Barmaqları hərəkət etdirməkdə çətinlik çəkirsinizsə, bu, xəstəlik əlaməti ola bilər - FOTO

Barmaqları hərəkət etdirməkdə çətinlik çəkirsinizsə, bu, xəstəlik əlaməti ola bilər - FOTOBarmaqları hərəkət etdirməkdə çətinlik çəkirsinizsə, bu, xəstəlik əlaməti ola bilər - FOTO
Barmaqların hərəkət etdirilməsində, tam olaraq açılmasında çətinlik varsa, ovuc içində keylik hiss olunursa, bu, "Düpüytren kontrakturası" (ovuc fibromatozu) adlı xəstəliyin əlamətləri ola bilər.
Mütəxəssislər gündəlik həyat fəaliyyətlərini məhdudlaşdıran bu xəstəliklə bağlı kritik xəbərdarlıq edirlər.
Bu barədə türkiyəli cərrahiyyə mütəxəssisi Kadir Uzel məlumat verib.
Kadir Uzelin sözlərinə görə, "Düpüytren kontrakturası"na daha çox kişilərdə rast gəlinir.
"Bu xəstəlik ovuc içində dərinin altında yerləşən və fasya adlanan toxumanın anormal dərəcədə qalınlaşmasından yaranır. Bu toxumanın qalınlaşması və qısalması nəticəsində sərtləşmiş fibrotik maneə və düyün yaranır ki, bu da barmaqların bükülməsini, hərəkət etdirilməsini çətinləşdirir. Bu xəstəlik əsasən 40 yaşdan sonra müşahidə olunur. Səbəbi isə dəqiq məlum deyil. Kişilərdə qadınlara nisbətən təxminən 10 dəfə daha çox rast gəlinir. Diabet xəstələrində, epilepsiya, xroniki qaraciyər xəstəliyi olanlarda və alkoqol aludəçilərində daha çox meydana gəlir", - deyə mütəxəssis bildirib.
"Hər iki əldə də yarana biləcək bu xəstəliyin ilkin mərhələsində ovuc içində ağrısız, düyün adlanan sərt şişlər peyda olur. Xəstəlik irəlilədikcə ovuc içərisində fibrotik maneələr əmələ gəlir. Nəticədə xəstədə barmağın bükülməsi və tam açılmaması kimi şikayətlər yaranır. Bu səbəbdən də xəstə barmağını qaldırmaq, alqışlamaq, əlini cibinə salmaq, əşyaları tutmaq kimi gündəlik işləri yerinə yetirməkdə çətinlik çəkməyə başlayır", - deyə Kadir Uzel qeyd edib.
Mütəxəssis vurğulayıb ki, gecikmiş hallarda əməliyyatdan sonra müvəffəqiyyət nisbəti də azalır.
Barmaqları hərəkət etdirməkdə çətinlik çəkirsinizsə, bu, xəstəlik əlaməti ola bilər - FOTOBarmaqları hərəkət etdirməkdə çətinlik çəkirsinizsə, bu, xəstəlik əlaməti ola bilər - FOTOBarmaqları hərəkət etdirməkdə çətinlik çəkirsinizsə, bu, xəstəlik əlaməti ola bilər - FOTOBarmaqları hərəkət etdirməkdə çətinlik çəkirsinizsə, bu, xəstəlik əlaməti ola bilər - FOTOBarmaqları hərəkət etdirməkdə çətinlik çəkirsinizsə, bu, xəstəlik əlaməti ola bilər - FOTOMənbə: Haber Global / oxu.az

Maraqlı       Tarix: 14 noyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı. İlon Maskın "Neuralink" proqramı çərçivəsində 2024-cü ilin martında ilk dəfə beyninə çip yerləşdirilmiş xəstənin son vəziyyəti açıqlanıb. Xəst

Rəssam Cavid Həsənli: "Mənim üzərimdə, sən demə, təcrübə aparırmışlar" - MÜSAHİBƏ + FOTO

Rəssam Cavid Həsənli: "Mənim üzərimdə, sən demə, təcrübə aparırmışlar" - MÜSAHİBƏ + FOTO. "Mən 23 yaşıma qədər evdən çıxmırdım. Ev şəraitinə öyrəşmişdim. Rahatlığımı pozmurdum. Ancaq keçmişdə ilişib qalma

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz. Alimlər əsrin ortalarına qədər gözlənilən ömür uzunluğunun nə qədər artacağını müəyyən ediblər. Beynəlxalq alimlər qrupu 2050-ci ilə qədər qlobal ömür uzunluğu il

Chevrolet Ehtiyyat Hissələri seçərkən baxmalı olduğunuz 5 Məqam

Chevrolet ehtiyyat hissələri avtomobilin texniki sağlamlığını qorumaq, təhlükəsiz hərəkətini təmin etmək və uzunmüddətli istifadəsini mümkün etmək baxımından əsas rol oynayır. Bu hissələrin keyfiyyətsiz və ya uyğun olmaya

Mədəkiçiltmə erasının sonu gəlir: Cərrahi müdaxilə olmadan arıqlamağın yolu tapıldı

Mədəkiçiltmə erasının sonu gəlir: Cərrahi müdaxilə olmadan arıqlamağın yolu tapıldı. Elm adamları mədəyə cərrahi müdaxilə olmadan piylənmə ilə mübarizə aparmağın üsulunu tapıblar. Yeni metod mədənin yuxarı hissəsinin selikl

"WhatsApp" daha bir yeniliklə gəlir - FOTO

"WhatsApp" daha bir yeniliklə gəlir - FOTO. "WhatsApp" daha bir yeniliklə istifadəçiləri sevindirir. Belə ki, mesencerin "iOS" əməliyyat sisteminə malik cihazlar üçün versiyasında stikerlər yaratma

Zaqulbada yerləşən sümük-vərəm xəstəlikləri sanatoriyasından FOTOREPORTAJ

Zaqulbada yerləşən sümük-vərəm xəstəlikləri sanatoriyasından FOTOREPORTAJ. 1911-ci ildə Zaqulbada işləyən ailələrin uşaqları üçün sümük-vərəm xəstəlikləri sanatoriyası açılıb. Belə ki, buranı həmin dövrdə yaşayan professo

İmtahandan əvvəl yaddaşı gücləndirən QİDALAR

İmtahandan əvvəl yaddaşı gücləndirən QİDALAR. Son elmi araşdırmalara görə, tərkibində yüksək şəkər olan şirniyyatlar müvəqqəti olaraq enerjini artırsa da, yekun nəticədə konsentrasiyanı azalda bilər. Yaddaş və konsentrasiyan

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək. Bu gün də sirkulyasiya edən üç ümumi virusun genetik ardıcıllığı 50 min ildən çox əvvəl yaşamış neandertalların qalıqlarında tapılıb. San-Paul


azerbaycan xeberleri son xeberler yeni xeberler son.xeber krimnal bugun sonxəbər en son xeberleri