Bank Respublika və EBRD əməkdaşlığını gücləndirir
Ölkəmizdə biznesin inkişafına böyük dəstək verən Bank Respublika, Avropa Birliyi (AB) tərəfindən EU4Business təşəbbüsü çərçivəsində maliyyələşdirilən, Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) "Maliyyə vasitəçilərinin potensialının gücləndirilməsi üzrə Texniki Əməkdaşlıq proqramı"na qoşulub. EBRD-nin Azərbaycanda beynəlxalq layihələrin həyata keçirilməsi məqsədilə əsas tərəfdaş kimi "Bank Respublika"nı seçməsini növbəti dəfə banka olan yüksək etimadın göstəricisi kimi qiymətləndirmək olar.
Sazişə əsasən Bank Respublika, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin kreditləşdirilməsini daha da təkmilləşdirərək ən qabaqcıl beynəlxalq praktikaya uyğunlaşdıracaq. Bu məqsədlə nüfuzlu beynəlxalq konsaltinq şirkəti Banka texniki dəstək göstərəcəkdir. Bank Respublika və EBRD arasındakı bu yeni əməkdaşlıq sahəsi, EBRD tərəfindən kiçik və orta biznes subyektlərinin kreditləşməsini dəstəkləmək üçün banka verdiyi kredit xətlərinin, habelə AB-nin də dəstəyi ilə Azərbaycanın bölgələrindəki fermer və kənd təsərrüfatı müəssisələrinə verilən kreditlərin uğurla həyata keçirilməsinə əsaslanır.
Qeyd edək ki, respublikanın əksər regionlarında filiallara malik olan Bank, özünün strategiyasına müvafiq olaraq, əhaliyə mikro, kiçik və orta sahibkarlığa dəstək göstərən layihələr həyata keçirməklə qeyri-neft sektorunun sənaye, kənd təsərrüfatı, tikinti, ticarət və xidmət kimi sahələrinin inkişafında öz töhfəsini verməkdədir.
Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz. /news.milli.az
Turlar.az [newsid: 0-123300]

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar