Baş redaktor: "Təxribat baş tutmadı, Türkiyəli qardaşlarımız Azərbaycan brendinə sahib çıxdılar

Baş redaktor: İstanbulda SOCAR-a hücumu kimlər və niyə təşkil edib?
SOCAR-ın İstanbul ofisinə hücum edən radikal qrup bunu "Azərbaycan İsrailə neft satır" iddiası ilə həyata keçirib. Halbuki, təxribatçıların kimliyinə diqqət etdikdə onların nə türk birliyi ideologiyasına, nə də İslam fəlsəfəsinə aidiyyətinin olmadığı ortaya çıxır. Təxribatçı qrupun tərkibində iki ideoloji xətt mövcuddur.
Birincisi, Türkiyədə solçu-kommunistlərdir. Köhnəlmiş marksizm-leninizm ideologiyasına tapınan bu kəslər əsasən PKK terror təşkilatının siyasi qanadları ilə yaxın əlaqələrə malik olurlar. PKK-nı açıq şəkildə dəstəkləyən keçmiş HDP bu nümunələrdən biridir.
İkincisi, Türkiyədə İranmeylli qruplardır. Onların türk millətçiliyi, yaxud Türkiyədə mövcud dini inancla yaxınlığı yoxdur.
Hər iki xətt Fələstin məsələsinə çox uzaqdır. Solçu-marksizm tərəfdarları hara, Fələstin hara?! 
Fələstin məsələsi daha çox dindar və millətçi kəsimin həssas yanaşdığı mövzudur, Türkiyədə bu, xüsusilə aydın seçilir. 
O zaman, sual yaranır: sol ideologiyasını təmsil edən, terrora simpatiya bəsələyənlər niyə Fələstin məsələsini öz məqsədləri üçün istifadə edirlər?
Burada məqsəd Türkiyənin dindar-millətçi kəsimini Fələstin məsələsi üzərindən manipulyasiya etməkdir. SOCAR-ın hədəf seçilməsi də təsadüfi deyil. Hədəfin nə olduğunu bir neçə konkteksdə qiymətləndirmək mümkündür.
Hər şeydən öncə təxribatçıların və onların arxasındakı güclərin hədəfi Azərbaycan-Türkiyə qardaşlığını sarsıtmaq, Türkiyə ictimai rəyində SOCAR-la bağlı mənfi rəy yaratmaq, Azərbaycanın imicini pozmaqdır. Təxribatçılar çalışdılar ki, Türkiyənin dindar-millətçi kəsimini Fələstin məsələsi üzərindən Azərbaycana qarşı qaldırsınlar. Bu, həm də mövcud hakimiyyətə - AKP-MHP ittifaqına qarşı qurulmuş oyundur. SOCAR-a hücum da Bakı və Ankaranın strateji tərəfdaşlığının simvolunu "vurmaq" məqsədi daşıyırdı. Təxribat planına görə, SOCAR-ın hədəfə alınması Türkiyə iqtisadiyyatına da zərbənin endirilməsi ilə nəticələnə bilərdi. Çünki SOCAR Türkiyədə "Petkim" və "Star Rafineri" kimi iri biznes layihələrinin sahibidir, minlərlə adama iş yeri açan, milyonlarla dollar vergi verən, Türkiyə iqtisadiyyatına böyük  dəyər qatan bir şirkətdir. Təxribatın baş tutması Azərbaycan-Türkiyə qardaşlığının axsaması və xüsusilə Cənubi Qafqazda Ermənistan da daxil olmaqla bu qardaşlıqdan narahat olan qüvvələrin güclənməsi ilə nəticələnə bilərdi. Hücumda iştirak edən Türkiyədəki İranmeylli qrupların da əsas məqsədlərindən biri bu olub. Halbuki, belə qruplar onilliklər boyunca Qarabağda müsəlman azərbaycanlıların qətlə yetirilməsinə, məscidlərdə donuz saxlanılaraq təhqir edilməsinə səs çıxarmayıblar. İndi Fələstin  məsələsindən siyasi ambisiyaları üçün istifadə etməyə cəhd göstərirlər.
Bütün cəhdləri iflasa uğradı. Türkiyədəki qardaşlarımız sosial şəbəkələrdə və mediada təxribatçıları ifşa etdi, onların tutarlı cavabını verdi. Qardaşlarımız Azərbaycan brendi olan SOCAR-a sahib çıxdılar, çünki bu, həm də onların şirkəti, onların brendidir və SOCAR bu gün Türkiyə iqtisadiyyatına böyük töhfə verir. Bundan sonra da hər kəs bilməlidir ki, hər hansı təxribatçı qrup Azərbaycan-Türkiyə qardaşlığını poza bilməz. Bu qardaşlıq əbədidir. SOCAR-a təxribat hücumu və Türkiyədəki qardaşlarımızın təxribatçıları susdurması bunun son örnəklərindən biri oldu!
 Vasif Həsənli / azxeber.com

