"Bayağı mahnıların bu qədər sevilməsi cəmiyyətimizin faciəsidir" - Nərmin Kərimbəyova

"azxeber.com"un "Gəl danış" layihəsinin qonağı müğənni Nərmin Kərimbəyova olub.
Həmin müsahibəni təqdim edirik:

- Bir-birimizi yaxşı tanıdığımız üçün düşünürəm ki, söhbətimiz də yaxşı baş tutacaq. 2023-cü il yaddaşında necə qaldı?
- İl necə gəldi, necə getdi inanın ki, bilmədim. Mən dələ kimi işləyirəm. Ona görə yadımda ancaq parlaq məqamlar qalıb. Bəzən komandamla nəyisə müzakirə edirik, elə bilirəm dünən olub. Baxıram ki, yox, üstündən 5 gün keçib. Zaman o qədər tez axıb gedir ki, mən zamanı tuta bilmirəm.
- Hansı səbəbdən cəmiyyət sizi gec qəbul etdi?
- Deməzdim. Mən sanki bir gecədə qalxdım tamaşaçının gözündə. Bunun üçün isə nə qədər çalışdığımı mən özüm də bilirəm. Bəzi mahnılarım tutmadı. Çünki bizim dinləyici daha çox milli milizmatikaya üstünlük verir. 
- Sizi tanıdığım ilk günlərdən bu günə qədər baxanda çox şeyin dəyişdiyini görürəm... 
-Mən axı səhnəyə hüquqdan gəlmişəm. Hüquqşünas həyatı yaşayan, istər-istəməz daxili çərçivələri olan bir insan idim. Həmin çərçivələr indi də var. Amma səhnə tamamilə çərçivələrdən çıxmaq deməkdir. Çıxa bilmirsənsə olursan adi sənətçilər kimi. Bizdə elələri çoxdur. Yaxşı oxuyurlar, səsləri də var, səhnədədirlər də. Amma heç nə ilə fərqlənmirlər. Ulduz yoxdur! Əgər ulduz olmaq istəyirsənsə, o çərçivələrdən çıxmalısan. Mən hələ indi hiss edirəm ki, o çərçivələrdən çıxıram. 
- Həkim ailəsində hüquqşünas təhsili alıb, daha sonra müğənni olmaq. Bunu necə bacardınız?
- Səhnəyə gəlmək qərarım atamın vəfatı ilə bağlıdır. Mən  bunu uşaqlıqdan istəyirdim, qərar verə bilmirdim. Atam isə buna qarşı idi. Amma bu o demək deyil ki, o vəfat etdi, mən səhnəyə çıxdım. Qəti elə bir şey yoxdur. Atam ona görə qarşı idi ki, deyirdi sən Azərbaycanda müğənni olsan, gedəcəksən toya və tükənəcəksən. Atam nə demişdisə, elə də oldu. Mən toy üçün oxumuram hə, amma bizim müğənnilərin ən pik nöqtəsi toydur. Nə qədər konsert etməyə çalışsaq da, hamı bilir ki, gəlirimiz toydandır. Ona görə də nə etsən də, sonda toydan asılı olursan. Hər halda istedadlı insanlara dəstək vermək, təkan vermək önəmlidir. Gərək zamanında mənim üçün də kimsə nəsə edərdi. 
- Heç kimdən dəstək görməmisən?
- Jurnalist dostlarımdan dəstək görmüşəm. Kimsə deyir ki, bu onun işidir, etməlidir. Mən belə düşünmürəm. Mən bunu dəstək kimi qəbul edirəm. Heç kimin, heç kimə borcu yoxdur. Ona görə də mən qazandığım bu münasibətləri itirmək istəmirəm. Onların pis, yaxşı günlərində yanında oluram. Mən yaxşılıqları unudan insan deyiləm. İndi özüm kimi insanlar çox azdır. Mən 30 illik dostlarımı belə daha həyatımdan buraxıram ki, gedin. Halbuki düşünürdüm dostluq axıra kimi olmalıdır. Çünki mən bunu bacarıram. Mənim həyatım çox dəyişib deyə ətrafımdakılar buna öyrəşə bilmirlər. Mən də bunu hiss edirəm. Bir nöqtəyə qədər səbr edirəm, sonra həyatımdan buraxaraq onlara əlvida deyirəm.
- Müğənni olandan sonra çox şey itirdiniz?
- İtirdim deməzdim, amma çox şeylər dəyişdi. İnsanlar, onların münasibəti, xasiyyəti. Harada olsam da, kim olsam da hər zaman özümə qarşı paxıllıq hiss etmişəm. İnsanlar düşünür ki, nəyə görə o ordadır, mən deyiləm. Ümumiyyətlə insanlarda neqativlər çoxdur. Xüsusən də sənət adamlarına, tanınmışlara qarşı. Hamı neqativini sənə ötürməyə çalışır çünki sən göz önündəsən. Hamı kimi olan insana heç kim heçnə demir. Elələri var ki, aramızda işi keçsin deyə sakitlik yaradır, nəyəsə görə susur. Amma bu mənim yolum deyil. Mən hər zaman etiraz yolunu seçirəm. Görsəm ki, itirəcəyim şeylər lap çoxdur, o zaman tamamilə geri çəkilib oturaram, nəinki kiminsə dedikləri ilə hərəkət etmək. Çünki mən çoxluğa tabe olacaq insan deyiləm. Bu mənim ruhuma ziddir.
- Allah tərəfindən qadın can verərək övlad dünyaya gətirir. Amma  siz öz orqanınızı qardaşınıza bağışlayaraq, onu ikinci dəfə həyata gətirdiniz  və bu sizin həyatınızın ən çətin zamanları idi.
