Basketbol, volleybol, turnikdə dartınma uşaqlarda boyu uzadır?

Basketbol, volleybol, turnikdə dartınma uşaqlarda boyu uzadır?"Cəmiyyətimizdə boy uzanmasından danışanda basketbol, volleybol və turnikdə dartınmanın boyun uzanmasına təsiri barədə fikirlərdən bəhs etməmək olmur. Çünki professional idmançıların basketbol və volleybolla məşğul olduqları üçün boylarının 2 metrə qədər uzandığını düşünən az deyil. Bunu bilmək lazımdır ki, düşünülənin əksinə olaraq, o idmançıların boyları uzun olduğu üçün professional zəmində müvəffəqiyyət qazanaraq ön plana çıxıblar".
Milli.Az e-tibb.az-a istinadən bildirir ki, bunu uşaq endokrinoloqu, uzman həkim Azad Əkbərzadə açıqlayıb.
Mütəxəssis bildirib ki, düzgün və proqramlı fiziki aktivliklə məşğul olan uşaqların boyu yaşıdlarına görə daha yaxşı olur, amma bu qədər fantastik nəticə gözləmək də bizi çaşdıra bilir: Əgər uşaqların boyu yaşıdlarından geri qalırsa mütləq həkim nəzarətindən keçməlidir. Əks təqdirdə yanlış ümidlər bizi gecikdirə bilir. Əlbəttə, bütün bunlardan başqa müasir qidalanma vərdişləri (junk food, fast food, birtərəfli qidalanma və s), ağır dərs və məktəbdən kənar hazırlıq yükü kimi amillər də təsirsiz ötüşmür. Düzgün olmayan yuxu rejiminin böyüməyə təsirindən xəbərsiz valideynlər bu önəmli faktoru gözardı edir. Belə ki, boy hormonu uşaq yuxuda olarkən və əsasən gecə saat 22:00-02:00 arasında ən yüksək ifraz olunma həddinə çatır. Bu saatlarda yuxuda olmayan uşaqlar əlbəttə öz boy potensialından geri qalır. Eyni zamanda endokrin xəstəliklər, ailəvi boy qısalıqları, erkən cinsi inkişaf, xroniki xəstəliklər və s. kimi faktorlar da üstünə gələndə çox qarışıq bir mənzərə ortaya çıxır ki, bunları da aydınlaşdırmaq həkimin öhdəsinə düşür".
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 24 may 2020
f Paylaş

Oxşar xəbərlər

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb. Bu barədə   İspaniya Səhiyyə Nazirliyinin "X" sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir. Qurumun məlumatına görə, ötən gün aparılan test nəticəsind

Bakını bürüyən uçan qarışqalar xəstəlik yayır?

Paytaxt ərazisində son günlər qanadlı qarışqaların sayında nəzərəçarpacaq artım müşahidə edilir. milliaz-a istinadla xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan videolarda çoxlu sayda həşəratın xüsusilə işıq mənbələrini

Yayda çimməyin ölümcül riskləri barədə XƏBƏRDARLIQ

"İsti avqust sularında bakteriya və göbələklər sürətlə çoxalır. Qulaq kanalında qalan su isə infeksiyaların yaranması üçün əlverişli şərait yarada bilər". -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionis

Bu meyvələr diabet yaradır? - Həkimdən XƏBƏRDARLIQ

Yay aylarında ərik, gilas, çiyələk, qarpız kimi mövsümi meyvələrə maraq artır. Lakin insanlar arasında geniş yayılmış fikirlərdən biri də şirin meyvələrin həddindən artıq istehlakının şəkər xəstəliyinə səbəb olması ilə bağlıdır

Yüksək hərarət, qusma, bağırsaq pozğunluğu: Dünyadakı dəhşətli virus Azərbaycana da çatır?

İtaliyada Ebola virusuna yoluxma ilə bağlı iki ehtimal olunan hal qeydə alınıb. KONKRET.azxəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Məlumata görə, humanitar təşkilatlarda çalışan bir kişi və bi

Bu əməliyyat pulsuz edilə bilər - Sığorta ilə bağlı vacib açıqlama

Burun çəpərinin əyriliyi (septum deviasiyası) təkcə estetik deyil, həm də sağlamlıq baxımından ciddi narahatlıqlara səbəb olan problemlərdən biridir. Nəfəsalma çətinliyi, tez-tez təkrarlanan sinus iltihabları, xorultu v

Məktəblərdə "svinka" yayılıb? - NAZİRLİKDƏN AÇIQLAMA

"Azərbaycanda məktəblilər arasında ayrı-ayrı yoluxma faktları nadir hallarda qeydə alınsa da, hər hansı infeksiyanın, o cümlədən ictimaiyyət arasında "svinka" kimi tanınan epidemik parotit xəstəliyinin kütləv

Xərçəng xəstələri üçün yeni imkanlar: Görülən tədbirlər müalicə xərclərini azaldacaq

Xərçəng xəstəliyinin müalicəsinin dövlət tərəfindən daha geniş maliyyələşdirilməsi və onkoloji xəstələrə əlavə güzəştlərin tətbiqi son illərdə dünyada səhiyyə siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Azərbaycand

ÜST-dən xəbərdarlıq: "Görünməmiş sürətlə yayılır"

"Açıq deməliyik ki, epidemiya hələ də nəzarət altında deyil. Böyük bir üstünlüklə başladı və biz hələ də onun qarşısını almağa çalışırıq". KONKRET.azqafqazinfo-ya istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyy


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən xəbərlər en son xeberler bu gun cəbhədən görüntüleri son xeberler bugun 2026 canli