"Bank Respublika" Xırdalanda 30-cu xidmət mərkəzini açdı
Bu il 30 yaşını qeyd edən ölkənin aparıcı banklarından biri olan "Bank Respublika" ASC Xırdalan şəhərində özünün 30-cu xidmət mərkəzinin təntənəli açılışını edib.
azxeber.com xəbər verir ki, tədbirdə iştirak edən Bankın rəhbərliyi rəmzi qırmızı lenti kəsərək müasir konseptdə olan yeni "Xırdalan" filialını müştərilərin istifadəsinə verib. Geniş və müasir interyeri ilə seçilən filialda müştərilərin rahatlığı üçün bütün məqamlar nəzərə alınıb.
Bankın rəhbərliyi yeni filialın açılmasında əsas məqsədin artan müştəri bazasının maliyyə ehtiyaclarını müasir tələblərə uyğun yüksək səviyyədə qarşılamaq, eləcə də ölkənin real sektoruna hərtərəfli dəstək olmaq olduğunu vurğulayıblar.
Yeni filial - Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi, 1 ünvanında fəaliyyət göstərəcək.
İldən-ilə xidmət şəbəkəsini genişləndirən "Bank Respublika"nın hal-hazırda ölkənin bütün regionlarını əhatə edən 27 filialı və 3 şöbəsi var.
Daha ətraflı məlumatı bankın rəsmi web saytında, facebook, instagram, linkedin səhifələrində və yaxud Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.


Turlar.az [newsid: 0-123300]

Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR
Millimiz İsrail yığmasını məğlub etdi – FOTOLAR
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Futbol əfsanəsi Samuel Eto'O Bakıya gəldi
İstanbul derbisində sevinən tərəf "Qalatasaray" oldu
"Qarabağ" - "Dinamo Zaqreb" matçının baş hakimi açıqlandı
Banklar kimlərə aşağı faizlə kredit verir? – Əsas şərt
Əkrəm Həsənovdan xəbərdarlıq: "Azərbaycanı ağır illər gözləyir"
Hindistan Azərbaycandan neft alışını 5 dəfə artırdı
Dövlət dəstəyi almaq istəyənlər üçün ŞƏRTLƏR AÇIQLANDI
Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - FOTOLAR
Leyla Əliyeva Şamaxıda "Capybara Azerbaijan" fermasında olub - FOTOLAR