Siyasi       Tarix: 04 iyun 2024
f Paylaş

Oxşar xəbərlər

Müxalifət Netanyahuya qarşı birləşir – Mühüm görüş

İsraildə müxalifət blokuna daxil olan partiyaların liderləri – Qadi Ayzenkot, Naftali Bennett, Yair Lapid, Aviqdor Liberman və Yair Qolan Knessetə seçkilərdən sonra ilk dəfə görüş keçirəcəklər. KONKRET.azxəbər verir ki, b

ASAN Xidmət unikal Azərbaycan brendidir - Prezident

Dövlət-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni mərhələyə keçidinə zəmin yaradan "ASAN xidmət" bu gün yalnız qabaqcıl milli idarəçilik təcrübəsi deyil, həm də beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir

Bu ölkə İranla sərhədə ordu yeritdi

İraq ordusu mümkün nəticələrin aradan qaldırılması üçün İran və Küveytlə sərhədləri boyunca tam təhlükəsizlik tədbirləri görüb. xəbər verir ki, bu haqda "Əl-Mayadin" məlumat yayıb. "İraq silahlı qüvvələri sərhə

Ərdoğan böyük dövlət qurur, Putin isə... Türkiyədə niyə daşınmaz əmlak satışa çıxarılır?

İstanbulun ən bahalı rayonlarından biri olan Beyoğlunda daşınmaz əmlakın kütləvi şəkildə satışa çıxarılması nə ilə bağlıdır? Türkiyə regionda dəyişən geosiyasi vəziyyətdən necə yararlanır?. – Burada, İstanbulda hər şey saki

Hacıyevin Ermənistana səfəri ilə bağlı suala Mirzoyanın cavabı

Ermənistan xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistana səfəri barədə danışıb. KONKRET. -a istinadla xəbər verir ki, bu barədə Ermənistan parlamentind

Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun

İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almaq hüququ məsələsi yenidən gündəmə gəlib. Bir qrup Azərbaycan QHT nümayəndəsi İran Prezidenti Məsud Pezeşkiana müraciət edərək ölkədə yaşayan milyonlarla azərbaycanlını

BÖYÜKLƏR ÜÇÜN NAĞIL: Amerika öz imperiyası olmadan niyə yaşaya bilməz?

Amerikalı populist-izolyasionistlərin seçkiqabağı çıxışlarını dinləmək bəzən absurd komediyaya baxmağa bənzəyir. MAGA şüarlı qırmızı papaq taxmış siyasətçi tribunaya çıxaraq son dərəcə sadə, lakin cəlbedici bir fikir irəl

Müharibə, nüvə zərbəsi, ərzaq böhranı: Azərbaycan bunlara hazır olmalıdır

Dünyanın 33 ölkəsində vətəndaşlara fövqəladə hallar üçün evdə ərzaq, içməli su və digər zəruri vasitələr saxlamaq tövsiyə edilir. ABŞ-dan Yaponiyaya, Avropadan Cənubi Amerikaya qədər yayılan bu çağırışların arxasında müharib

İham Əliyev İliyana Yotovanı təbrik etdi

Prezident lham Əliyev Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotovaya təbrik məktubu ünvanlayıb. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Hörmətli xanım Prezident,. Bolqarıstan Respublikasının Prezident


azerbaycan xeberleri son xeberler yeni xeberler son xeberler bugun cəbhədən son durum son xəbərlər azərbaycanda cəbhədən son xəbərlər