Rusiyadan Azərbaycanla bağlı arzuolunmaz qərar – 3 ay ərzində…

Rusiyadan Azərbaycanla bağlı arzuolunmaz qərar – 3 ay ərzində…Rusiyadan Azərbaycan da daxil olmaqla, bir sıra ölkələrə nağd pul çıxarılmasına yeni məhdudiyyət tətbiq edilib. Sənədə əsasən, fiziki şəxslərə Azərbaycan, Tacikistan və Özbəkistana 1 milyon rubldan (təxminən 20 min manat) artıq nağd Rusiya valyutası aparmaq qadağan edilir. Məhdudiyyət hüquqi şəxslərə və fərdi sahibkarlara da şamil olunur.
Bu qadağa Azərbaycana və Rusiyadan ölkəmizə pul gətirən vətəndaşlara necə təsir edəcək?
KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan Crypto Consulting MMC-nin direktoru, UNEC Biznes Məktəbinin müəllimi Elnur Quliyev deyib ki, söhbət fiziki şəkildə nağd Rusiya rublunun ölkədən çıxarılmasından gedir:
"Bu, Rusiyadan ölkəyə nağd şəkildə pul gətirən şəxslərə təsir edəcək. Xüsusilə Rusiyada yaşayan və işləyən, gəlirlərinin bir hissəsini nağd rubl formasında Azərbaycana gətirən şəxslər bundan sonra daha böyük məbləğləri əvvəlki kimi sərbəst şəkildə gətirə bilməyəcəklər".
İqtisadçının fikrincə, əsas dəyişiklik pulun fiziki hərəkətindən bank kanalına keçidin sürətlənməsi ola bilər:
"Yəni əvvəllər Rusiyada əldə edilmiş vəsaitin bir hissəsini nağd şəkildə Azərbaycana gətirən şəxslər alternativ olaraq bank hesablarından istifadə etməyə, pul köçürmələrini formal maliyyə kanalları ilə həyata keçirməyə daha çox üstünlük verə bilərlər. Bu baxımdan qərarın məqsədlərindən biri də nağd rublun Rusiyadan çıxışına nəzarəti və pulun mənşəyinin izlənəbilənliyini artırmaqdır".
E.Quliyevin sözlərinə görə, bu qərarı Azərbaycana pul köçürmələrinin tam məhdudlaşdırılması kimi qiymətləndirmək düzgün olmaz:
"Məhdudiyyət əsasən nağd rublun fiziki olaraq Rusiyadan çıxarılmasına aiddir. Burada bir istisna da var. Müəyyən edilmiş beynəlxalq hava limanlarından nağd pul çıxarılması bank sənədləri ilə, yəni vəsaitin həmin şəxsin bank hesabından və ya depozitindən çıxarıldığını təsdiq edən sənədlər əsasında mümkün ola bilər. Bu səbəbdən 1 milyon rubldan artıq vəsait daşıyan şəxslər üçün vəsaitin mənşəyini təsdiq edən bank sənədlərinin əhəmiyyəti artır. Qərar pul köçürmələrinin formasına təsir göstərə bilər".
Elnur Quliyev hesab edir ki, Rusiyadan Azərbaycana pul göndərən şəxslər üçün bank köçürmələri, kartdan-karta transferlər və digər rəsmi maliyyə kanalları daha əhəmiyyətli alternativə çevrilə bilər:
"Eyni zamanda, banklar tərəfindən vəsaitin mənbəyinin müəyyənləşdirilməsi, AML/KYC prosedurları və böyük məbləğli əməliyyatların monitorinqi daha vacib olacaq. Bu baxımdan qərarın təsirini iki istiqamətdə qiymətləndirmək olar: nağd rublun fiziki gətirilməsi çətinləşir, lakin Rusiyadan Azərbaycana pul göndərilməsi bütövlükdə dayandırılmır. Əsas dəyişiklik vəsaitin nağd formada deyil, daha çox bank və digər rəsmi maliyyə kanalları vasitəsilə hərəkət etməsinə stimul yarada bilər. Eyni zamanda, yeni qaydanın tətbiqində istisnaların və praktiki prosedurların necə işləyəcəyi də mühüm olacaq. Rusiya hökuməti və Mərkəzi Bankın 3 ay ərzində ölkədən çıxarılan nağd rublun uçotu qaydasını müəyyən etməsi nəzərdə tutulub".

Siyasi       Tarix: 02 oktyabr 2026
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

İran Qərblə razılaşacaq? – Politoloqdan AÇIQLAMA

İranın uranın zənginləşdirilməsini dayandırmağa razılaşdığına dair məlumatlar Tehranla Qərb arasında diplomatik təmasların yeni mərhələyə keçə biləcəyini göstərir. Bəs bu razılaşma ilin sonunadək İranla Qərb arasında dah

Böyük Britaniyanın müdafiə naziri Azərbaycanda səfərdədir

Böyük Britaniyanın müdafiə naziri Vernon Koker ilk dəfə olaraq ADEX sərgisində iştirak edir. Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyi məlumat yayıb. Bildirilib ki, nazirlə birlikdə Britaniyanın 18 şirkəti d

Türkiyə Mosul yaxınlığındakı hərbi bazanı İraqa təhvil verəcək

Türkiyə Mosul yaxınlığındakı Başika-Zilkan hərbi bazasını İraqa təhvil verəcək. KONKRET.azxəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, İraq hökumətinin Sincarda təhlükəsizliyi

Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova

Azərbaycan və Slovakiya arasında münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm rolu var. xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Slovakiyanın Milli Günü münasibətilə keçirilən rəsm

Azərbaycan və İordaniya arasında viza rejimi ləğv edilir

Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı arasında viza rejimi ləğv edilir. KONKRET.azxəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökumət

İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev "Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması" mövzusunda AQEM (Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə) Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb

27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi

27 Sentyabr – Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edildiyi gündür. Azərbaycan Prezidenti

Kasparov ABŞ-da öldürülməsi planından danışdı: "Bu, mənim üçün şok oldu"

Harri Kasparov Rusiyanın hakimiyyət orqanlarının ABŞ-da onun öldürülməsinə hazırlıq görməsi barədə xəbəri "şok" kimi qiymətləndirib. xəbər verir ki, siyasətçinin sözlərinə görə, onun və "Azad Rusiya Forumu"nu

Prezidentin sosial media hesablarında ADEX sərgisindən görüntülər paylaşıldı

Prezident İlham Əliyevin sosial media hesablarında Birinci xanım Mehriban Əliyeva ilə birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb. xəbər verir ki, paylaşımda qeyd edilib:. "Bakı Ekspo Mərkəzində "ADEX 2026"


azerbaycan xeberleri yeni xeberler son xeberler krimnal xeber iqtisadiyyat xeberleri bugun idman xeberleri en sonxeber