"Bank Respublika" və ADA Universiteti Anlaşma Memorandumu imzaladı

Bu gün ADA Universiteti ilə ölkəmizdə təhsilin inkişafına böyük önəm verən "Bank Respublika" ASC arasında Anlaşma Memorandumu imzalanıb. Sözügedən sənədin imzalanmasındakı əsas məqsəd tərəflər arasında qarşılıqlı maraq kəsb edən sahələr üzrə əməkdaşlıq və tərəfdaşlıq münasibətlərinin təmin edilməsidir.
Sənədi ADA Universitetinin İcraçı prorektoru Fariz İsmayılzadə və "Bank Respublika"nın İdarə Heyətinin sədri Tariyel İsmayılov imzalayıblar.
F.İsmayılzadə ADA Universitetində tələbələrin irəli sürdüyü "start-up" təşəbbüslərinin, eləcə də cəmiyyət üçün faydalı innovativ layihələrin icrasına önəm verildiyini vurğulayıb. Biznes mühitində təmsil edilən şirkətlərlə əməkdaşlığın daim genişləndiyini qeyd edən Prorektor əlavə edib ki, İnformasiya Texnologiyaları, kompüter mühəndisliyi, böyük verilənlər sahəsində mütəxəssilər yetişdirən ADA Universitetinin 30 illik fəaliyyət keçmişinə malik "Bank Respublika" ilə əməkdaşlığı Universitet üçün önəm daşıyır.
Ümumilikdə 1 200-dən artıq qurumla əməkdaşlığa malik "Bank Respublika"nın ölkəmizdə insan kapitalına əsaslanan biznes modelinin qurulmasını dəstəklədiyini, bu istiqamətdə gedən prosesi sürətləndirmək üçün Bank nəzdində İnformasiya Texnologiyaları laboratoriyası təsis edildiyini nəzərə çatdıran T.İsmayılov əmək bazarının tələblərinə uyğun kadrlar yetişdirən ADA Universiteti ilə əməkdaşlığın səmərəli olacağına əmin olduğunu bildirib.
Memoranduma əsasən, tərəflər elmi və praktiki məlumat və bacarıqların mübadiləsini təmin edəcək, tələbələrin müvafiq istiqamətlər üzrə davamlı inkişafına fayda verəcək menecment, bank işi və maliyyə sahəsində birgə tədbirlər və sosial məsuliyyəti artıran layihələr icra edəcək, xüsusilə də, özəl sektorun inkişafına dair dövlət proqramları və milli fəaliyyət planlarında yer almış qarşılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlıq edəcəklər.
Memorandum çərçivəsində ADA tələbələri istehsalat təcrübəsində iştirak edəcək, onların Bankın filial şəbəkələrinə səfərləri təşkil ediləcək, Bankın əməkdaşları isə Universitetin tədris prosesinə cəlb olunacaq və ADA-nın təşkil etdiyi ixtisasartırma proqramlarında iştirak edəcəklər.
Anlaşma Memorandumu ADA-nın tələbə və məzunlarını Bankın mövcud vakant yerləri barədə məlumatlandırmaq üçün Universitetdə "Karyera günləri" keçirilməsini də nəzərdə tutur. Bununla yanaşı, ikitərəfli əlaqələrdə davamlılığın təmin edilməsi, həmçinin müvafiq peşə sahələrinə uyğun kadr potensialının gücləndirilməsi istiqamətində tələbələrin kurs və buraxılış işləri, magistrantların dissertasiya mövzuları Bankın həyata keçirdiyi layihələrin məzmunu ilə əlaqələndiriləcək.

İqtisadiyyat       Tarix: 14 mart 2022
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Pensiyanız arta bilər - Çoxunun bilmədiyi hesablama

2006-cı ildən əvvəl işləyən şəxslərin pensiya kapitalının necə hesablanması bir çox vətəndaşı maraqlandırır. Çünki həmin dövrdə ödənilən sosial sığorta haqları deyil, iş stajı əsas götürülərək pensiya kapitalı formalaşdırılır

Pensiyaçılara şad xəbər

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə iyun ayının pensiyaları ödənilib. xəbər verir ki, ödənişlər bu gün həyata keçirilib

Bank Respublika "Ağır ol, qazan!" lombard kredit kampaniyasına start verdi

Həyatda elə məqamlar var ki, ağırlıq üstünlüyə çevrilir. Bəzən bu üstünlük etibar qazandırır, bəzən də əlavə imkanlar yaradır. Bank Respublika-da isə ağırlıq sizə daha çox qazandıracaq. Müştərilərini hər zaman maraqlı v

Gənclər üçün biznes təlimləri təşkil olundu - Foto

21-26 may tarixlərində Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə İş Adamları Cəmiyyətinin Milli Assosiasiyası tərəfindən həyata keçirilmiş "Gənclər üçün biznes təlimləri" layihəs

Pensiyasını dəyişmək istəyənlərə VACİB XƏBƏR

Pensiyanın hər üç növü - yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə pensiyalar üzrə sığorta göstəricilərinə əsaslanan ayrıca hesablanma qaydaları mövcuddur. Eyni zamanda, vətəndaşın bu pensiya növlərindən bi

ABŞ və İran razılaşması fonunda dollar ucuzlaşır

ABŞ və İran arasındakı razılaşma xəbərlərinə, investorların əhvali-ruhiyyəsinin yaxşılaşmasına və neft qiymətlərinin ucuzlaşmasına baxmayaraq, dolların məzənnəsi eniş nümayiş etdirir. xəbər verir ki, bu barədə "Bloomberg"

Neftin qiyməti ilə bağlı dəyişiklik baş verdi - RƏQƏMLƏR

ABŞ və İran arasında əldə olunan tarixi saziş fonunda qlobal bazarlarda neftin qiyməti kəskin şəkildə ucuzlaşaraq son ayların ən aşağı səviyyəsinə geriləyib. Nüfuzlu iqtisadi nəşrlərin yaydığı məlumata görə, "Brent"

Bank Respublika "Ümumdünya Qan Donoru Günü" ərəfəsində qanvermə aksiyası keçirdi - FOTOLAR

Bəzən bir neçə dəqiqə vaxt ayırmaq kiminsə həyatına ümid olmaq üçün kifayətdir. "14 iyun - Ümumdünya Qan Donoru Günü" ərəfəsində Bank Respublika əməkdaşları növbəti dəfə belə bir məqsəd naminə bir araya gələrə

Rövşən Muradov: Fiskal intizam güclənib, amma risklər qalır

"2025-ci ilin dövlət büdcəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi strateji inkişaf prioritetləri, sosial-iqtisadi siyasət, müdafiə və təhlükəsizlik çağırışları istiqamətləri ilə uzlaşdırılara


yeni xeberler son xeberler azerbaycan xeberleri idman xeberleri bugünki xəbərlər bugunun xeberleri cəbhədən görüntüleri