- Bu birmənalı olaraq belədir. Bu günə şükür. Mən hər zaman özümə sual vermişəm ki, görəsən mənim bu həyatdakı missiyam nədir? Bəzi insanlar var ki, sadəcə özləri üçün yaşayır, bəziləri də istəyir ki, kiməsə faydalı olsunlar. Hər zaman deyirdim ki, mən həqiqi bir şey etməliyəm, elə belə yox. Narahatçılıqlarım var idi. Xəstəxanada olanda artıq dedim ki səhnə mənim üçün bitdi. Bu da səhhətimlə bağlı idi. Və qorxduğum hər şey də oldu. Başıma gəlməyən qalmadı. Bir an dedim ki, mənim üçün hər şey bitdi. Amma indi hər şey yaxşıdır.
- Əlinizdə olsaydı, Nərmin nəyi dəyişmək istəyərdi?
- İndi deyəcəm, bəlkə də küsəcəklər məndən. Amma insanları və ətraf mühiti çox dəyişmək istərdim. Uşaqlığımda hər kəs daha sərbət, mehriban idi. İndi insanlar yırtıcı heyvanlar kimi davranırlar. Xüsusilə sənət adamlarına qarşı. Yeni insanlarla tanış olmaq, onlarla zaman keçirtmək lazımdır, bu mütləqdir. Amma tanış olduğun insanlar elə ancaq səndən nəsə qopartmağa çalışırsa, bu insanı tükəndirir və sən insanlardan qaçırsan.
-"Bəxtini dəyişə bilməyən qadın, özünü dəyişər" fikri ilə nə dərəcədə razısınız?
- Özümü bəxtsiz birisi hesab etmirəm, amma bəxtəvər qadın da deyiləm. Həyatımdakı bəzi məqamlar məni narahat edir. Qadın xoşbəxtçiliyini yaşamamışam. Amma həyatımdan narazı olduğumu da deyə bilmərəm. Mən nə edirəmsə, sənətim üçün edirəm.
- Nərminin ailəsi niyə dağıldı?
- 12 il evli olmuşam.  Ayrılmağımıza səbəblər çoxdur, bunu bir şeyə bağlamaq olmaz. İllərlə yaşanan problemlər son illərdə dözülməz dərəcədə artdı. Razı qalmadığım məqamlar çox idi və onları dəyişmək mümkün deyildi. Dəyişmək olsayıdı dözərdim.
- Yoldaşın mübarizə apardı, prosesləri uzatdı, məhkəmələrə gəlmədi...
- Hə, hətta çox uzatdı. Amma bu da doğru bir şey deyil. İnsanlar qərar verib dost kimi ayrılmalıdır. Ortada  hələ ki, övlad varsa, bu daha çox nəzərə alınmalıdır. Bir-birinin qərarlarını hörmətlə qəbul etməlidirlər. 12 il səbr etmişəm və ayrılandan sonra anladım ki, gərək çoxdan verərdim bu qərarı. Düşünürdüm ki, dost kimi ayrılarıq, amma gördüm alınmır.
- Qadın nə zaman mübarizə aparmaqdan əl çəkir?
- Son illərdə baxırsan ki, ailələr çox tez dağılır. Mən burda heç kimi günahlandırmıram. Ümumiyyətlə, heç nəyə dözmək lazım deyil. Bunu mən yaşa dolduqca anladım. Bir dəfə gəlirik həyata. Hər kəsin sakit, xoşbəxt yaşamaq haqqı var. Bunu da qorumalıdır. Təbii ki, bu hər qadında fərqlidir. Özümdən deyə bilərəm ki, məndə problem yarananda dərhal düşünürəm ki, mən bunu həll edəcəyəm, bu mütləq həll olacaq. Mənim üçün evlilik böyük addım idi. Toyumda ölkənin ən tanınmış və ali savadlı 600-ə yaxın insan iştirak etmişdi. Buna görə də deyirdim yox. Həll etmək olacaq. Amma çox uzandı və həll olunmadı. Heç kim, heç kimi istifadə edə bilməz. Bir müddət sonra insanlar baş verən hər şeyə öyrəşirlər.
- Tək başına övlad böyütmək çox çətindir. Xüsusən də, qız övladı. Ona yetərincə zaman ayıra bilirsiniz?
- Övladıma mümkün qədər vaxt ayırmağa çalışıram. Amma onun baxımında və tərbiyəsində anamla qardaşımın zəhməti çox böyükdür. Bu son illərdə işlərim çoxdur deyə zaman ayırmaq çox çətindir. Uşağa nə lazımdır? Ailə. Çox şükür ki, anam və qardaşım onun təlim tərbiyəsi ilə məşğuldurlar.
- Hazırda bayağı deyə kateqoriyaya ayırdığımız sənətçilər niyə peşəkarlardan daha öndədirlər?
- Məndən incisələr də bunu deyəcəyəm. Paxıllıq da eləmirəm. Doğrudan, onlar hamımızdan öndədirlər və bu cəmiyyətimizin faciəsidir. Çünki xalq onları bəyənir və ortaya çıxardır. Kənardan baxırsan, nə deyəsən budur. Onları da qınamıram, zövqləri budur. Amma insan gərək özünə hörmət eləsin. Onlar özlərini də, oxuduğu mahnıları da çox bəyənirlər.Təəssüf ki, o insanların özgüvənləri çox yüksəkdir. Hesab edirlər ki, ulduzdurlar, Maykl Ceksondurlar!
Aysel Hacızadə
Həsən Quliyev

