır
Azərbaycanda kombi dövrü başa çatır? - Yeni istilik sistemi ilə bağlı AÇIQLAMA
Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası qoyuldu