Keçmiş kansler Şröderİn Rusiya ilə daha bir bağlılığı üzə çıxdı

Keçmiş kansler Şröderİn Rusiya ilə daha bir bağlılığı üzə çıxdıAlmaniyanın keçmiş kansleri Gerhard Şröder Globus hipermarket şəbəkəsinin Rusiyadakı bölməsində çalışmağa başlayıb.
KONKRET.az xəbər verir ki, bu barədə RBK rusiyalı "Hiperqlobus" MMC-nin nümayəndəsinə istinadən məlumat verib. Onun sözlərinə görə, şirkətin ümumi yığıncağı Şröderi müşahidə şurasının üzvü təyin edib. O, şəbəkənin Rusiyada "strateji inkişafına dəstək verəcək", ümumi rəhbərlikdə iştirak edəcək və şirkətin Rusiya bazarında "uzunmüddətli planlaşdırmasına kömək edəcək".
Alman Globus Holding GmbH & Co-nun əsas səhmdarı Tomas Bruh RBK-ya mətbuat xidməti vasitəsilə bildirib ki, təyinat "ekspert dəstəyinin gücləndirilməsi zərurətindən" irəli gəlir. Onun fikrincə, keçmiş kanslerin təcrübəsi "dialoqa yönəlmiş yanaşmanı" qorumağa və "konstruktiv həllər tapmağa" imkan verəcək.
Globusun mətbuat xidməti Şröderin öz sözlərini də çatdırıb. O, Almaniya ilə Rusiya arasında iqtisadi əlaqələrin saxlanmasının vacibliyini vurğulayıb və ərzaq sektorunu bunun təməl sahəsi adlandırıb. Şröder deyib: "Məhz böhran dövründə bu əlaqələr xüsusilə vacibdir: onlar bir-birimizi dinləməyə və gələcəyə gedən yolları tapmağa imkan verir."
Alman şirkətinin DW-yə əvvəllər izah etdiyinə görə, "Hiperqlobus" 2025-ci ilin əvvəlində Globus Holding-dən rəsmi olaraq ayrılıb, lakin hər iki şirkətin səhmdarları eynidir. Bruh 2026-cı ilin iyununda Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda iştirak edib. İş adamı forumda yalnız "Hiperqlobus"u təmsil edib və məqsədlərindən biri dövlət qurumlarının nümayəndələri ilə "fikir mübadiləsi" olub.
Şröder əvvəllər "Rosneft"in və "Nord Stream" operator şirkətinin rəhbərliyində çalışıb.
Rəsmiyyə Şərifova,
KONKRET.az

Siyasi       Tarix: 02 oktyabr 2026
f Paylaş

Oxşar xəbərlər

İran Qərblə razılaşacaq? – Politoloqdan AÇIQLAMA

İranın uranın zənginləşdirilməsini dayandırmağa razılaşdığına dair məlumatlar Tehranla Qərb arasında diplomatik təmasların yeni mərhələyə keçə biləcəyini göstərir. Bəs bu razılaşma ilin sonunadək İranla Qərb arasında dah

Böyük Britaniyanın müdafiə naziri Azərbaycanda səfərdədir

Böyük Britaniyanın müdafiə naziri Vernon Koker ilk dəfə olaraq ADEX sərgisində iştirak edir. Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyi məlumat yayıb. Bildirilib ki, nazirlə birlikdə Britaniyanın 18 şirkəti d

Türkiyə Mosul yaxınlığındakı hərbi bazanı İraqa təhvil verəcək

Türkiyə Mosul yaxınlığındakı Başika-Zilkan hərbi bazasını İraqa təhvil verəcək. KONKRET.azxəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, İraq hökumətinin Sincarda təhlükəsizliyi

Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova

Azərbaycan və Slovakiya arasında münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm rolu var. xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Slovakiyanın Milli Günü münasibətilə keçirilən rəsm

Azərbaycan və İordaniya arasında viza rejimi ləğv edilir

Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı arasında viza rejimi ləğv edilir. KONKRET.azxəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökumət

İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev "Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması" mövzusunda AQEM (Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə) Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb

27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi

27 Sentyabr – Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edildiyi gündür. Azərbaycan Prezidenti

Kasparov ABŞ-da öldürülməsi planından danışdı: "Bu, mənim üçün şok oldu"

Harri Kasparov Rusiyanın hakimiyyət orqanlarının ABŞ-da onun öldürülməsinə hazırlıq görməsi barədə xəbəri "şok" kimi qiymətləndirib. xəbər verir ki, siyasətçinin sözlərinə görə, onun və "Azad Rusiya Forumu"nu

Prezidentin sosial media hesablarında ADEX sərgisindən görüntülər paylaşıldı

Prezident İlham Əliyevin sosial media hesablarında Birinci xanım Mehriban Əliyeva ilə birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb. xəbər verir ki, paylaşımda qeyd edilib:. "Bakı Ekspo Mərkəzində "ADEX 2026"


azerbaycan xeberleri yeni xeberler son xeberler krimnal xeber iqtisadiyyat xeberleri bugun idman xeberleri en sonxeber