Şou Biznes     Baxılıb: 96   Tarix: 03 fevral 2024
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Nihal Candanın atası infarkt keçirdi

25 kiloya düşərək reanimasiyaya yerləşdirilən türkiyəli sosial media fenomeni Nihal Candanın atası da xəstəxanaya yerləşdirilib. Türkiyə mətbuatına istinadən xəbər verir ki, Candanın atası Prof.Dr. Hakan Candanın infark

Tanınmış müğənni ata oldu - FOTOLAR

"Türkvision" yarışmasının qalibi olan müğənni Fərid Həsənov ata olub. xəbər verir ki, onun qızı dünyaya gəlib. O, qızı ilə ilk fotolarını sosial media hesabında yayımlayıb. Xatırladaq ki, Fərid Dəniz adlı xanıml

Barak Obama qızını təbrik etdi - FOTO

Amerikanın 44-cü prezidenti Barak Obama sosial şəbəkə hesabında ailə fotosunu paylaşıb. xəbər verir ki, o, qızı Saşanı ad günü münasibətilə təbrik edib. "Ad günün mübarək Saşa! Sənin inanılmaz gözəl qadına çevrilmən

PRoMete bir illik fasilədən sonra yeni trekini təqdim edib - AUDİO

Rep ifaçısı PRoMete (Pərviz İsaqov) bir illik fasilədən sonra "Saniyələrin səsi" adlı yeni trekini təqdim edib. . xəbər verir ki, söz və musiqisi repçinin özünə məxsus olan bu əsər onun doğum günündə dinləyiciləri

Uill Smitin oğlu evsizlərə pulsuz yemək verən restoran açdı

"The Karate Kid" filminin uşaq ulduzu və məşhur Hollivud aktyoru Uill Smitin oğlu Jaden Smith alqışalaiq addım atıb. xarici mətbuata istinadən xəbər verir ki, o, "Səni sevirəm" adlı restoran açıb. Jade

23 kiloya qədər arıqlayan Nihal Candan vəfat etdi

Məşhur "İşte benim stilim" verilişi ilə tanınan və daha sonra sosial media fenomeninə çevrilən Nihal Candan vəfat edib. xəbər verir ki, o, anoreksiya nevroza xəstəliyindən əziyyət çəkirdi. O, son günlər xeyli çək

Vilma Elles dördüncü dəfə ana olacaq

Öyle Bir Geçer Zaman Ki serialındakı Karolin obrazı ilə yadda qalan məşhur aktrisa Vilma Elles dördüncü dəfə ana olmağa hazırlaşır. xəbər verir ki, bu haqda o özü məlumat verib. O, oğlunun olacağını açıqlayıb:. Bəli, bu doğrudur

Sibel Can evliliklə bağlı sualı cavabsız qoydu

Məşhur türkiyəli müğənni Sibel Can Monako tətilindən qayıdıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul hava limanında jurnalistlərin suallarını cavablandıran Sibel Can Emir Sarıgüllə evliliyi ilə bağlı suallar

"Gözleri Karadeniz" serialında bir araya gəldilər

ATV-nin yeni mövsümdə tamaşaçılara təqdim edəcəyidaha bir serialın adı bəlli olub. Türkiyə mətbuatına istinadən xəbər verir ki, əvvəlcə "Maçari" adlanan layihənin adı dəyişdirilərək "Gözleri Karadeniz"


yeni xeberler son xeberler azerbaycan xeberleri siyaseti xeberler bugun son xeber.az son xeberler bu gun bugunun xeberleri