Bank Respublika vaxtı bitmiş kartların istifadə müddətini avtomatik uzadacaq!
Respublikamızda koronavirus COVID-19 yayılması ilə bağlı #evdeqal kampaniyasına Bank Respublika tərəfindən daha bir dəstək gəldi.
Bank, infeksiyanın müştərilərin sağlamlığı üçün doğurduğu təhlükələri nəzərə alaraq, ölkə daxilində istifadə üçün, müddəti cari ilin mart, aprel və may aylarında başa çatacaq ödəniş kartlarının istifadə müddətini 2020-ci ilin iyul ayına (iyul ayı daxil olmaqla) qədər uzatdı.
Beləliklə, kartlarının istifadə müddəti cari ilin mart,aprel və may aylarında başa çatacaq müştərilərin banka gələrək kartlarının müddətini uzatmağa ehtiyac qalmamışdır. Müştərilər bu imkandan istifadə edərək kart vasitəsilə evdən onlayn sifarişlər edə bilər, habelə alış-verişlərini nağdsız olaraq kart vasitəsilə həyata keçirə biləcəklər.
Bundan başqa, müştərilər "Bank Respublika"nın bütün kartlarında olan təmassız ödəniş imkanından istifadə edərək vaxt itirməyərək ödənişlərini daha sürətli və rahat edə bilərlər.
Bank Respublika müştərilərə COVİD-19 virusunun kağız əsginaslarla yayılma ehtimalını azaltmaq üçün ödənişləri kartlar ilə nağdsız qaydada POS-terminallar vasitəsilə həyata keçirmələrini tövsiyyə edir.
Bununla müştərilər bankın geniş partnyor şəbəkəsində ödəniş edərək bonuslar qazanacaq, həm də virusun yayılmasına şərait yaradan kağız pulların sağlamlıq üçün yaratdığı risklərdən qorunmuş olacaqlar.
Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz. /news.milli.az

Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar
Milyarderin oğlu necə öldürülüb? - TƏFƏRRÜAT