Baş nazir onların məzuniyyətinin hesablanma qaydasını təsdiqlədi

Baş nazir onların məzuniyyətinin hesablanma qaydasını təsdiqlədiBaş nazir onların məzuniyyətinin hesablanma qaydasını təsdiqlədi
Nazirlər Kabineti "Hakimlərə məzuniyyət haqqının hesablanması Qaydası"nı təsdiqləyib.
Bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Yeni qaydalar "Məhkəmələr və hakimlər haqqında" qanunun 107-ci maddəsinin birinci hissəsinin ikinci cümləsinə uyğun olaraq hazırlanıb və hakimlərə məzuniyyət haqqının hesablanması qaydasını müəyyən edir və məzuniyyət haqqının ödənilməsi üçün əmək haqqının hesablanması qaydası hakimə istifadə edilməyən məzuniyyətə görə kompensasiya ödənilərkən də tətbiq edilir.
Qərarda qeyd olunub ki, məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq, məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir. 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan hakimin orta aylıq əmək haqqı onun faktiki işlədiyi tam təqvim aylarına əsasən hesablanır.
Məzuniyyət günlərinin əmək haqqının müəyyən edilməsi üçün məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləği 12-yə bölünməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləğ ayın təqvim günlərinin orta illik miqdarına - 30,4-ə bölünməsi yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur.
Hakimə məzuniyyət vaxtı üçün orta əmək haqqı məzuniyyətin başlanmasına ən geci 3 (üç) gün qalmış ödənilir.
Qərara əsaəsn, məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı aşağıdakı ödənişlər nəzərə alınır:
- faktiki işlənmiş vaxt üzrə vəzifə maaşı;
- vəzifə maaşına ödənilən bir aylıq vəzifə maaşı həcmində əlavə;
- hakimlik stajına və prokurorluq orqanlarındakı xidmət illərinə görə əlavə;
- Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərinə ödənilən yüksək hüquqi ixtisasa görə vəzifə maaşına əlavə;
- elmi dərəcəyə görə vəzifə maaşına əlavə;
- fəxri ada görə aylıq təqaüd;
- səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün hakimlərə ödənilən aylıq pul təminatı;
- müvəqqəti əvəzetməyə görə ödəmə;
- nqanunvericilikdə hakimlərin iş yerlərinin və əmək haqqının saxlanıldığı hallarda ödəmələr;
- məcburi işburaxma dövrünün ödənilməsi;
- əmək qabiliyyətini müvəqqəti itirməyə, hamiləliyə və doğuma görə müavinətlər;
- dəniz səviyyəsindən 1200 metrdən yüksəklik yerlərdə əmsallar üzrə əlavə ödənişlər.
- Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı aşağıdakı ödənişlər nəzərə alınmır:
- birdəfəlik xarakter daşıyan mükafatların bütün növləri, yubiley və bayram günləri, anadan olan günlərlə bağlı və digər analoji hallarda verilən həvəsləndirici ödənişlər;
- ilk dəfə hakim vəzifəsinə təyin olunan şəxslərə hakimlik fəaliyyətinin birinci ilində və sonrakı 4 (dörd) il ərzində ildə bir dəfə ödənilən birdəfəlik yardım;
- müalicə olunması üçün verilən iki aylıq əmək haqqı məbləğində pul təminatı;
- məzuniyyətə çıxdıqda verilən iki aylıq əmək haqqı məbləğində müavinət;
- zamiyyə xərcləri;
- birinci instansiya məhkəmələrinin hakimlərinə verilən dəftərxana ləvazimatlarının dəyəri;
- sanatoriya-kurort müalicəsinə və istirahət evlərinə yollayışların dəyəri;
- istifadə edilməmiş əmək məzuniyyətlərinə görə ödənilən kompensasiya. /oxu.az

Siyasi       Tarix: 08 dekabr 2019
f Paylaş

Oxşar xəbərlər

Kamran Əliyev: "Vətəndaşların pozulmuş hüquqları bərpa edilir

"Əməkdaşlarımız və digər istintaq orqanları tərəfindən dövlətə vurulmuş ziyanın bərpa edilməsi istiqamətində kifayət qədər iş görülüb". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbayca

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunu

Britaniya səfiri İran XİN-ə çağırılıb

Britaniyanın İrandakı səfiri Hüqo Şorter İran Xarici İşlər Nazirliyinə çağırılıb. -ın  APA-ya istinadən məlumatına görə, diplomat Britaniya hökumətinin İrana qarşı davamlı destruktiv siyasəti ilə bağlı İranın kəskin etiraz

Prezident və xanımı Bakıda sərgidə

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 15-ci Beynəlxal

Rusiyadan Azərbaycanla bağlı arzuolunmaz qərar – 3 ay ərzində…

Rusiyadan Azərbaycan da daxil olmaqla, bir sıra ölkələrə nağd pul çıxarılmasına yeni məhdudiyyət tətbiq edilib. Sənədə əsasən, fiziki şəxslərə Azərbaycan, Tacikistan və Özbəkistana 1 milyon rubldan (təxminən 20 min manat

Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."

Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev Rusiya lideri Vladimir Putinin Avropa və bütün dünya üçün ən məqbul rəhbər olduğunu bildirib. KONKRET.azxəbər verir ki, o, bu barədə Almaniya lideri Fridrix Mərtz ilə keçirdiyi mətbua

Keçmiş kansler Şröderİn Rusiya ilə daha bir bağlılığı üzə çıxdı

Almaniyanın keçmiş kansleri Gerhard Şröder Globus hipermarket şəbəkəsinin Rusiyadakı bölməsində çalışmağa başlayıb. xəbər verir ki, bu barədə RBK rusiyalı "Hiperqlobus" MMC-nin nümayəndəsinə istinadən məlumat verib

Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşüb. xəbər verir ki, görüşdə Heydər Əliyev Fondunun Vatikand

Azərbaycan və İordaniya arasında viza rejimi ləğv edilir

Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı arasında viza rejimi ləğv edilir. KONKRET.azxəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökumət


son xeberler azerbaycan xeberleri yeni xeberler xeber sou biznes valyuta hava proqnozu