Barkindo: Azərbaycanı OPEC-in üzvü kimi məmnuniyyətlə qarşılayardıq
Dünya beynəlxalq enerji əməkdaşlığına yardıma və neft bazarının davamlı sabitliyinin təmin edilməsi üzrə göstərilən səylərin ilk sıralarında olduğuna görə Azərbaycana çox borcludur.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu OPEC-in baş katibi Məhəmməd Sanusi Barkindo Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkil etdiyi postpandemiya dövründə energetika məsələləri üzrə vebinar zamanı deyib.
M.Barkindo bildirib: "OPEC Azərbaycanın neft hasilatının azaldılması üzrə razılaşmada iştirak etdiyindən qürur duyur və yüksək səviyyədə dəstəyə görə Azərbaycana minnətdardır. Bu il təşkilatımızın 60 yaşı tamam olacaq və biz Azərbaycanı OPEC ailəsinin üzvü kimi məmnuniyyətlə qarşılayardıq".
OPEC-in baş katibi qeyd edib ki, Azərbaycan həmçinin Qaz İxrac Edən Ölkələr Forumunda (GECF) da müşahidəçidir:
"Azərbaycanın GECF-də iştirakı bu ölkənin bir çox OPEC-ə üzv ölkələr və neft hasilatının azaldılmasına dair razılaşmada iştirak edən ölkələr ilə qlobal əməkdaşlığının daha da genişlənməsini təmin edir. COVID-19 ilə əlaqəli bazar risklərinə qarşı mübarizə sahəsində təcrübəmiz yüksək səviyyədə çoxtərəfli əməkdaşlığın vacibliyini göstərir. Biz bu sahənin və nəticədə bütün dünyanın xeyrinə olan daha geniş və konsensusa əsaslanan həllər üzərində işləmək fürsətini əldən verməməliyik. Bizim qapımız dəyərlərimizi, qayğılarımızı və daha yaxşı gələcəyə ümidlərimizi bölüşənlər üçün həmişə açıqdır".
Milli.Az /news.milli.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar