Baqrat Qalstanyan Paşinyanı məhkəməyə verdi – erməni jurnalistdən sərt ittihamlar

Baqrat Qalstanyan Paşinyanı məhkəməyə verdi – erməni jurnalistdən sərt ittihamlarErmənistan Apostol Kilsəsinin arxiyepiskopu Baqrat Qalstanyan Baş nazir Nikol Paşinyan barəsində məhkəməyə müraciət edib. Datalex məhkəmə informasiya sistemində yerləşdirilən məlumata görə, arxiyepiskop baş nazirin iyunun 11-də səsləndirdiyi bəyanatın ictimai şəkildə təkzib olunmasını tələb edir.
İddiaya əsasən, söhbət Paşinyanın hakim "Vətəndaş Müqaviləsi" Partiyasının səslərinin "100 faiz üzvi (təbii) səslər" olduğunu, digər siyasi qüvvələrin isə səsləri seçicilərə rüşvət verməklə topladığını bildirməsindən gedir. Baqrat Qalstanyan hesab edir ki, həmin bəyanat başqa siyasi qüvvəyə səs vermiş seçici kimi onun şərəf və ləyaqətinə toxunur və böhtan xarakteri daşıyır.
Arxiyepiskop məhkəmədən dövlət rüsumunun Paşinyandan tutulmasını, həmçinin mənəvi ziyana görə 49,7 dram məbləğində kompensasiyanın ödənilməsini də tələb edib.
Tanınmış erməni bloger və jurnalist Natali Aleksanyan azxeber.com-a açıqlamasında deyib ki, sözügedən məsələ ilə bağlı son qərarı məhkəmə verəcək:
Baqrat Qalstanyan Paşinyanı məhkəməyə verdi – erməni jurnalistdən sərt ittihamlar"Şərəf və ləyaqətdən danışmazdan əvvəl Baqrat Qalstanyan ilk növbədə öz həyat yoluna nəzər salmalıdır. O,  özünə bir sadə sual verməlidir ki, kilsə xadiminin siyasi mübarizəyə qarışmağa və siyasi proseslərdə fəal iştirak etməyə ümumiyyətlə haqqı varmı? Ermənistan Respublikası demokratik dövlətdir, diktatura deyil. Buna görə də hər bir vətəndaş, o cümlədən Baqrat Qalstanyan Konstitusiyaya əsasən məhkəməyə müraciət etmək hüququna malikdir. Heç kim onu bu hüquqdan məhrum edə bilməz. Lakin iddia ərizəsinin verilməsi hələ məhkəmənin irəli sürülən tələbləri təmin edəcəyi anlamına gəlmir. Son qərarı yalnız məhkəmə verəcək".
O qeyd edib ki, bu məhkəmə prosesinin yekununda Baqrat gülünc vəziyyətə düşə bilər:
"Bu məhkəmə prosesinin yekununda Baqrat Qalstanyan kifayət qədər çətin və hətta gülünc vəziyyətə düşə bilər. Çünki yaxın günlərdə onun fəaliyyəti və müxtəlif proseslərdə iştirakı ilə bağlı bir sıra faktları açıqlamağı planlaşdırıram". Həmçinin ictimaiyyətə fotoşəkillər və digər materiallar təqdim edəcəyəm. Mənim qənaətimə görə, bu materiallar son illərdə Erməni Apostol Kilsəsində baş verənlərlə bağlı ciddi suallar doğurur. Hesab edirəm ki, hazırkı rəhbərlik dövründə Kilsəyə ciddi ziyan dəyib və buna görə məsuliyyəti II Qaregin də daşıyır".
Erməni jurnalist bildirib ki, klublarda vaxt keçirən Baqratın şərəfdən danışması gülüncdür:
"Paylaşımlarımda bəzi yüksək vəzifəli kilsə xadimlərinin öz mənəvi missiyalarından uzaqlaşaraq siyasi proseslərə necə cəlb olunduqları barədə də mövqeyimi açıqlayacağam. Bu kontekstdə məhz həmin şəxslərin şərəf, ləyaqət və mənəvi dəyərlərdən danışması xüsusilə qəribə görünür. Əminəm ki, məhkəmə işi yalnız qanun və təqdim olunan sübutlar əsasında araşdırılacaq. Cəmiyyət isə dərc edilən faktlara və hər kəsin davranışına öz qiymətini verəcək.
Subaylıq andına sadiq qalmalı olan gecə klubunda vaxt keçirir. Bu gün isə məhz o, şərəf və ləyaqətdən danışır. Bu isə yalnız gülüş doğurur".
Şahanə Ziyad

Siyasi       Tarix: 08 iyul 2026
f Paylaş

Oxşar xəbərlər

Zelenskidən ÇAĞIRIŞ: "Dnepr vağzalı vuruldu, Rusiya ilə bağlı qətiyyətli addım atın"

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Dnepr şəhərindəki dəmir yolu vağzalına endirdiyi qanlı zərbədən sonra Qərb ölkələrinə sərt çağırış edib. O, Moskvaya qarşı sanksiyaların dərhal sərtləşdirilməsini tələb edib

Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Moskva səfər edəcək. KONKRET.azaxaraz-a istinadən əbər verir ki, bu barədə müvafiq qərarı Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıb. "Ermənistan Təhlükəsizli

Elçin Əmirbəyov Vyetnam rəhbərliyi ilə görüşlər keçirib - FOTOLAR

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Vyetnama işgüzar səfəri çərçivəsində ölkə Prezidenti və Kommunist Partiyasının Baş katibi To Lam, Prezident Administrasiyasının rəhbər

Sadır Japarovdan Azərbaycana təşəkkür mesajı

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanın Türk Dövlətləri Təşkilatındaki (TDT) sədirliyi dövrünü yüksək qiymətləndirib. KONKRET.azxəbər verir ki, Ankarada keçirilən TDT Dövlət Başçıları Şurasının 13-cü Zirvə Görüşünd

İran səfirindən Azərbaycanla bağlı açıqlama

Bu gün dünyada cinayətkarlığa qarşı ancaq bir dövlət və ya hökumətin ərazisində mübarizə aparıla bilməz. report-a istinadla xəbər verir ki, bu fikirləri İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçil

"Ramiz Mehdiyev dövlət idarəçiliyində "qara dəlik" rolunu oynayıb" - Deputatdan sərt açıqlama

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə oktyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsi hökm çıxarıb. R.Mehdiyevin yaşı və xəstəliklər

Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri hansı məna daşıyır?

Çox mənidar hadisədir:. İttihad və Tərəqqi rəhbərlərinin Osmanlı taxtını bölüşdükləri ərəfədə Qüdsün Böyük Müftisi Hüseyn Səlim əl-Hüseyni ağ bayraq altında ingilis hərbi qüvvələrinə müraciət edərək şəhərin açarını onlar

Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib. xəbər verir ki, final görüşündə Çexiya və İspaniya komandalar

Oktyabr ayında mediada ən fəal deputatlar məlum oldu - SİYAHI

2026-cı ilin oktyabr ayında Azərbaycan Milli Məclisinin deputatlarının mediada fəallıq göstəriciləri məlum olub. xəbər verir ki, "MediaTrends" platformasının təqdim etdiyi statistikaya əsasən, siyahıya deputat Zahi


azerbaycan xeberleri son xeberler yeni xeberler son xəbərlər azərbaycanda ən son xeberler son.xeberler son xəbər