"Barbie" istehsalçısı irqçilikdə ittiham olunur - FOTO
"Barbie" istehsalçısı irqçilikdə ittiham olunur - FOTO
"Mattel" şirkəti "Barbie idmançılar" kuklalarının yeni, əhatəli bir xəttini təqdim etdikdən sonra tənqidçilər tərəfindən hədəfə alınıb.
Bu barədə "Daily Mail" xəbər verib.
Bildirilir ki, şirkətin tənqid olunmasına səbəb oyuncaqlar arasında asiyalı "Barbie"nin olmamasıdır.
"Barbie" kolleksiyasının və "Tokio 2020"-nin rəsmi məhsullarının bir hissəsi olan yeni "Olimpiya Oyunları" kuklaları əslində keçən ilin fevral ayında satışa çıxarılıb, ancaq "Mattel" keçən ayın ortalarından etibarən Oyunlarla əlaqədar yenidən bazara təqdim edib.
Şirkət "İnklüziv" kolleksiyanın bir hissəsi kimi 2020-ci il Olimpiya Oyunlarına əlavə olunan yeni idman növlərini (softbol, qayaya dırmaşma, karate, skeytbord və sörf) təmsil edən beş yeni kukla hazırlayıb. Hər kukla fərqli bir dəri tonuna, saç rənginə və bədən quruluşuna malikdir. Ancaq bir çox istifadəçi oyuncaqların arasında Asiya mədəniyyətinin bir nümayəndəsinin belə olmadığının fərqinə varıblar, halbuki Olimpiadanın özü elə Yaponiyada keçirilib.
Sosial media istifadəçiləri şirkəti tənqid edərək müxtəlifliyin olmamasından məyus olduqlarını bildiriblər. Bəziləri hətta "Mattel"i boykot edəcəyinə və uşaqları üçün "Barbie" kuklaları almamağa vəd veriblər.






Azərbaycanda ata oğlunun toyunda həbs olundu
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Emil Binyətzadə cəzalandırıldı
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız
"Fənərbaxça"nın baş məşqçisi İsmail Kartal istefa verib
Bu ölkədə yeniyetmələrin intiharı rekord həddə çatdı
60 yaşlı kişini tok vurub öldürdü
Azərbaycanda bu məhsullar bahalaşdı
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR