Bank Respublikanın xalis faiz gəlirləri artaraq 38,3 mln manat təşkil edib

Bank Respublikanın xalis faiz gəlirləri artaraq 38,3 mln manat təşkil edibÖlkənin ən böyük banklarından biri olan Bank Respublika, 2020-ci ilin birinci yarımilliyinə dair maliyyə göstəricilərini açıqlayıb. Hesabata əsasən, COVİD-19 pandemiyasından yaranan çətinlilkərə baxmayarq, Bank cari ilin birinci yarımilliyində dinamik inkişaf etməyə davam edib və ötən ilin analoji dövrü ilə müqayisədə artım nümayiş etdirib.
İkinci rübün nəticələrinə əsasən Bankın xalis mənfəəti artaraq 4,5 mln. manat təşkil edib. Ötən ilin birinci yarımilliyi ilə müqayisədə bankın xalis faiz gəlirləri 21% artaraq 38,3 mln. manat təşkil etmişdir. Hesabata əsasən, Bankın məcmu kapitalı 19% artaraq 83,9 mln. manat olmuş və minimum məcmu kapital normasını (50 mln. manat) 68% üstələmişdir. Bankın depozit portfeli 678,5 mln.manat təşkil etmişdir, bu isə ölkə bankları arasında depozit portfelinin həcminə görə ən böyük göstəricilərindən biridir. Şübhəsiz ki, bu, növbəti dəfə böyük sayda müştərinin Bank Respublikaya tam olaraq etibar etdiyini təsdiq edir.
COVID-19 pandemiyası ilə əlaqədar tətbiq olunan karantin tədbirlərinə baxmayaraq, Bank real sektorun kreditləşməsini davam etdirərək ilin birinci yarısında 125 mln. manat məbləğində kredit vermişdir. Hesabat dövrünün sonuna Bankın ani likvidlik əmsalı 71,9% təşkil edib, bu isə normadan təxminən 2,4 dəfə artıqdır.
Yüksək likvidlik və dollarla kreditə tələbin olmamasını nəzərə alaraq, Bank faiz xərclərini optimallaşdırmaq üçün valyuta öhdəliklərini azaltmışdır. İlin birinci yarısının sonunda likvid aktivlər bankın cəmi aktivlərinin 34% -ni təşkil etmişdir. Bu hal Bankın yüksək maliyyə sabitliyinə və ödəmə qabiliyyətinə malik olmasına dəlalət edir.
Bundan başqa, I dərəcəli kapitalın adekvatlıq əmsalı 10,0%, məcmu kapitalın adekvatlıq əmsalı isə 14,7% təşkil edib ki, bu da normadan müvafiq olaraq 2 dəfə və 1,4 dəfə çoxdur.
"Birinci yarımillikdəki müsbət maliyyə nəticələri onu göstərir ki, bütün dünyanın COVİD-19 pandemiyası və neft qiymətlərinin sürətlə düşməsindən irəli gələn təhdidlərlə üz-üzə gəldiyi çətin dövrdə, Bank Respublika, çağırışların öhdəsindən gələrək, müştərilərinə və tərəfdaşlarına vaxtında və keyfiyyətli dəstək göstərir. Bizim üçün prioritet məsələ əməkdaşlarımızın, müştərilərimizin və tərəfdaşlarımızın sağlamlığıdır, biz bunun təmin edilməsi üçün bütün tədbirləri görürük. Bank tərəfindən həyata keçirilən texnoloji transformasiya strateqiyası, nəinki bank məhsullarının satışını yeni mərhələyə keçməsinə, həmçinin pandemiya şəraitində əməkdaşların müştərilərlə qarşılıqlı əlaqədə olaraq məsafədən işləməsini  təmin etmişdir. Biz Bank üçün komfort səviyyədə olan kifayət qədər kapital ehtiyatına və likvidliyə malik olaraq, həm korporativ, həm də fərdi müştərilər üçün yüksək keyfiyyətli xidmət göstərərək işləməyə davam edirik", - deyə "Bank Respublika"nın İdarə Heyətinin sədri Tariyel İsmayılov qeyd edib.
Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz. /news.milli.az

İqtisadiyyat       Tarix: 28 iyul 2020
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi

"Sonra ödəyərəm". Hamımız ömrümüzdə bir dəfə də olsa bunu demişik. Sonra isə ya unutmuşuq, ya da son günün tələskənliyinə düşmüşük. Yelo App-də avto-ödəniş funksiyası ilə bu vərdiş artıq keçmişdə qalır! Yeni imka

Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı

Gündəlik xərclərdən daha böyük planlara qədər müxtəlif maliyyə ehtiyacları üçün AccessBank müştərilərinə 50 00 AZN-dək nağd kredit imkanı təqdim edir. Nağd kredit üzrə illik faiz dərəcəsi 9,5%-dən başlayır. Kredit müddət

Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı

Sumqayıt şəhəri ərazisində yerləşən şirkətlərin birindən 1750 manat dəyərində naqil və digər metal qurğular oğurlanıb. xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə əməli törədən əvvəllər məhkum olunmuş F.Nəbiyev müəyyə

AZAL və "Sea Breeze" birgə lotereyanın 100 qalibini müəyyən etdi - FOTOLAR

 Azərbaycan Hava Yolları və "Sea Breeze"inbirgə təşkil etdiyi "Səma və Dəniz" lotereyasının əsas qalibi baş mükafatolaraq "Sea Breeze Resort" ərazisində yerləşən "Park Lane" yaşayı

Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi

Azərbaycan kirayə mənzil mexanizminin daha əlçatan olması, bu sosial layihədən mənzilə ehtiyacı olan daha çox vətəndaş faydalanması, iş proseslərinin daha da şəffaflaşdırılması, eləcə də sui-istifadə hallarının qarşısını

Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır

Birbank tətbiqində pul köçürmələrinin təsdiqlənməsi prosesi yenilənib. Belə ki, Birbanklılar köçürmələrini SİMA İmza ilə təsdiqləyərək daha rahat və sürətli şəkildə həyata keçirə bilərlər. Beləliklə, SMS kodunu gözləməy

Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy

Qızılın qiyməti kəskin ucuzlaşdı

Dünya bazarında qızılın qiyməti iyulun sonundan bəri ilk dəfə bir troya unsiyası üçün 4 00 dollardan aşağı düşüb. Trend-ə istinadən xəbər verir ki,  qızıl avqust ayında qeydə alınan pik qiymətlə müqayisədə təxminən 15 fai


son xeberler azerbaycan xeberleri yeni xeberler en son xəbərlər bugün sonxabar az en sonxeber azerbaycan son xeber bugun